03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Dövlətlər səlahiyyətli şəxslərinin Avropa İnsan Hüquqları Konvensiyasına əməl etmələrini təmin etməkdən

ibarət beynəlxalq öhdəliyi öz üzərinə götürür. Avropa Şurasına üzv olan bütün dövlətlərin Avropa İnsan

Hüquqları Konvensiyasını artıq öz milli qanunvericiliyinə daxil etmələri və ya tətbiq etmələri yerli hakimlərdən

və səlahiyyətli şəxslərdən bu Konvensiyanın müddəalarına uyğun hərəkət etmələrini tələb edir.

Avropa Şurasının 1961-ci ildə qəbul edilmiş və 1996-cı ildə dəyişdirilmiş Avropa Sosial Xartiyası Avropa İnsan

Hüquqları Konvensiyasının müddəalarını sosial hüquqlar baxımından tamamlayır. 2013-cü ilin dekabr ayı üçün

Avropa Şurasına üzv olan 47 dövlətdən 43-ü Avropa Sosial Xartiyasını ratifikasiya etmişdir. 2 Avropa Sosial

Xartiyası bu sənəddən irəli gələn məsələlərin məhkəmə yolu ilə həllini nəzərdə tutmasa da milli

qanunvericiliyin və təcrübənin bu Xartiyaya iki prosedur çərçivəsində uyğunluğuna nəzarət edən müstəqil

ekspertlərdən təşkil olunmuş Sosial Hüquqlar üzrə Avropa Komitəsinin fəaliyyət göstərməsini nəzərdə tutur.

Həmin prosedurlar bunlardır: tərəfdar dövlətlərin Xartiyanın icra olunmasına dair milli hesabatların müntəzəm

intervallarla təqdim edilməsini nəzərdə tutan hesabat vermə proseduru və təşkilatlara şikayət etmək hüququ

verən kollektiv şəkildə şikayət etmə proseduru. 3 Sosial Hüquqlar üzrə Avropa Komitəsi təqdim olunmuş milli

hesabatlarla əlaqədar müvafiq nəticələr çıxarır və kollektiv şikayətlərlə bağlı qərarlar qəbul edir. Çıxarılmış

nəticələrdən və qəbul edilmiş qərarlardan bəziləri bu vəsaitdə qeyd olunur.

Avropa İttifaqı

Avropa İttifaqı 28 üzv dövlətdən ibarətdir. Avropa İttifaqı qanunvericiliyi müqavilələrdən və Avropa İttifaqının

köməkçi qanunlarından təşkil olunub. Məhz bu müqavilələr Avropa İttifaqının bütün üzv dövlətləri tərəfindən

təsdiq edilmiş və "Avropa İttifaqının əsas qanunları" adlandırılan Avropa İttifaqı Müqaviləsi və "Avropa

İttifaqının fəaliyyəti haqqında" Müqavilələrdir. Bu müqavilələrə əsasən müvafiq səlahiyyətlərlə təmin edilmiş

Avropa İttifaqı təsisatları tərəfindən qəbul olunan Avropa İttifaqının əsasnamələri, direktivləri və qərarları bir

qayda olaraq "Avropa İttifaqının köməkçi qanunları" adlandırılır.

Avropa İttifaqı 1950-ci illərdəenerji, təhlükəsizlik və azad ticarət məsələlərilə məşğul olmaq məqsədi ilə

yaradılan və kollektiv şəkildə “Avropa Birlikləri” kimi tanınmış 3 beynəlxalq təşkilatın əsasında qurulub. Avropa

Birliklərinin əsas məqsədi, mal, sərmayə insan və xidmətlərin sərbəst hərəkəti vasitəsilə iqtisadi inkişafın

stimullaşdırılmasından ibarət idi. Beləliklə, insanların sərbəst hərəkəti Avropa İttifaqı fəaliyyətinin əsas

elementidir. İşçilərin hərəkət etmək azadlığına dair ilk, 1968-ci il tarixli Əsasnamə 4 işçilərin sərbəst hərəkət

etmələri ilə yanaşı vətəndaşlığından asılı olmayaraq ailə üzvlərini də özləri ilə aparmaq hüququnu tanıyırdı.

