03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Qanunilik və prosedur təminatları məsələlərini nəzərə almaqla yanaşı saxlanılma Avropa İnsan Hüquqları

Konvensiyasında əks olunmuş və Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyası əsasında nəzərdə tutulmuş

fundamental hüquqlara mahiyyətcə mütləq uyğun gəlməlidir. 291

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən bu Konvensiyanın 5-ci maddəsi azadlıq və toxunulmazlıq

hüququnu nəzərdə tutur. 5(1)(f) maddəsinə əsasən ölkəyə qanunsuz gəlməyə çalışan və ya barəsində

deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsi saxlamaq məqsədi ilə zərurilik aspektinin nəzərə

alınması tələb olunmur. Bu isə saxlanılmanın 5(1)-ci maddəsində nəzərdə tutulmuş şəxs tərəfindən törədilən

hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq kimi digər saxlama

formalarından fərqlidir. 292

"Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 9-cu maddəsi miqrasiya kontekstində tətbiq edilən

azadlıqdan məhrum etmə tədbirinin qanuni, zəruri və mütənasib olmasını nəzərdə tutur. Kambocalı sığınacaq

axtaranın Avstraliyada saxlanılmasına dair işdə BMT-nin İnsan Hüquqları Komitəsi birmənalı şəkildə bəyan

etmişdir ki, saxlanılma sözügedən Paktın 9-cu maddəsinə uyğun olaraq zəruri və mütənasib xarakter

daşımalıdır. 293

6.6. Özbaşınalıq/Əsassızlıq

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən milli qanuna uyğunluq kifayət edən amil deyil. Avropa İnsan

Hüquqları Konvensiyasının 5-ci maddəsi azadlıqdan məhrum etmənin şəxsin özbaşınalıqdan müdafiə edilməsi

məqsədinə uyğun olmasını nəzərdə tutur. Bu baxımdan fundamental prinsip ondan ibarətdir ki, heç bir

qanunsuz saxlanılma 5(1)-ci maddəyə uyğun olaraq əsaslandırıla bilməz. "Özbaşınalıq/əsassızlıq" anlayışı milli

qanunlara uyğun olmama məsələsindən kənara çıxır; azadlıqdan məhrum etmə milli qanunlar baxımından

qanuni olsa belə, əsassızlıq Avropa İnsan Hüquqları Konvensiyasına zidd ola bilər. 294

Saxlanılmanın əsassız hesab edilməsinin qarşısını almaq üçün bu tədbir 5(1)(f) maddəsinə əsasən düzgün

həyata keçirilməlidir: saxlanılma dövlət orqanları tərəfindən müəyyən edilmiş və istifadə olunan əsaslarla sıx

əlaqədə olmalıdır; saxlanılma yeri və şəraiti münasib olmalıdır; və saxlanılmanın müddəti qarşıya qoyulan

məqsədə nail olmaq üçün məntiqli olaraq tələb olunan müddətdən çox olmamalıdır. Araşdırmalar zəruri

ehtiyatlılıqla və çıxarılmanın real perspektivləri mövcud olduqda həyata keçirilməlidir. Nəyin əsassız hesab

edilməsi isə işin faktlarından asılıdır.

Misal: Rusunun Avstriyaya qarşı işində 295 iddiaçı etibarlı pasportu və vizası olmadan Avstriyaya qanunsuz

gəldiyindən və Avstriyada yaşamaq üçün tələb olunan vəsaitlərə malik olmadığından bu ölkəni tərk etməyə

çalışarkən saxlanılmışdır. Buna görə də Avstriyanın dövlət orqanları iddiaçının azad edildiyi təqdirdə

araşdırmalardan gizlənərək boyun qaçıracağını ehtimal etmişdilər. Avropa İnsan Hüquqları Məhkəməsi bir

daha vurğulamışdır ki, şəxsin saxlanılması ciddi tədbir hesab olunur və bu nöqteyi-nəzərdən saxlanılma

bəzən qarşıya qoyulmuş məqsədə nail olmaq üçün zəruri hesab edildikdə də əsassız ola bilər (əgər şəxsi

maraqların və dövlət maraqlarının təmin edilməsi üçün nəzərdən keçirilmiş digər, nisbətən yüngül

tədbirlərin kifayət etməyəcəyi müəyyən edildiyindən saxlanılma ən son tədbir kimi

əsaslandırılmamışdırsa). İddiaçının saxlanılması ilə əlaqədar dövlət orqanlarının əsaslandırmaları qeyrimünasib

hesab edilmişdir və onun saxlanılmasında özbaşınalıq elementləri özünü biruzə verirdi. Bununla

əlaqədar olaraq sözügedən saxlanılma ilə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin

pozulduğu müəyyən edilmişdir.

291 Aşuğbabianın Prefet du Val-de-Mame-yə qarşı (Achughbabian v. Prefet du Val-de-Marne) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-

329/11 saylı, 6 dekabr 2011-ci il tarixli işinin 49-cu paraqrafı.

292 Səədinin Birləşmiş Krallığa qarşı (Saadi v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 13229/03 saylı, 29

yanvar 2008-ci il tarixli işinin 72-ci paraqrafı.

293 A-nın Avstraliyaya qarşı şikayət ərizəsinə (A v. Australia) dair 560/1993 saylı, 30 aprel 1997-ci il tarixli Kommünikedən rəylər.

294 Səədinin Birləşmiş Krallığa qarşı (Saadi v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 13229/03 saylı, 29

yanvar 2008-ci il tarixli işinin 67-ci paraqrafı; A.-nın və başqalarının Birləşmiş Krallığa qarşı (A. and Others v. the United Kingdom) [GC]

Avropa İnsan Hüquqları Məhkəməsindəki 3455/05 saylı, 19 fevral 2009-cu il tarixli işinin 164-cü paraqrafı.

295 Rusunun Avstriyaya qarşı (Rusu v. Austria) Avropa İnsan Hüquqları Məhkəməsindəki 34082/02 saylı, 2 oktyabr 2008-ci il tarixli işinin

58-ci paraqrafı.

111

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!