03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Direktivlə təsbit edilmiş əsas prinsiplər və təminatlar tətbiq edildiyi zaman şikayət avtomatik təxirəsalma

gücünə malik olmaya bilər və apellyasiya proseduru zamanı ölkədə yaşamaq icazəsi hər bir konkret halda xahiş

olunmalı və/və ya verilməlidir (həmçinin bölmə 4.1.3-ə baxın). Təcrübədə müraciətlə bağlı mənfi qərar

verildikdə sürətləndirilmiş prosedurlar daha qısamüddətli ola bilər.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən Məhkəmə sığınacaq almaq üçün edilmiş hər bir müraciətin

müstəqil şəkildə və hərtərəfli baxılmasının zəruri olması qənaətinə gəlmişdir. Belə olmadığı təqdirdə Məhkəmə

Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə birgə 13-cü maddəsinin pozulmasını müəyyən edir.

Misal: I.M.-in Fransaya qarşı işində 185 Sudana deportasiya olunacağı təqdirdə ləyaqəti alçaldan rəftardan

ibarət risklə üzləşəcəyini iddia edən ərizəçi Fransada sığınacaq üçün müraciət etməyə cəhd göstərmişdir.

Sığınacaq almaq üçün ərizə çıxarılma qərarı verildikdən sonra təqdim edildiyindən dövlət orqanları bu

ərizənin "qərəzli yalan"dan irəli gəldiyini və ya "sığınacaq prosedurlarından sui-istifadə" halını təşkil etdiyini

hesab etmişdirlər. Ərizəçinin müraciətinə ilk və yalnız bir dəfə baxıldığından o avtomatik olaraq

sürətləndirilmiş prosedura əsasən işlənilmişdir və zəruri təminatlar kifayət qədər deyildi. Məsələn, ərizəyə

baxılma müddəti 21 gündən 5 günədək azaldılmışdır. Ərizəçi müvafiq təsdiqedici sənədlərlə birgə fransız

dilində hazırlanmış müfəssəl ərizə təqdim etməli olduğundan ərizənin həddindən artıq qısa təqdimetmə

müddəti spesifik təzyiqə səbəb olmuşdur, çünki o, saxlanılmış şəxslər üçün nəzərdə tutulan normal

prosedura aid tələblərə uyğun hərəkət etməli idi. Ərizəçinin deportasiyası barədə qərardan inzibati

məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi üçün yalnız 48 saatı var idi, adi prosedur zamanı bunun üçün

iki ay ayrılır. Bütün bunların nəticəsində təcrübədə səmərəli hüquqi müdafiə vasitələri təklif edən milli

sistem ümumiyyətlə tətbiq edilmədən ərizəçinin sığınacaq almaq üçün etdiyi müraciətə rədd cavabı

verilmişdir. Bununla əlaqədar olaraq ərizəçi öz şikayətini Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü

maddəsinə əsasən təqdim etmək iqtidarında deyildi. Beləliklə, Məhkəmə Avropa İnsan Hüquqları

Konvensiyasının 3-cü maddəsi ilə birgə 13-cü maddəsinin pozulduğunu müəyyən etmişdir.

4.2. Dublin prosedurları

32 Avropa dövləti tərəfindən tətbiq edilən Dublin Əsasnaməsi ((EU)604/2013) hansı dövlətin sığınacaq almaq

üçün edilən müraciətə baxmaq məsuliyyəti daşıdığını müəyyən edir. Əsasnamə ilə müəyyən edilmiş meyarlara

əsasən müraciətə baxılmasına başqa dövlət məsuliyyət daşıdığı zaman həmin Əsasnamə sığınacaq axtaranın

müvafiq dövlətə göndərilməsi prosedurunu təsbit edir.

Avropa İttifaqı qanunvericiliyinə əsasən Dublin Əsasnaməsi sığınacaq axtaranı geri qəbul etmək və ya ona

məsuliyyət daşımaqla əlaqədar sorğulara əməl etmək məqsədi ilə dövlətlər üçün vaxt çərçivələrini (21, 22, 25

və 29-cü maddələr), onun göndərilməsindən əvvəl dövlət tərəfindən müəyyən dəlillərin toplanması zərurətini

(22-ci maddə), şəxsi informasiyanın məxfiliyini təmin etmək tələbini (39-cu maddə), onun ümumiyyətlə Dublin

Əsasnaməsi (4-cü maddə) və bu Əsasnaməyə uyğun olaraq planlaşdırılan göndərilməsi və mövcud hüquqi

müdafiə vasitələri barədə məlumatlandırılması zərurətini (26-cı maddə) nəzərdə tutur. Əsasnaməyə uyğun

olaraq inzibati əməkdaşlıq kontekstində müvafiq faktiki tələblər (34-cü maddə), məsuliyyətin aradan

qaldırılması kontekstində isə bir sıra təminatlar mövcuddur (19-cu maddə).

Misal: Kastratinin işində 186 Avropa İttifaqı Ədalət Məhkəməsi belə bir qərara gəlmişdir ki, sığınacaq almaq

üçün edilən müraciət ərizəçiyə görə məsuliyyəti öz üzərinə götürmək razılığı verərək onun ərizəsinə

baxmaq məsuliyyəti daşıyan Avropa İttifaqının üzv dövlətindən geri götürüldükdə Dublin Əsasnaməsi artıq

tətbiq olunmur. Bundan sonra bu ərizənin geri götürülməsi ilə əlaqədar qərar qəbul etmək, xüsusən də

ərizənin baxılması prosesini dayandıraraq bu barədə informasiyanı ərizəçının şəxsi işində qeyd etmək

vəzifəsi ərazisində ərizənin təqdim edildiyi üzv dövlətin üzərinə düşür.

185 I.M.-in Fransaya qarşı (I.M. v. France) Avropa İnsan Hüquqları Məhkəməsindəki 9152/09 saylı, 2 fevral 2012-ci il tarixli işinin 136-

160-cı paraqrafları.

186 Migrationsverket-in Nuriye Kastratiyə və başqalarına qarşı (Migrationsverket v. Nurije Kastrati and Others) Avropa İttifaqı Ədalət

Məhkəməsindəki C-620/10 saylı, 3 may 2012-ci il tarixli işinin 49-cu paraqrafı.

75

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!