03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Bundan başqa, İrqi bərabərlik Direktivi (2000/43/EC) məşğulluq, mallardan və xidmətlərdən, həmçinin sosial

təminat və sığorta sistemlərindən istifadə sahələrində irqi mənsubiyyət və etnik mənşə zəminində ayrı-seçkiliyi

qadağan edir. 353 Bu Direktiv üçüncü ölkə vətəndaşlarına da şamil edilir; onun 3(2)-ci maddəsinə əsasən

"vətəndaşlıq mənsubiyyətindən irəli gələn fərqli rəftar məsələlərini əhatə etmir və əlaqədar üçüncü ölkə

vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusundan irəli gələn hər hansı bir rəftara xələl

gətirmir."

1989-cu il dekabrın 9-da Birləşmiş Krallığı çıxmaq şərti ilə Avropa İttifaqına üzv olan dövlətlərin yekdil razılığı

ilə "İşçilərin əsas sosial hüquqları haqqında" İttifaq Xartiyası qəbul olunmuşdur. Bu Xartiya Avropa əmək

hüququ modelinin əsasını təşkil edən əsas prinsipləri müəyyən edərək növbəti onillik üçün Avropa sosial

modelinin inkişaf perspektivlərini formalaşdırmışdır. İttifaq Xartiyasında bəyan edilmiş fundamental sosial

hüquqlar sonradan inkişaf etdirilərək Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyasına daxil edilmişdir.

Xartiya yalnız Avropa İttifaqı qanunvericiliyinin əhatə dairəsinə düşən məsələlərlə əlaqədar məhdud şəkildə

tətbiq edildiyindən onun müddəaları Avropa İttifaqı qanunvericiliyinin əhatə dairəsindən kənar məsələlərə

şamil edilə bilməz. Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasında öz əksini tapmış hüquqların böyük

əksəriyyəti yalnız Avropa İttifaqı vətəndaşlarına və Avropa İttifaqı ərazisində qanuni yaşayan şəxslərə, çox az

sayda hüquqlar isə, məsələn, Xartiyanın 14(1)(2)-ci maddəsində nəzərdə tutulmuş təhsil hüququ bütün

insanlara şamil olunur.

Avropa Şurası sistemi çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyası əsasən mülki və siyasi hüquqları

təmin edərək iqtisadi və sosial hüquqlarla bağlı çox məhdud normaları nəzərdə tutur.

1961-ci ildə qəbul edilmiş və 1996-cı ildə dəyişdirilmiş Avropa Sosial Xartiyası Avropa İnsan Hüquqları

Konvensiyasını tamamlayaraq iqtisadi və sosial hüquqlar sahəsində Avropa insan hüquqları hüququnun əsas

sənədi hesab olunur. Bu Xartiyada əks olunmuş hüquqlara onu imzalamış dövlətlər tərəfindən hörmətlə

yanaşmanı təmin edən Avropa Sosial Xartiyası fundamental hüquq və azadlıqları təsbit edərək hesabatvermə

və kollektiv şikayətlər vermə prosedurları əsasında öhdəliklərin həyata keçirilməsi üzrə nəzarət mexanizmini

müəyyən edir. Avropa Sosial Xartiyası yaşayış yerinə, sağlamlığın qorunmasına, təhsilə, məşğulluğa, sosial

müdafiəyə, insanların hərəkət etmək azadlığına və ayrı-seçkiliyin yolverilməzliyinə aid məsələləri əhatə edən

hüquqları özündə əks etdirir.

Avropa Sosial Xartiyası tərəfindən miqrantların müdafiəsi məsələsi qarşılıqlıq prinsipinə əsaslanmasa da ilk

növbədə onun müddəaları bu Xartiyanı ratifikasiya etmiş tərəfin vətəndaşlarına və bu Xartiyanı ratifikasiya

etmiş digər tərəfin ərazisində miqrant həyatı sürən bu Xartiyanı ratifikasiya etmiş tərəfin vətəndaşlarına şamil

olunur. Avropa Sosial Xartiyasının Əlavəsinə uyğun olaraq bu Xartiyanın 1-dən 17-yə və 20-dən 31-ə qədər olan

maddələrin təsirinin yayıldığı şəxslərin tərkibinə əcnəbilər yalnız onların digər tərəfin vətəndaşı olduqları və

müvafiq tərəfin ərazisində qanuni əsaslarla yaşadıqları və daimi işlədikləri halda daxil edilirlər və bu izah, oxşar

hüququn hər hansı bir müqavilə tərəfindən digər şəxslərə də şamil edilməsinə mane olmur. Bu maddələr

Xartiyanın əməkçi miqrantlara və onların ailə üzvlərinə aid 18 və 19-cu maddələrinin müddəaları əsasında

təfsir olunmalıdır. Avropa Sosial Xartiyasının 18-ci maddəsi Xartiyanın digər tərəflərinin ərazisində gəlir gətirən

fəaliyyətlə məşğul olmaq, 19-cu maddəsi isə əməkçi miqrantlarının və onların ailələrinin müdafiə və yardım

hüquqlarını təmin edirlər.

Bununla Avropa Sosial Xartiyasının təsir dairəsi müəyyən dərəcədə məhdudlaşdırılsa da Sosial Hüquqlar üzrə

Avropa Komitəsi bu Xartiya ilə əlaqədar çox əhəmiyyətli yurisprudensiya prinsiplərini işləyib hazırlamışdır.

Sosial Hüquqlar üzrə Avropa Komitəsi müəyyən əsas hüquqları rəhbər tutaraq inkişaf etdirdiyi presedent

hüququnun əhatə dairəsinə Xartiya Tərəfinin ərazisində olan hər bir şəxsin, o cümlədən, qanunsuz yaşayan

miqrantların da daxil edilməsinə müvəffəq olmuşdur. 354

Avropa Sosial Xartiyasının Avropa İnsan Hüquqları Konvensiyası ilə sıx əlaqədə olması Sosial Hüquqlar üzrə

Avropa Komitəsinin presedent hüququna çox dəyərli töhvələr verir. Avropa İttifaqının və Avropa Şurasının

bütün üzvləri Avropa Sosial Xartiyasını ratifikasiya etməsələr və ya onun bütün müddəalarını qəbul etməsələr

353

2000/43/EC saylı Direktiv, OJ L 180/22 (Directive 2000/43/EC)

354

Sosial Hüquqlar üzrə Avropa Komitəsinin Beynəlxalq Liqaları Federasiyasının Fransaya qarşı (International Federation of Human

Rights Leagues v. France) 14/2003 saylı, 8 sentyabr 2004-cü il tarixli şikayət ərizəsinə dair qərarı.

130

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!