03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

vətəndaşları başqa bir üzv dövlətdə yaşamaq niyyətində olduqda özləri və ailə üzvləri ilə əlaqədar yarana

biləcək risklərin öhdəsindən gəlmək iqtidarında olduqlarını sübuta yetirmək üçün tibbi sığortaya malik

olduqlarını nümayiş etdirməlidirlər (Direktivin 7(1)(b) maddəsi).

Yaşadığı Avropa İqtisadi Zonası dövlətində milli səhiyyə sistemindən istifadə etmək imkanı olan istənilən şəxs,

Avropa İqtisadi Zonası və ya üçüncü ölkə vətəndaşı olub-olmamasından asılı olmayaraq, Avropa İqtisadi

Zonasının başqa bir dövlətinə və ya İsveçrəyə getdikdə 412 zəruri tibbi müalicə almaq hüququna malikdir. 413

Dövlət səhiyyə müəssisəsində tibbi müalicə almaq məqsədi ilə başqa üzv dövlətə səfər etmə məsələsi bir sıra

mürəkkəb normalarla tənzimlənir. 414

Ailənin yenidən birləşməsi Direktivinə əsasən əlaqədar zəmanətçidən "müvafiq üzv dövlətdə onu və onun ailə

üzvlərini bütün risklərdən qoruyan və adətən yerli vətəndaşlara da aid edilən tibbi sığortaya", həmçinin

"müvafiq üzv dövlətdə sosial yardım sistemlərinə müraciət olunmadan onu və onun ailə üzvlərini təmin edəcək

stabil və daimi resurslara" malik olduğunu sübuta yetirmək tələb oluna bilər (7(1)(b)(c) maddəsi).

Eyni zamanda, uzunmüddətli yaşayış icazəsi olan statusu verilməzdən əvvəl üçüncü ölkə vətəndaşından və

onun ailə üzvlərindən müvafiq üzv dövlətdə onları bütün risklərdən qoruyan və adətən yerli vətəndaşlara da

aid edilən tibbi sığortanın mövcudluğuna aid sübutun təqdim edilməsi tələb olunur (Uzunmüddətli yaşayış

icazəsi Direktivinin 5(1)(b) maddəsi). Bundan başqa, onlar müvafiq üzv dövlətdə sosial yardım sistemlərinə

müraciət etmədən onları təmin edəcək stabil və daimi resurslara malik olduqlarını nümayiş etdirməlidirlər

(5(1)(a) maddəsi). Uzunmüddətli yaşayış icazəsi olan statusu almış şəxslər "milli qanunvericiliklə müəyyən

edildiyi kimi sosial təminat, yardım və müdafiə ilə əlaqədar" müvafiq üzv dövlətin vətəndaşları ilə bərabər

səviyyədə rəftar olunma hüququna malikdirlər (11(1)(d) maddəsi). Direktivə dair Şərhlərin 13-cü bəndi sosial

yardımla əlaqədar bəyan edir ki, "uzunmüddətli yaşayış icazəsi olanlar üçün müavinətlərin əsas müavinətlər

səviyyəsinədək mümkün məhdudlaşdırılması bu anlayışla xəstəlik, hamiləlik, valideynlərə yardım və

uzunmüddətli qayğı hallarında ən azı minimum maddi dəstəyin və yardımın nəzərdə tutulması başa

düşülməlidir. Bu cür müavinətlərin şamil edilməsi metodları müvafiq dövlətlərin milli qanunvericiliyi ilə

müəyyənləşdirilməlidir."

Qəbuletmə şərtləri Direktivinin (2013/33/EU) 19-cü maddəsinə əsasən sığınacaq axtaranlar zəruri tibbi yardım

almaq hüququna malikdirlər ki, buraya ən azı təcili tibbi yardım və xəstəliklərdən təxirə salınmaz müalicə,

həmçinin xüsusi ehtiyacları olan şəxslər üçün zəruri tibbi yardım və başqa növ yardımlar daxildir. Eyni zamanda,

Geri qaytarılma Direktivi də (2008/115/EC) bəyan edir ki, "həssas insanların vəziyyətinə xüsusi diqqət

yetirilməlidir. Təcili tibbi yardım və xəstəliklərdən təxirə salınmaz müalicə, çıxarılmaları təxirə salınmış və ya

könüllü qayıtmaq üçün vaxt verilmiş şəxslərə göstərilməlidir."

Təsnif etmə Direkitivinin 30-cu maddəsinə əsasən qaçqın statusu verilmiş şəxslər və əlavə himayə ilə təmin

olunmuş şəxslər müvafiq üzv dövlətin vətəndaşları ilə tibbi xidmətlərdən bərabər səviyyədə istifadə etmək

hüququna malikdirlər. Əlavə himayə statusu əldə etmiş şəxslər üçün müavinətlər 2013-cü ilin dekabr ayınadək

"əsas müavinətlər" səviyyəsinə endirilmişdir. Xüsusi ehtiyacları olan şəxslər üçün isə xüsusi müddəalar nəzərdə

tutulur. İnsan alveri qurbanlarına göstəriləcək yardım və dəstək tədbirləri zəruri tibbi müalicəni, o cümlədən

psixoloji yardımı, konsultasiyanın və informasiyanın verilməsini nəzərdə tutur (İnsan alverinə qarşı Direktivin

11(5)-ci maddəsi).

412

Bir tərəfdən Avropa İttifaqı və İttifaqa üzv olan dövlətlər digər tərəfdən isə İsveçrə Konfederasiyasıarasında imzalanmış "İnsanların

sərbəst hərəkəti haqqında" Saziş əsasında yaradılmış Birgə Komitənin sözügedən Sazişin "Sosial təminat sistemlərinin

əlaqələndirilməsinə dair" II Əlavəsini əvəz edən 2012/195/EU saylı, 31 mart 2012-ci il tarixli Qərarı, OJ 2012 L 103/51.

413

(EC)883/2004 (Regulation (EC) No. 883/2004) saylı, 29 aprel 2014-cü il tarixli Əsasnamənin 19(1)-ci maddəsi, OJ 2004 L 166/1; Avropa

Komissiyasının İspaniyaya qarşı (European Commission v. Kingdom of Spain) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-211/08 [2010]

ECR I-05267 saylı, 15 iyun 2010-cu il tarixli işinin 58 və 61-ci paraqrafları

414 Abdon Vanbraekelin və başqalarının Alliance nationales des mutualites chretiennes (ANMC)-ə qarşı (Abdon Vanbraekel and Others v.

Alliance nationale des mutualités chrétiennes (ANMC)) Avropa Ədalət Məhkəməsindəki C-368/98, [2001] ECR I-05363 saylı, 12 iyul 2011-

ci il tarixli və İvon Uotsun şikayəti əsasında Kraliçanın Bedford Primary Care Trust-a və Səhiyyə məsələləri üzrə Dövlət katibinə qarşı (The

Queen, on the application of Yvonne Watts v. Bedford PrimaryCare Trust and Secretary of State for Health) Avropa Ədalət

Məhkəməsindəki C-372/04 [2010] ECR I-04325 saylı, 16 may 2006-cı il tarixli işlərində baxılmış (EEC)1408/71 (Regulation (EEC) No.

1408/71) saylı Əsasnamənin 22(1)(c) maddəsinə baxın.

145

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!