03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

göstərilməsi və 1-ci maddəyə əsasən mütləq xarakter daşımaması faktı onları vacib qaydalar kimi təsnif

etməyə təsir göstərmir.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən bu Konvensiya Avropa Şurası üzv dövlətlərinin

yurisdiksiyasında olan bütün şəxslərə şamil olunur. Avropa İnsan Hüquqları Məhkəməsi şəxslərin açıq sularda

onlar üzərində nəzarəti həyata keçirən dövlətlərin yurisdiksiyasına düşmələri barədə bir neçə işə baxmışdır. 47

İtaliyaya qarşı 2012-ci il tarixli işdə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Avropa torpaqlarına

düşməyə çalışan miqrantların hüquqlarını və bu cür hallarda dövlətlərin vəzifələrini müəyyən etmişdir.

Misal: Hirsi Camaanın və başqalarının İtaliyaya qarşı işində 48 iddiaçılar Maltaya aid axtarış və xilasetmə

zonasına yaxın açıq sularda italiyalı dəniz sərhədçiləri tərəfindən saxlanılmış sığınacaq axtaranlar və digər

şəxslər də daxil olmaqla təxminən 200 nəfərdən ibarət bir qrupun üzvləri idi. İtaliya ilə Liviya arasında

bağlanmış sazişə əsasən miqrantların hamısı Liviyaya qaytarılaraq sığınacaq üçün müraciət etmək

imkanından məhrum edilmişdir. Onların adları və vətəndaşlıqları ilə bağlı heç bir qeydlər aparılmamışdır.

Avropa İnsan Hüquqları Məhkəməsi Liviyadakı vəziyyətin hamıya yaxşı məlum olduğunu və bunu çoxsaylı

mənbələrdən asanlıqla yoxlamaq üçün imkanların mövcud olduğunu qeyd etmişdir. Bununla əlaqədar

olaraq, Məhkəmə hesab etmişdir ki, İtaliyanın müvafiq orqanları iddiaçıların qanunsuz miqrant qismində

Liviyaya geri qaytarılacaqları təqdirdə Avropa İnsan Hüquqları Konvensiyasına zidd rəftara məruz

qalacaqlarını və heç bir müdafiə ilə təmin olunmayacaqlarını bilirdi və ya bilməli idi. Eyni zamanda, həmin

orqanlar sonradan bu iddiaçıları onların Somali və Eritreya kimi mənşə ölkələrinə heç bir əsas olmadan geri

qaytarılma riskindən müdafiə etmək üçün kifayət qədər təminatların mövcud olmadığını bilirdi və ya

bilməli idi. İtaliya orqanları Liviyada hansısa sığınacaq prosedurlarının olmaması və Liviyanın dövlət

orqanlarını BMTQAK tərəfindən verilmiş qaçqın statusunu tanımasına məcbur etməyin mümkünsüz olması

məsələlərinə xüsusi diqqət yetirməli idi.

Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçıların Liviyada sığınacaq üçün müraciət etmək və ya bu ölkədə

sığınacaq sisteminin mövcud olmaması səbəbindən üzləşdikləri riskləri təsvir etmək imkanlarından

məhrum olmalarının İtaliyanı Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsində nəzərdə tutulmuş

öhdəliklərdən azad etməməsi faktını bir daha təsdiq etmişdir. Bununla əlaqədar olaraq iddiaçıların Liviyaya

göndərilməsi nəticəsində məcburi geri qaytarılma riskinə məruz qalmaları səbəbindən Avropa İnsan

Hüquqları Konvensiyasının 3-cü maddəsi pozulmuşdur.

1.8. Hüquqi müdafiə vasitələri

Hüquqi müdafiə vasitələrinə gəldikdə, fəsil 4 bu məsələni daha dərindən öyrənir, fəsil 6 isə hüquqi müdafiə

vasitələrini azadlıqdan məhrum etmə kontekstində nəzərdən keçirir.

Avropa İttifaqı qanunvericiliyinə əsasən bəzi hüquqi sənədlər, məsələn Viza Məcəlləsi (32(3) və 34(7)-ci

maddələr), Şengen Sərhəd Məcəlləsi (13-cü maddə) və Sığınacaq prosedurları Direktivi (46-cı maddə) spesifik

şikayətləri və hüquqi müdafiə vasitələrini nəzərdə tutur. Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının

47-ci maddəsi də əsas təminatları özündə əks etdirir. Avropa İttifaqı qanunvericiliyi ilə təmin olunan hüquq və

azadlıqların, o cümlədən, sözügedən Xartiyanın müddəalarının pozulmasından zərər çəkmələri bu və ya digər

dərəcədə ehtimal olunan bütün şəxslər əraziyə buraxılmamaqla və ya nəzərdə tutulmuş prosedurlardan

istifadə edə bilməməklə əlaqədar "səmərəli məhkəmə müdafiəsini" də nəzərdə tutan səmərəli hüquqi müdafiə

vasitələrindən istifadə etmək imkanlarını avtomatik olaraq əldə etməlidirlər.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən ərazilərə buraxılma və ya prosedurlardan istifadə ilə əlaqədar

hüquqları Avropa İnsan Hüquqları Konvensiyası əsasında təmin olunan bütün şəxslər dövlət orqanları

qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Məsələn, Hirsi Camaanın və başqalarının İtaliyaya

47 Xhavaranın və başqalarının İtaliyaya və Albaniyaya, (Xhavara and Others v. Italy and Albania), həmçinin Medvedevin və başqalarının

Fransaya qarşı (Medvedyev and Others v. France) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki müvafiq olaraq 39473/98 və 3394/03

saylı, 11 yanvar 2001-ci il və 29 mart 2010-cu il tarixli işləri.

48 Hirsi Camaanın və başqalarınınİtaliyaya qarşı (Hirsi Jamaa and Others v. Italy) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 27765/09

saylı, 23 fevral 2012-ci il tarixli işi.

30

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!