03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

2011-ci ildə Avropa Şurası "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və bu

zorakılıqlara qarşı mübarizənin aparılması haqqında" Konvensiyanı qəbul etmişdir. Bu zorakılığın qarşısını

almaq, zorakılıqdan zərər çəkmiş şəxsləri müdafiə etmək və zorakılıq əməllərini törədənlərin cəzasızlığına son

qoymaq istiqamətində müfəssəl hüquqi çərçivələr yaradan ilk dünya səviyyəli və mütləq xarakter daşıyan

hüquqi sənəddir. Bu Konvensiya hələ qüvvəyə minməyib.

Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İqtisadi Zonası vətəndaşlarının ailə üzvləri olan və məişət

zorakılığından zərər çəkmiş üçüncü ölkə vətəndaşları boşandıqları və ya qeydə alınmış partnyorluq

münasibətlərinə xitam verildiyi təqdirdə Hərəkət etmək azadlığı Direktivinə uyğun olaraq əlahiddə yaşayış

icazəsi əldə etmək hüququna malikdirlər (13(2)(c) maddəsi). Üçüncü ölkə vətəndaşı olan zəmanətçinin ailə

üzvlərinə gəldikdə isə Ailənin yenidən birləşməsi Direktivinin 15(3)-cü maddəsinə uyğun olaraq "üzv dövlətlər

boşanma və ya ayrılmadan irəli gələn xüsusi çətin vəziyyətlər yarandığı halda əlahiddə yaşayış icazələrinin

verilməsini təmin edən normaları müəyyən etməlidirlər. "

Əsas məqamlar

Uşaqlarla bağlı istənilən tədbir görülərkən ilk növbədə uşağın ən yaxşı maraqları nəzərə alınmalıdır

(Bölmə 9.1-ə baxın).

Avropa İttifaqı qanunvericiliyinə əsasən müşayiət olunmayan azyaşlı sığınacaq axtaranlar öz

nümayəndələri tərəfindən kömək almaq hüququna malikdirlər (Bölmə 9.1.1-ə baxın).

Avropa İttifaqı qanunvericiliyinə əsasən Sığınacaq prosedurları Direktivi Avropa İttifaqının üzv dövlətlərinə

müşayiət olunmayan azyaşlı sığınacaq axtaranların həqiqətən də azyaşlı olub-olmamaları ilə əlaqədar

şübhələr yarandıqda onların yaşını müəyyən etmək məqsədi ilə tibbi müayinələr keçirmək icazəsi versə

də bu dövlətlər müəyyən təminatlara hörmət etməyə borcludurlar (Bölmə 9.1.2-yə baxın).

Həm Avropa İttifaqı qanunvericiliyinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına əsasən insan

alverçilərinin cəzalandırılmasını nəzərdə tutan müddəalarla yanaşı insan alveri qurbanlarının və potensial

qurbanların müdafiə olunması üçün səmərəli normaların mövcudluğunu təmin etmək öhdəliyi

mövcuddur (Bölmə 9.2-yə baxın).

Avropa İttifaqı qanunvericiliyinə əsasən, ədalətli və səmərəli sığınacaq proseduruna ehtiyac olarsa,

işgəncədən, təcavüzdən və başqa ağır cinayətlərdən zərər çəkmiş şəxslər xüsusi prosedur təminatlarına

malik olmalıdırlar (Bölmə 9.4-ə baxın).

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən uşaqlar və məişət zorakılığından zərər çəkmiş şəxslər

"həssas qrupa" aid edildiyindən üzv dövlətlər tərəfindən səmərəli şəkildə müdafiə olunmaq hüququna

malikdirlər (Bölmə 9.1.1 və 9.4-ə baxın).

Əlavə presedentlər və ədəbiyyat

Əlavə presedentlərlə tanış olmaq üçün zəhmət olmasa bu vəsaitin 174-ci səhifəsində verilmiş təlimatlara

diqqət yetirin. Bu fəsildə nəzərdən keçirilmiş məsələlərə aid əlavə materiallarla vəsaitin 157-ci səhifəsindəki

“Əlavə ədəbiyyat” hissəsində tanış olmaq mümkündür.

158

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!