03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Misal: Derinin işində 374 Avropa Ədalət Məhkəməsi belə bir qənaətə gəlmişdir ki, Almaniyada qanuni

əsaslarla işləyən Türk valideynlərinə qovuşmuş bir uşağı olan Türkiyə vətəndaşı ona məşğulluq

imkanlarından sərbəst istifadə etmə hüququ əsasında verilmiş Almaniyada yaşamaq icazəsini yalnız ictimai

asayişə, dövlət təhlükəsizliyinə və yerli əhalinin sağlamlığına təhlükə törətməsi səbəbindən və ya

Almaniyanın ərazisini əsaslı səbəblər olmadan həddindən artıq uzun müddətə tərk etdikdə itirə bilər.

Xidmətlərin təşkili və ya göstərilməsi hüququna gəldikdə isə Türkiyə vətəndaşları Ankara Sazişinə dair Əlavə

Protokolun 41-ci maddəsinin "status-kvo" müddəasından faydalanırlar. Əgər Protokolun 41-ci maddəsi

əlaqədar üzv dövlətdə qüvvəyə mindiyi zaman Türkiyə vətəndaşlarına viza və ya iş icazəsi əldə etmək tələbi

şamil edilmirdisə bu üzv dövlətə bundan sonra həmin tələblərin Türkiyə vətəndaşları ilə əlaqədar tətbiq

edilməsi qadağan olunur (həmçinin bölmə 2.8-ə baxın).

8.2.5. Uzunmüddətli yaşayış icazəsi və Ailənin yenidən birləşməsi Direktivindən

faydalanan şəxslər

Uzunmüddətli yaşayış icazəsi Direktivinin (2003/109/EC) 11(a) maddəsinə əsasən uzunmüddətli yaşayış icazəsi

olan statusu əldə etmiş şəxslər ödənişli və ödənişsiz məşğulluq imkanlarından istifadə etmə, məşğulluq şərtləri

və iş şəraiti (o cümlədən, iş saatları, təhlükəsiz və sağlam əmək şəraiti, məzuniyyət imkanları, əməyin

ödənilməsi və işdən azad edilmə), yığıncaqlar və birləşmək, həmçinin müvafiq birliyi və ya qurumu təmsil

etmək azadlıqları baxımından Avropa İttifaqı vətəndaşları ilə bərabər rəftar hüququna malikdirlər.

Ailənin yenidən birləşməsi Direktivindən faydalanan şəxslərə gəldikdə isə (həmçinin fəsil 5-ə baxın) üzv

dövlətin ərazisində qanuni əsaslarla yaşayan və üçüncü ölkə vətəndaşı olan zəmanətçinin ailə üzvü məşğulluq

imkanlarından istifadə etmək və fərdi əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir (14-cü maddə).

Burada əmək bazarına çıxış məsələsi qəbul edən üzv dövlətə gəldikdən sonra yaşadığı müddətdən asılıdır ki,

həmin müddət də 12 aydan az olmamalıdır. Bu müddət ərzində qəbul edən dövlət əlaqədar şəxsin yerli əmək

bazarına uyğun gəlib-gəlməməsi məsələsinə baxmaq imkanına malikdir.

8.2.6. Əlaqələndirmə və əməkdaşlıq sazişləri bağlamış digər ölkələrin vətəndaşları

"Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 216-cı maddəsi üçüncü ölkələrlə Avropa İttifaqı arasında

sazişlərin bağlanmasını nəzərdə tutur və 217-ci maddədə isə konkret olaraq əməkdaşlıq sazişləri qeyd olunur.

Avropa İttifaqının bağladığı əlaqələndirmə, stabilləşmə, əməkdaşlıq, tərəfdaşlıq sazişlərinin və/və ya başqa növ

sazişlərin 375 tərəfləri olan müəyyən dövlətlərin vətəndaşları bir çox məsələ ilə əlaqədar Avropa İttifaqı

vətəndaşları ilə bərabər səviyyədə rəftar olunsalar da tamamilə bərabər rəftar hüququna malik deyillər. 2012-

ci ilin sonuna Avropa İttifaqı 100-dən çox dövlətlə bu cür sazişlər bağlamışdır. 376

Sözügüdən əlaqələndirmə və əməkdaşlıq sazişləri onları imzalamış dövlətlərin vətəndaşlarına Avropa İttifaqına

daxil olmaq və burada işləmək üçün birbaşa hüquq vermirlər. Lakin bu ölkələrdən olan və Avropa İttifaqının

əlaqədar üzv dövlətində qanuni əsaslarla işləyən vətəndaşlar həmin üzv dövlətin vətəndaşları ilə bərabər rəftar

və eyni iş şəraiti hüququna malikdirlər. Məsələn, Mərakeş və Tunislə bağlanmış Avropa-Aralıq dənizi

Sazişlərinin 64(1)-ci maddəsi müəyyən edir ki, "hər bir üzv dövlətin ərazisində işə götürülmüş Mərakeş [və ya

Tunis] vətəndaşı olan işçiyə həmin dövlət tərəfindən göstərilən rəftar iş şəraiti, ödənişli iş və işdən azad olunma

baxımından öz vətəndaşları üçün göstərilən rəftarla bərabər səviyyədə olmaqla vətəndaşlıq zəminində hər

hansı ayrı-seçkilikdən azad olmalıdır." 377 Həmin vətəndaşların Avropa İttifaqında müvəqqəti əmək fəaliyyətinə

374 İsmail Derinin Landkreis Darmstadt-Dieburg-a qarşı (Ismail Derin v. Landkreis Darmstadt-Dieburg) Avropa Ədalət Məhkəməsindəki C-

325/05 [1997] ECR I-00329 saylı, 18 iyul 2007-ci il tarixli işinin 74-75-ci paraqrafları.

375

Stabilləşmə və Əlaqələndirmə Sazişləri Albaniya, Makedoniya, Bosniya və Herseqovina, Monteneqro və Serbiya ilə bağlanıb.

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri 13 Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə mövcuddur; Mərakeş, Tunis və Əlcəzairlə əvvəllər

imzalanmış sazişlər yeddi dövləti əhatə edən Avropa-Aralıq dənizi Sazişləri ilə əvəz edilib. 79 Afrika-Karib dənizi-Sakit okean dövlətləri

(Kotonu Sazişləri) və Çili ilə sazişlər imzalanıb.

376

Bu sazişlərin müvafiq dövlətlərin vətəndaşlarına və həmin vətəndaşların ailə üzvlərinə təsirinin ən son və hərtərəfli təsviri ilə tanış

olmaq üçün "N. Rocers və başqaları" (2012-ci il), fəsil 14-21-ə baxın.

377

Bir tərəfdən Avropa İttifaqı və onun üzv dövlətləri, digər tərəfdən isə Mərakeş Krallığı arasında əməkdaşlığı nəzərdə tutan Avropa-

Aralıq dənizi Sazişi 2000-ci il martın 1-də qüvvəyə minmişdir, OJ 2000 L70, səh. 2; Bir tərəfdən Avropa İttifaqı və onun üzv dövlətləri, digər

135

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!