Avropa İttifaqı sosial təminatdan, sosial yardımdan və tibbi xidmətdən çevik istifadəyə, həmçinin ixtisasların

qarşılıqlı şəkildə tanınmasına dair müddəaları özündə əks etdirən ümumi və köməkçi bir qanunvericilik bazası

işləyib hazırlamışdı. İlk növbədə Avropa İttifaqı vətəndaşları üçün işlənib hazırlanmış həmin qanunvericilik

bazasının böyük bir hissəsi Avropa İttifaqının vətəndaşı olmayan şəxslərdən ibarət müxtəlif kateqoriyalara da

şamil olunur.

Avropa İttifaqına üzv olmayan dövlətlərdən, konkret olaraq 1994-cü ildə fəaliyyətə başlamış Avropa İqtisadi

Zonasının bir hissəsi olan İslandiya, Lixtenşteyn və Norveç vətəndaşları Avropa İttifaqı vətəndaşları ilə eyni

hərəkət etmək azadlığına malikdirlər. 5 Eynilə, 1999-cu il iyunun 21-də Avropa İttifaqı ilə bağlanmış xüsusi

sazişə 6 əsasən İsveçrə vətəndaşları da İttifaq ərazisində sərbəst hərəkət etmək və yaşayış yeri seçmək

hüququna malikdirlər. Avropa İttifaqı və Avropa İqtisadi Zonası dövlətləri İsveçrə ilə birlikdə azad ticarətin və

iqtisadi inteqrasiyanın təşviqi məqsədi ilə yaradılmış hökumətlərarası təşkilatAvropa Azad Ticarət

Assosiasiyasının üzvləridir. Avropa Azad Ticarət Assosiasiyasının öz təsisatları, o cümlədən, məhkəmə orqanı

mövcuddur. Avropa Azad Ticarət Assosiasiyasının Məhkəməsi "Avropa İqtisadi Zonası haqqında" Sazişi

2

32 dövlət 1996-cı ildə dəyişdirilmiş 11 dövlət isə 1961-ci ildə qəbul edilmiş Xartiya üzrə öz üzərinə öhdəliklər götürüb. Avropa Sosial

Xartiyası dövlətlərə yalnız konkret maddələrə tərəfdar olmaq imkanı verir. Əlavə 3 (Annex 3) Avropa Sosial Xartiyası maddələrinin tətbiqi

dərəcəsinin ümumiləşdirilmiş xülasəsini təqdim edir.

3

Hesabat vermə prosedurundan fərqli olaraq şikayət etmə proseduru fakültativ xarakter daşıyır və 2013-cü ilin sentyabr ayı üçün Avropa

Sosial Xartiyasını imzalamış 15 dövlət tərəfindən qəbul olunmuşdu.

4

Avropa İttifaqı Şurasının (EEC) saylı (Regulation (EEC) No. 1612/68),15 oktyabr 1968-ci il tarixli Əsasnaməsi.

5

"Avropa İqtisadi Zonası haqqında" (Agreement on the European Economic Area) 2 may 1992-ci il tarixli Sazişin "İnsanların, xidmətlərin və

sərmayələrin sərbəst hərəkəti" adlı 3-cü hissəsi, OJ 1994 L1.

6

Bir tərəfdən Avropa İttifaqı və İttifaqa üzv olan dövlətlər digər tərəfdən isə İsveçrə Konfederasiyası (Agreement between the European

Community and its Member States, on the one part, and the SwissConfederation) arasında 1999-cu il iyunun 21-də Lüksemburqda

imzalanaraq 2002-ci il iyunun 1-də qüvvəyə minmiş "İnsanların sərbəst hərəkəti haqqında" Saziş, OJ 2002 L 114/6.

15

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!