03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Əsas məqamlar

Əksər hallarda müvafiq sənədlərin mövcudluğu əcnəbilərə əmək bazarına çıxmaq, həmçinin özəl və

dövlət xidmətlərindən istifadə etmək imkanı verir; eyni zamanda, bu dövlət orqanları ilə mübahisəli

halların yaranmasının qarşısını alır (bu fəslin "Giriş" bölməsinə baxın).

Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası sığınacaq hüququnu birmənalı şəkildə təsbit edir.

Avropa İnsan Hüquqları Konvensiyası sığınacaq əldə etmək hüququnu təmin etməsə də qəbul edən

dövlətdə ölüm və ya ləyaqəti alçaldan rəftar təhlükəsi ilə üzləşəcək şəxsin çıxarılmasından çəkinmə

bu Konvensiya əsasında göndərən dövlətdən tələb oluna bilər (Bölmə 2.2-yə baxın).

Avropa İttifaqı qanunvericiliyinə əsasən sığınacaq axtaranlar öz sığınacaq ərizələrinə yekun qərarın

verilməsini gözləyərkən aidiyyəti dövlətin ərazisində qalmaq hüququna malikdirlər və şəxsiyyəti

təsdiq edən sənədlərlə təmin olunmalıdırlar (Bölmə 2.1-ə baxın).

Avropa İttifaqı qanunvericiliyinə əsasən qaçqın statusu verilmiş şəxslər və əlavə himayədən

faydalanan şəxslər şəxsiyyəti təsdiq edən sənədlərlə və yol sənədləri ilə təmin olunmalıdırlar (Bölmə

2.2-yə baxın).

Həm Avropa İttifaqı qanunvericiliyinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına əsasən insan

alveri qurbanlarının polis orqanları ilə əməkdaşlığına şərait yaratmaq üçün onlar yaşayış icazələri ilə

təmin olunmalıdırlar. Avropa İttifaqı qanunvericiliyinə və Avropa İnsan Hüquqları Konvensiyasına

əsasən bu cür şəxsləri müdafiə etmək üçün dövlətlərdən konkret tədbirlərin həyata keçirilməsi tələb

oluna bilər (Bölmə 2.3-ə baxın).

Geri qaytarılma Direktivi qeyri-qanuni vəziyyətdə olan üçüncü ölkə vətəndaşlarının müvafiq

vəziyyətinin ya tənzimlənməsini və ya onların geri qaytarılması üçün qərarın verilməsini Avropa

İttifaqının üzv dövlətlərindən tələb edir (Bölmə 2.5-ə baxın).

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən miqrantın statusunun tanınmaması və ya ona

müvafiq sənədlərin verilməməsi məsələsi 8-ci maddəyə müvafiq olaraq məhkəmə yolu ilə həll edilə

bilər (Bölmə 2.5-ə baxın).

Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının üzv dövlətində 5 il ərzində qanuni əsaslarla

davamlı şəkildə yaşayan üçüncü ölkə vətəndaşı daha yüksək status əldə etmək hüququna malikdir

(Bölmə 2.6-ya baxın).

Türkiyə vətəndaşları və onların ailələri Ankara Sazişinə dair 1970-ci il tarixli Protokol qüvvəyə mindiyi

zaman fərdi əmək fəaliyyəti və ya xidmətlərin göstərilməsi ilə əlaqədar tətbiq edilmiş şərtlərdən daha

ciddi şərtlərə məruz qala bilməzlər (Bölmə 2.7-yə baxın).

Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İqtisadi Zonasının və ya İsveçrənin və yaxud Avropa

İttifaqı vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşları hərəkət etmək azadlığından irəli

gələn hüquqları icra edərək daha imtiyazlı status əldə etmək hüququna malikdirlər (Bölmə 2.8-ə

baxın).

Nə Avropa İttifaqı qanunvericiliyi, nə də ki, Avropa İnsan Hüquqları Konvensiyası vətəndaşlığın əldə

olunması məsələsini əhatə etməsə də vətəndaşlığın itirilməsi müvafiq Avropa İttifaqı hüquqlarının

itirilməsini də nəzərdə tutsa bu məsələyə Avropa İttifaqının qanunvericiliyi əsasında baxıla bilər

(Bölmə 2.9-a baxın).

Əlavə presedentlər və ədəbiyyat

Əlavə presedentlərlə tanış olmaq üçün zəhmət olmasa bu vəsaitin 174-ci səhifəsində verilmiş təlimatlara

diqqət yetirin. Bu fəsildə nəzərdən keçirilmiş məsələlərə aid əlavə materiallarla vəsaitin 157-ci səhifəsindəki

"Əlavə ədəbiyyat" hissəsində tanış olmaq mümkündür.

44

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!