03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Avropa Sosial Xartiyasının 19(8)-ci maddəsi tərəfdar dövlətin ərazisində qanuni yaşayan əməkçi miqrantın

çıxarılmasını qadağan edir, əgər o milli təhlükəsizliyə təhlükə və ya ictimai maraqlara və yaxud mənəviyyata

zidd əməllər törətmirsə.

Sosial Hüquqlar üzrə Avropa Komitəsi xüsusilə bəyan etmişdir ki, əgər dövlət əməkçi miqrantın həyat yoldaşını

və/və ya uşağını da öz ərazisində yaşamaq hüququ ilə təmin edirsə, əməkçi miqrantın bu dövlətdə yaşamaq

hüququnu itirməsi onun ailə üzvlərinin bu ölkədə yaşamaq hüququna malik olduqları müddətdə onların həmin

hüququna təsir edə bilməz. Dövlətin ərazisində istər qanuni əsaslarla, istərsə də dövlətin ehtiyaclarına uyğun

olaraq onların qeyri-qanuni statusunu avtomatik şəkildə qəbul edən orqanların razılığı əsasında kifayət qədər

uzun müddət ərzində yaşamış xarici ölkə vətəndaşlarına digər xarici ölkə vətəndaşlarını deportasiyadan

qoruyan qaydalar şamil edilməlidir. 157

3.4. Çıxarılmadan yüksək dərəcəli müdafiəyə malik üçüncü ölkə vətəndaşları

Avropa İttifaqı qanunvericiliyinə əsasən beynəlxalq himayə ehtiyacı olan şəxslərdən başqa çıxarılmadan

yüksək dərəcəli müdafiəyə malik üçüncü ölkə vətəndaşlarından ibarət müəyyən kateqoriyalar mövcuddur.

Buraya uzunmüddətli yaşayış icazəsinə malik olan şəxslər, hərəkət etmək azadlığından irəli gələn hüquqlarını

icra edən və Avropa İttifaqı/Avropa İqitsadi Zonası vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşları

və Türkiyə vətəndaşları aiddir.

3.4.1. Uzunmüddətli yaşayış icazəsi olanlar

Uzunmüddətli yaşayış icazəsi olanlar çıxarılmaya qarşı hərtərəfli müdafiəyə malikdirlər. Uzunmüddətli yaşayış

icazəsi olanı çıxarmaq barədə qərar onun dövlət təhlükəsizliyinə və ya ictimai asayişə qarşı faktiki və kifayət

qədər ciddi təhlükəni özündə əks etdirən davranışına əsaslanmalıdır. 158

3.4.2. Avropa İqtisadi Zonası və İsveçrə vətəndaşlarının ailə üzvləri olan

üçüncü ölkə vətəndaşları

Avropa İqtisadi Zonası, o cümlədən, Avropa İttifaqı vətəndaşlarının ailə üzvləri olan şəxslər vətəndaşlığından

asılı olmayaraq, yalnız hərəkət etmək azadlığından irəli gələn hüquqlarını icra edərkən Avropa İttifaqında daimi

yaşamaq hüququna malikdirlər ki, bu hüquqlar Avropa İttifaqının hərəkət etmək azadlığına aid müddəalardan

irəli gəlir. Hərəkət etmək azadlığı Direktivinə (2004/38/EC) əsasən digər kateqoriyalara aid üçüncü ölkə

vətəndaşları ilə müqayisədə bu cür ailə qohumluğu olan üçüncü ölkə vətəndaşları çıxarılmadan daha yüksək

səviyyəli müdafiəyə malikdirlər. Direktivin 28-ci maddəsinə əsasən onlar yalnız dövlət təhlükəsiziliyi və ya

ictimai asayişin mənafeyi naminə çıxarıla bilərlər. 159 Daimi yaşayış icazəsi olanlara gəldikdə isə çıxarılma üçün

əsaslar "dövlət təhlükəsiziliyi və ya ictimai asayişin qorunması zərurətindən irəli gələn ciddi əsaslar"

səviyyəsində olmalıdır. Direktivin 27(2)-ci maddəsində bəyan edildiyi kimi, çıxarılma tədbirləri mütənasiblik

prinsiplərinə uyğun olmalıdır, yalnız müvafiq şəxsin fərdi davranışı ilə əlaqədar olmalıdır və həmin şəxs mütləq

"cəmiyyətin fundamental əsaslarından birinə təsir edən həqiqi, hazırkı və kifayət qədər ciddi təhlükəni"

özündə daşımalıdır. 160 Dövlətlər qəbul etdikləri qərar barədə, o cümlədən, bu qərarların əsasını təşkil edən

səbəblər barədə əlaqədar şəxsləri məlumatlandırmalıdırlar (30-cu maddə).

157

Sosial Hüquqlar Üzrə Avropa Komitəsinin 2011-ci il üzrə Yekunlarının "Ümumi giriş" hissəsi: 19(8)-ci maddənin təfsirinə dair bəyanat,

yanvar 2012-ci il.

158

Avropa İttifaqı Şurasının 2003/109/EC saylı Direktivinin 12-ci maddəsi, OJ 2003 L 016/44.

159

Üçüncü ölkə vətəndaşları ilə bağlı bu səpkidən olan işlər mövcud olmadıqda burada qeyd olunan və Avropa İttifaqı vətəndaşlarına aid

işlərə baxın. Həmin işlərdə Məhkəmə 28(3)-cü maddəyə əsasən "dövlət təhlükəsizliyinin qeyd-şərtsiz əsasları" anlayışının təfsirini verir;

P.I.-nin Oberbürgermeisterinder Stadt Remscheid-ə qarşı (P. I. v. Oberbürgermeisterin der Stadt Remscheid) Avropa İttifaqı Ədalət

Məhkəməsindəki C-348/09 saylı, 22 may 2012-ci il tarixli işinin 39-56-cı paraqrafları; Baden-Vürtenberg Torpağının Panayotis Tsakuridisə

qarşı (Land Baden-Württemberg v. Panagiotis Tsakouridis) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-145/09 [2010] ECR I-11979 saylı, 23

noyabr 2010-cu il tarixli işinin 20-35-ci paraqrafları.

160 2004/38/EC saylı Direktivin 27-ci maddəsində qeyd olunan "ictimai asayiş" anlayışı ilə əlaqədar presedent hüququ ilə tanış olmaq üçün

bu işlərə baxın: Petar Aladjovun Zamestnik direktor na Stolichna direktsia na vatreshnite rabotikam Ministerstvo na vatreshnite raboti-yə

qarşı (Petar Aladzhov v. Zamestnik director na Stolichna direktsia na vatreshnite raboti kam Ministerstvo na vatreshnite raboti) Avropa

İttifaqı Ədalət Məhkəməsindəki C-434/10 saylı, 17 noyabr 2011-ci il tarixli işi; Director na Glavna direktsia "Ohranitelna politsia" pri

Ministerstvo na vatreshnite raboti-ya qarşı (Hristo Gaydarov v. Directorna Glavna direktsia “Ohranitelna politsia” pri Ministerstvo na

vatreshnite raboti) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-430/10 saylı, 17 noyabr 2011-ci il tarixli işi. "Cəmiyyətin fundamental

əsaslarından birinə təsir edən həqiqi, hazırkı və kifayət qədər ciddi təhlükə" anlayışı ilə əlaqədar Qeorqios Orfanopulosun və başqalarının

64

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!