03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Dublin Əsasnaməsinin 5-ci maddəsi bir qayda olaraq hər bir ərizəçi ilə şəxsi müsahibənin aparılmasını nəzərdə

tutur. Ərizəçi səmərəli hüquqi müdafiə vasitələri hüququna malikdir: onun bir üzv dövlətdən digər üzv dövlətə

göndərilməsi barədə qərara apellyasiya orqanı tərəfindən baxıldığı zaman olduğu üzv dövlətdə qalmasına icazə

verilməlidir və ya apellyasiya orqanı öz təşəbbüsü ilə və ya müvafiq xahiş əsasında onun göndərilməsini təxirə

salmaq imkanına malik olmalıdır (27(3)-cü maddə).

Eyni zamanda, Dublin Əsasnaməsi müşayiət olunmayan azyaşlılar üçün prosedur təminatlarını (daha ətraflı

məlumat üçün bölmə 9.1-ə baxın) və ailənin bütövlüyünü təmin etmək üçün müvafiq müddəaları özündə əks

etdirir. Əsasnamənin 8-11 və 16-cı maddələri ailənin (Əsasnamənin 2(g) maddəsində müəyyən edilmiş) əsas

üzvləri ilə bağlı məsul üzv dövlətin müəyyənləşdirilməsi meyarlarını da nəzərdə tutur. Bundan başqa, Avropa

İttifaqının bir üzv dövləti ailənin başqa üzvlərini də bir yerə toplamaq üçün digər üzv dövlətdən ərizəyə baxmağı

xahiş edə bilər (17(2)-ci maddə-“humanitar şərt”). 7(3)-cü maddə nəzərdə tutur ki, əgər sığınacaq almaq üçün

təqdim olunmuş ərizə digər üzv dövlət tərəfindən ona baxılması barədə məsuliyyəti öz üzərinə götürməzdən

əvvəl bir üzv dövlətində təqdim olunmuşdursa, və bu ərizə ilə əlaqədar yekun qərar hələ qəbul edilməmişdirsə,

Avropa İttifaqının üzv dövlətləri ərizəçinin ailə üzvlərinin və qohumlarının onların ərazisində olmaları ilə bağlı

mövcud faktları nəzərə almalıdırlar.

Avropa İttifaqının üzv dövləti ciddi humanitar məsələlərlə əlaqədar olaraq bəzi hallarda iki şəxs arasında ailə

bağlılığı olmaq şərti ilə bir şəxs digər şəxsdən asılı olduqda müvafiq sığınacaq almaq üçün təqdim edilmiş

ərizəyə baxmaq məsuliyyətini öz üzərinə götürə bilər.

Misal: K-nin işi 187 gəlini təzəliklə uşaq doğmuş qadının Avstriyadan Polşaya təklif olunan göndərilməsi ilə

əlaqədar idi. Bundan başqa, sözügedən gəlin üçüncü ölkədə aldığı zədə nəticəsində əlil olaraq ciddi

xəstəlikdən əziyyət çəkirdi. Onun başına gələnlər hamı üçün məlum olsa idi böyük ehtimalla o, ailənin

namusunu qorumaqdan ibarət xalq adət-ənənəsi səbəbindən öz ailəsinin kişi üzvləri tərəfindən zorakı

rəftardan ibarət risklə üzləşəcək idi. Bu vəziyyətdə Avropa İttifaqının Ədalət Məhkəməsi belə bir qənaətə

gəlmişdir ki, Əsasnamənin 2003-cü il versiyasının 15(2)-ci maddəsində bəyan edilmiş və 2013-cü il

versiyasının 16(1)-ci maddəsində başqa formada ifadə olunmuş şərtlər təmin edildikdə həmin maddədə

humanitar əsaslarla istinad edilmiş üzv dövlət sığınacaq axtaranla bağlı məsuliyyəti öz üzərinə götürməyə

borclu olaraq müvafiq sığınacaq ərizəsinə baxmaq məsuliyyətini daşıyan üzv dövlətə çevrilir.

Dublin Əsasnaməsində nəzərdə tutulmuş meyarlara əsasən ərizənin baxılmasına məsuliyyət daşımayan

Avropa İttifaqının üzv dövləti bu ərizəyə baxmaq barədə qərar qəbul edə bilər (Dublin Əsasnaməsinin 17(1)-ci

maddəsinə əsasən "suverenlik şərti"). 188 Əsasnamənin 3(2)-ci maddəsinə uyğun olaraq sözügedən

Əsasnamənin meyarlarına əsasən Avropa İttifaqının müvafiq məsuliyyəti daşıyan hesab edilmiş üzv dövlətinə

göndərilmə ərizəçini Xartiyanın 4-cü maddəsi ilə qadağan olunan ləyaqəti alçaldan rəftardan ibarət riskə məruz

qoyarsa, onun göndərilməsini nəzərdə tutan üzv dövlət məqbul müddət ərzində Əsasnamənin digər

meyarlarını nəzərdən keçirərək başqa bir üzv dövləti sığınacaq almaq üçün təqdim edilmiş ərizənin baxılmasına

məsuliyyət daşıyan bir dövlət kimi müəyyən edən meyarını özü üçün dəqiqləşdirməlidir. Bütün bunların

nəticəsində ərizəçinin əsas hüquqlarının pozulması riskini aradan qaldırmaq məqsədi ilə onun göndərilməsini

nəzərdə tutan üzv dövlətin özü ərizənin baxılmasına məsuliyyət daşıyan dövlətə çevrilə bilər (3(2)-ci maddə).

Misal: N.S. və M.E.-nin birgə işlərində 189 Avropa İttifaqının Ədalət Məhkəməsi əlaqədar şəxslərin Dublin

Əsasnaməsinə əsasən Yunanıstana göndərilməsi nəticəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü

maddəsinə uyğun gələn Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 4-cü maddəsinin pozulubpozulmayacağı

məsələsinə diqqət yetirmişdir. Avropa İttifaqı Ədalət Məhkəməsi bu işə baxdığı zaman

187 K-nın Bundesasylamt-a qarşı (K v. Bundesasylamt) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-245/11 saylı, 6 noyabr 2012-ci il tarixli işi

188

Həmçinin Zuheyr Frayeh Xələfin Darzhavna agentsia bezhantsite pri Ministerskia savet-ə qarşı (Zuheyr Frayeh Halaf v. Darzhavna

agentsia za bezhantsite pri Ministerskiasavet) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-528/11 saylı, 30 may 2013-cü il tarixli işinə

baxın.

189 N.S.-in Daxili İşlər Departamentinin Dövlət katibinə və M.E-nin və başqalarının Qaçqın Ərizələrinin baxılması üzrə Komissarlığa və

Ədliyyə, Bərabərlik və Hüquqi İslahatlar nazirinə qarşı (N.S. v. Secretary of State for the Home Departmentand M.E. and Others v.

Refugee Applications Commissioner & Minister for Justice, Equality and LawReform) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-411/10

və C-493/10 saylı, 21 dekabr 2011-ci il tarixli birgə işləri. Həmçinin Almaniyanın Kaveh Puidə qarşı (Bundesrepublik Deutschland v.

Kaveh Puid) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-4/11 saylı, 14 noyabr 2013-cü il tarixli işinə baxın.

76

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!