03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

vətəndaşlarının saxlanılmasına icazə verir. Azadlıqdan məhrum etməyə aşağıda göstərilən iki məqsədə

nail olmaq üçün icazə verilir, xüsusən də geri qaytarılma və ya çıxarılma prosesindən yayınma riski və

ya bu proseslərə ciddi müdaxilələr mövcud olduqda:

geri qaytarılma prosesini hazırlamaq məqsədi ilə;

çıxarılma prosesini həyata keçirmək məqsədi ilə.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən bu Konvensiyanın 5(1)-ci maddəsi azadlıq və toxunulmazlıq

hüququnu müdafiə edir. Həmin maddənin (a)-(f) yarımbəndləri nəzərdə tutulmuş istisnalardan ibarət dolğun

bir siyahını özündə əks etdirirlər: "Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa

azadlıqdan məhrum edilə bilməz":

səlahiyyətli məhkəmətərəfindən məhkum olunduqdan sonra;

məhkəmənin qanuni çıxardığı qərarı və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyi icra etməməyə

görə;

məhkəmə orqanı qarşısına gətirilmə məqsədi ilə;

yetkinlik yaşına çatmamış şəxslərlə bağlı xüsusi vəziyyətlərdə;

əhalinin sağlamlığının qorunması və ya səfillik hallarının qarşısını almaq məqsədi ilə;

əcnəbinin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq vəya ölkədən çıxarılmasını təmin etmək

məqsədi ilə.

Yuxarıda verilən altı səbəblərdən birinə istinad edərək saxlanılmanı əsaslandırmaq vəzifəsi müvafiq dövlətin

üzərinə düşür. 274 Tətbiq edilmiş saxlanılma tədbiri bu səbəblərdən biri ilə əsaslandırılmadıqda avtomatik

olaraq qanunsuz hesab olunur. 275 Bu səbəblər məhdudedici şəkildə təfsir olunur. 276 Ümumiyyətlə, bütün növ

cinayətlərə və hüquq pozuntularına görə saxlanılmanı nəzərdə tutan ümumiləşdirilmiş bir səbəb mövcud

olmadığından saxlanılmanın dəqiq məqsədi və səbəbini müəyyən etməmək onun qanunsuz olmasına dəlalət

edir.

Avropa İnsan Hüquqları Konvensiyasının 5(1)(f) maddəsi sığınacaq axtaranların və qanunsuz miqrantların iki

halda saxlanılmasını nəzərdə tutur:

ölkəyə qanunsuz gəlmənin qarşısını almaq məqsədi ilə;

qərar əsasında deportasiya yaxud ekstradisiya tədbirlərini tətbiq etmək məqsədi ilə.

Beləliklə, azadlıq hüququndan bütün digər istisnaları nəzərə almaqla Konvensiyanın 5(1)(f) maddəsinə uyğun

saxlanılma məhdudedici şəkildə təfsir olunan xüsusi səbəblərdən birinə əsaslanmalıdır.

Misal: Yoh-Ekale Mvanjenin Belçikaya qarşı işi 277 İİV-ə yoluxmuş və ağır xəstə olan Kamerun vətəndaşı ilə

əlaqədar idi. Dövlət orqanları iddiaçının şəxsiyyətini müəyyən etmişdilər və daimi ünvanını bilirdilər, eyni

zamanda, o həmişə dövlət orqanlarının təyin etdikləri görüşlərə gedirdi və Belçikadakı statusunu

tənzimləmək üçün bir neçə iş görmüşdü. Dövlət orqanları iddiaçının saxlanıldığı dövrdə səhhətinin

ağırlaşması faktına baxmayaraq ona qarşı nisbətən yüngül tədbirlərin tətbiq edilməsi məsələsini, məsələn,

milli maraqları təmin etmək üçün müvəqqəti yaşayış icazəsinin verilməsini nəzərdən keçirməmişdir. Bunun

əvəzində onu təxminən dörd ay saxlamışdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçının saxlanılması

ilə dövlətin onu deportasiya etmək məqsədi arasında heç bir əlaqəni görmədiyindən Avropa İnsan

Hüquqları Konvensiyasının 5-ci maddəsinin pozulduğunu müəyyən etmişdir.

Misal: A.-nın və başqalarının Birləşmiş Krallığa qarşı işində 278 Məhkəmə iddiaçının mümkün deportasiyası

məsələsinin sadəcə "daim nəzarətdə saxlanılması" siyasətini 5(1)-ci maddəyə uyğun deportasiya məqsədi

ilə görülən tədbir hesab etmək üçün kifayət etməməsi və ya həlledici olmaması qənaətinə gəlmişdir.

274 WL (Konqo) 1 və 2-nin və KM-in (Yamayka) Daxili İşlər Departamentinin Dövlət katibinə qarşıBirləşmiş Krallığın Ali Məhkəməsindəki

[2011] UKSC 12 saylı, 23 mart 2011-ci il tarixli işi (The United Kingdom, Supreme Court,WL (Congo) 1 & 2 v. Secretary of State for

the Home Department;KM (Jamaica) v. Secretary of State for the Home Department

275 Əl-Ceddanın Birləşmiş Krallığa qarşI (Al-Jedda v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 27021/08 saylı, 7

iyul 2011-ci il tarixli işinin 99-cü paraqrafı.

276 A.-nın və başqalarınınBirləşmiş Krallığa qarşı (A. and Others v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki

3455/05 saylı, 19 fevral 2009-cu il tarixli işi.

277 Yoh-Ekale Mvanjenin Belçikaya qarşı (Yoh-Ekale Mwanje v. Belgium) Avropa İnsan Hüquqları Məhkəməsindəki10486/10 saylı, 20

dekabr 2011-ci il tarixli işi.

278 A.-nın və başqalarının Birləşmiş Krallığa qarşı (A. and Others v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki

3455/05 saylı, 19 fevral 2009-cu il tarixli işinin 167-ci paraqrafı.

106

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!