03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Misal: Çonkanın Belçikaya qarşı işi 179 etnik Roman mənşəli sığınacaq axtaranların Konvensiyaya dair 4 saylı

Protokolun 4-cü maddəsinə zidd kollektiv çıxarılması ilə əlaqədar idi ki, qarşıda duran inzibati və praktiki

maneələr iddiaçılara öz sığınacaq iddialarına Belçikada nail olunmasına mane olmuşdur. İşin birinci

instansiyada baxılması zamanı iddiaçlar öz işləri ilə tanış olmaq, dinləmələr zamanı tərtib edilmiş protokolla

bağlı məsləhətləşmələr aparmaq və ya öz şərhlərini protokola daxil etmək imkanı əldə etməmişdirlər.

Daha yüksək instansiya qarşısında mövcud olan hüquqi müdafiə vasitələri isə avtomatik təxirə salma

gücünə malik deyildi. Bununla əlaqədar olaraq Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasına dair 4

saylı Protokolun 4-cü maddəsi ilə birlikdə bu Konvensiyanın 13-cü maddəsinin də pozulması qənaətinə

gəlmişdir.

Müəyyən hallarda bir hüquqi müdafiə vasitəsi Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsində əks

olunmuş tələbləri təmin etmədikdə buna milli qanunvericiliyə əsasən nəzərdə tutulmuş hüquqi müdafiə

vasitələrinin bir cəmi vasitəsi ilə nail olmaq mümkündür. 180

4.1.3. Avtomatik təxirə salma gücünə malik şikayətlər

Avropa İttifaqı qanunvericiliyinə əsasən Sığınacaq prosedurları Direktivinin 46-cı maddəsi məhkəmə və ya

tribunal qarşısında səmərəli hüquqi müdafiə vasitələri hüququnu nəzərdə tutur. Bu Avropa İttifaqı

Fundamental Hüquqlar Xartiyasının 47-ci maddəsinin mətninə də uyğundur. Direktiv üzv dövlətlərdən

müvafiq şikayətin təqdim olunması müddəti bitənədək, həmçinin şikayətlə bağlı qərar qəbul edilənədək

ərizəçilərə öz ərazilərində qalmaq icazəsinin verilməsini tələb edir. 46(6)-cı maddəyə əsasən əsassız və ya

yolverilməz şikayətlərin müəyyən növləri ilə əlaqədar müvafiq dövlətdə avtomatik olaraq qalmaq hüququ

mövcud deyil və bu cür hallarda şikayətin baxılması müddəti ərzində şikayətçinin ölkə ərazisində qalıbqalmaması

barədə qərar çıxarmaq səlahiyyəti şikayətə baxan orqana verilməlidir. Buna oxşar istisna Dublin

Əsasnaməsinə uyğun göndərilmələr barədə qərarın qəbul edilməsi ilə əlaqədar də mövcuddur ((EU)604/2013

saylı Əsasnamənin 27(2)-ci maddəsi). Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasına əsasən belə bir

qənaətə gəlmişdir ki, əgər şəxs onun sığınacaq almaqla bağlı müraciətinə aldığı rədd cavabından şikayət edirsə,

həmin şikayət ərizəsi avtomatik təxirə salma gücünə malik olmalıdır, çünki ona qarşı həyata keçiriləcək geri

qaytarılma tədbiri 3-cü maddəyə zidd olaraq mümkün bərpa edilməz fəsadlara gətirib çıxara bilər.

Misal: Gebremedhinin [Gaberamadhien] Fransaya qarşı işində 181 Avropa İnsan Hüquqları Məhkəməsi

iddiaçının Eritreyada ləyaqəti alçaldan rəftara məruz qalması riski ilə əlaqədar iddialarının Avropa İnsan

Hüquqları Konvensiyasına əsasən "mübahisə olunan" şikayətin təqdim edilməsi üçün kifayət qədər əsaslı

olduğunu hesab etmişdir. Bununla əlaqədar olaraq iddiaçı 3-cü maddə ilə birlikdə götürülmüş 13-cü

maddəyə istinad edə bilərdi. 13-cü maddənin müddəaları əcnəbinin geri göndəriləcəyi ölkədə 3-cü

maddəyə zidd olaraq ləyaqəti alçaldan rəftara məruz qalması riski ilə üzləşəcəyini ehtimal etmək üçün real

səbəblər mövcud olduqda onun çıxarılması barədə qərara qarşı təxirə salma gücünə malik hüquqi müdafiə

vasitələrinə çıxışının təmin olunmasını tələb edir. Bu cür risklə üzləşəcəyini iddia edən sığınacaq axtaranlar

Fransanın ərazisinə buraxılmaq icazəsi ilə artıq təmin olunduqda Fransa qanunvericiliyi yuxarıda qeyd

olunan tələbə müəyyən dərəcədə cavab verən proseduru nəzərdə tutur. Buna baxmayaraq, həmin

prosedur bu cür riskin mövcudluğunu iddia edən, lakin hava limanına gəldikdən sonra sərhəddən

buraxılmamış şəxslərə şamil olunmur. Əcnəbilər sığınacaq almaq məqsədilə ərizə təqdim etmək üçün

Fransa ərazisində olmalıdırlar. Əgər onlar sərhəddən buraxılmamışdırlarsa, ilk növbədə ölkəyə daxil olmaq

icazəsini əldə etməyənədək belə bir ərizə ilə müraciət edə bilməzlər. Onlar bunun üçün zəruri sənədlərə

malik olmadığından sığınacaq səbəblərini əsas gətirərək ölkəyə daxil olmaq icazəsi əldə etmək üçün

müraciət etməlidirlər. Bundan sonra dövlət orqanları nəzərdə tutulan sığınacaq müraciətinin "aşkar şəkildə

əsassız" olub-olmadığını müəyyən etmək üçün yoxladıqları zaman onlar "gözləmə zonasında" saxlanılırlar.

Dövlət orqanları müraciəti "aşkar şəkildə əsassız" hesab etdikdə əlaqədar şəxslərin ölkəyə gəlmək

müraciətinə rədd cavabı verirlər. Bundan sonra həmin şəxslər sığınacaq üçün müraciət etmək imkanı əldə

179 Çonkanın Belçikaya qarşı (Čonka v. Belgium) Avropa İnsan Hüquqları Məhkəməsindəki 51564/99 saylı, 5 fevral 2002-ci il tarixli

işi.

180 Kudlanın Polşaya qarşı (Kudła v. Poland) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 30210/96 saylı, 26 oktyabr 2000-ci il tarixli işi.

181 Gebremedhinin [Gaberamadhien] Fransaya qarşı (Gebremedhin [Gaberamadhien] v. France) Avropa İnsan Hüquqları

Məhkəməsindəki 25389/05 saylı, 26 aprel 2007-ci il tarixli işi.

73

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!