03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

dəyişdirilmiş Qəbuletmə şərtləri Direktivinin 9(3)-cü maddələri bu qərarın məhkəmə tərəfindən təxirə

salınmadan baxılmasını nəzərdə tuturlar. Bundan başqa, Geri qaytarılma Direktivinin 15(3)-cü və Qəbuletmə

şərtləri Direktivinin 9(5)-ci maddələri saxlanılma barədə qərara məqbul müddətdə üçüncü ölkə vətəndaşı və

ya xidməti vəzifələrini icra edən vəzifəli şəxs tərəfindən təqdim olunmuş ərizə əsasında baxılmasını müəyyən

edirlər. Sığınacaq axtaranlara aid işlərdə müvafiq qərar məhkəmə orqanları tərəfindən mütləq baxılmalıdırsa,

barələrində geri qaytarılma prosedurları başlanmış şəxslərlə əlaqədar bu yalnız onların saxlanılma müddəti

artırıldığı təqdirdə tələb olunur. Saxlanılma müddətinin artırılması barədə qərar ədalətli məhkəmə araşdırması

hüququnu pozmaqla qəbul edildikdə həmin qərarın qanuniliyinin qiymətləndirilməsinə məsuliyyət daşıyan

milli məhkəmə saxlanılma tədbirinin ləğv edilməsi barədə qərar qəbul edə bilər (əgər iddaçının saxlanılması

nəticəsində o, barəsində çıxarılmış inzibati qərarın fərqli ola biləcəyi təqdirdə öz hüquqlarını daha yaxşı

müdafiə etmək imkanlarından məhrum edildiyini hesab edirsə). 315 Bu cür işlərlə bağlı hüquqi yardımın

göstərilməsi məsələsi də qanunla tənzimlənir. Xartiyanın 47-ci və Geri qaytarılma Direktivinin 13(4)-cü

maddələri bütün şəxslərin hüquqi məsələlərlə bağlı məsləhət almaq, təmsil olunmaq və müdafiə edilmək

imkanlarına malik olmalarını və məhkəməyə müraciət etmək hüququnun təmin olunması məqsədi ilə hüquqi

yardımın mövcud olmasını nəzərdə tuturlar. Sığınacaq axtaranlar üçün pulsuz hüquqi yardımın göstərilməsinə

və onların təmsil olunmalarına aid xüsusi müddəalar Qəbuletmə şərtləri Direktivinin 9-cu maddəsinə daxil

edilib (daha ətraflı məlumat üçün fəsil 4-ə baxın).

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən bu Konvensiyanın 5(4)-cü maddəsi, azadlıqdan məhrum

edilmiş hər kəsin həbs edilməsinin qanuniliyinə məhkəmətərəfindən təxirə salınmadan baxılması hüququna

və saxlanılması məhkəmətərəfindən qanunsuz hesab edilərsə, azad edilmək hüququna malik olduğunu

xüsusilə nəzərdə tutur. Bu norma "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 9(4)-cü maddəsində

də öz əksini tapıb.

Məhkəmə tərəfindən təxirə salınmadan baxılma imkanlarının və hüquqi müdafiə vasitələrinin mövcudluğu iki

əsas təminat hesab olunur. 5(4)-cü maddənin məqsədi saxlanılmış şəxsin barəsində tətbiq edilən tədbirə

məhkəmə tərəfindən baxılması hüququnu təmin etməkdən ibarətdir. Belə olduqda 5(4)-cü maddə

saxlanılmanın qanuniliyi ilə bağlı təxirə salınmadan qərar qəbul etmək məqsədi ilə hakimə müraciət etmək

imkanının yaradılması ilə yanaşı saxlanılmanın davamlılığı zərurətini müntəzəm olaraq nəzərdən keçirilməsini

də nəzərdə tutur. Bu cür hüquqi müdafiə vasitəsi saxlanılmış şəxsə onun işinə məhkəmə tərəfindən təxirə

salınmadan baxılmasına imkan yaratmaq məqsədi ilə bütün saxlanılma dövründə əlçatan olmalıdır və müvafiq

işə məhkəmə tərəfindən baxılması nəticəsində saxlanılmış şəxsin azadlığa buraxılması imkanlarının mövcud

ola bilməsi da nəzərə alınmalıdır. Hüquqi müdafiə vasitələrinin nəzəriyyədə və təcrübədə əlçatan və səmərəli

olması üçün kifayət qədər dəqiq olması tələb olunur.

Sığınacaq axtaranların riskli vəziyyətdə olmaları və geri qaytarılmaya məruz qala bilmələri səbəbindən onların

səmərəli hüquqi müdafiə vasitələrinə çıxışının təmin edilməsi xüsusilə vacibdir.

Misal: Əbdolxaninin və Karimnianın Türkiyəyə qarşı işində 316 iki İranlı sığınacaq axtaran polis idarəsində

saxlanılırdı. Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçıların saxlanılmasının qanuniliyi məsələsinə

məhkəmə tərəfindən baxılması üçün sərəncamlarında heç bir vasitənin olmadığını müəyyən etmişdir. 317

Misal: S.D.-nin Yunanıstana qarşı işində 318 sığınacaq axtaran öz ərizəsinə cavab gözlədiyindən çıxarıla

bilməyəcəyinə baxmayaraq saxlanılmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi iddaçının çıxarılmadan

əvvəl saxlanılması məsələsinə təxirə salınmadan baxmaq üçün qanunvericilikdə bir norma nəzərdə

tutulmadığından onun hüquqi vakuuma düşməsi qənaətinə gəlmişdir.

315 M.G.-nin və N.R.-in Staatsecretaris van Veiligheid en Justitie-yə qarşı (M. G. and N. R. v. Staatssecretaris van Veiligheid en Justitie)

Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-383/13 saylı, 10 sentyabr 2013-cü il tarixli işi.

316 Abdolxaninin və Karimniyanın Türkiyəyə qarşı (Abdolkhani and Karimnia v. Turkey) Avropa İnsan Hüquqları Məhkəməsindəki

30471/08 saylı, 22 sentyabr 2009-cu il tarixli işi.

317 Z.N.S.-in və Dboubanın Türkiyəyə qarşı (Z.N.S. v. Turkey) Avropa İnsan Hüquqları Məhkəməsindəki müvafiq olaraq 21896/08 və

15916/09 saylı, 19 yanvar 2010-cu il və 13 iyul 2010-cu il tarixli işləri.

318 S.D.-nin Yunanıstana qarşı (S.D. v. Greece) Avropa İnsan Hüquqları Məhkəməsindəki 53541/07 saylı, 11 iyun 2009-cu il tarixli işi.

117

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!