03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Bu işdə Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Şurasının xüsusilə də həddindən artıq yoxsul yaşayanların

ədalət mühakiməsi sistemindən istifadə imkanlarının asanlaşdırılması üçün hüquqi yardımla bağlı tövsiyələrinə

istinad etmişdir. 200

Misal: M.S.S.-in Belçika və Yunanıstana qarşı işində 201 Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçının geri

qaytarıldığı Yunanıstanda vəkilə ödəmək üçün maddi vəsaitinin olmadığını müəyyən etmişdir; ona hüquqi

məsləhətlər və istiqamətləndirmələr təklif edən beynəlxalq təşkilatlardan istifadə etmək imkanları barədə

məlumat verilməmişdir. Hüquqi yardım göstərən vəkilin olmamasını da buraya əlavə etdikdə bütün bunlar

Yunanıstanın hüquqi yardım sisteminin təcrübədə səmərəsiz olduğunu göstərmişdir. Bununla da, Avropa

İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə birlikdə 13-cü

maddəsinin də pozulduğu qənaətinə gəlmişdir.

Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyası hüquqi yardım və

dəstəkdən istifadə hüququnun inkişaf etdirilməsi işinin əsasını təşkil edir. Xartiyanının 51-ci maddəsinə əsasən

bu sənəd Avropa İttifaqının üzv dövləti tərəfindən Avropa İttifaqı qanunvericiliyi icra olunduğu zaman tətbiq

edilir. Xartiyanın 47-ci maddəsi nəzərdə tutur ki, "hər kəsin məsləhət almaq, müdafiə edilmək və təmsil

olunmaq imkanı olmalıdır […]" və “ədalət mühakiməsi sistemindən səmərəli istifadəni təmin etmək zərurəti

ilə əlaqədar hüquqi yardım kifayət qədər resursları olmayan şəxslər üçün əlçatan olmalıdır […]."

Avropa İttifaqı qanunvericiliyinə əsasən ədalətli məhkəmə araşdırması hüququ Avropa İnsan Hüquqları

Konvensiyası ilə əhatə olunmayan sığınacaq və miqrasiya işlərinə də şamil olunmalıdır. Hüquqi yardım

məsələsinin Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 47-ci maddəsinə daxil edilməsi bu məsələnin

tarixi və konstitusion əhəmiyyətini vurğulayır. 47-ci maddəyə dair İzahedici Məruzə hüquqi yardımla əlaqədar

Strasburq presedent hüququnu, xüsusən də Aireyin işini 202 nəzərə çatdırır.

4.5.1. Sığınacaq prosedurları ilə əlaqədar hüquqi yardım

Avropa İttifaqı qanunvericiliyinə əsasən Sığınacaq prosedurları Direktivinin 22(1)-ci maddəsi ərizəçilərə öz

ərizələrinə aid məsələlərlə əlaqədar hüquq məsləhətçiləri ilə məsləhətləşmələr aparmaq hüququ verir.

Direktivin 20-ci maddəsinə uyğun olaraq müvafiq orqan tərəfindən mənfi qərar qəbul edildiyi təqdirdə Avropa

İttifaqının üzv dövlətləri şikayətin təqdim edilməsi, həmçinin şikayətlə bağlı dinləmələrin aparılması üçün

ərizəçiyə pulsuz hüquqi yardımın və təmsilolunma imkanının verilməsini təmin etməlidirlər. Nəzərəçarpan

uğur perspektivləri olmayan şikayətlərlə əlaqədar pulsuz hüquqi yardım və/və ya təmsilolunma imkanları

verilməyə də bilər (20(3)-cü maddə). Üzv dövlətlər müəyyən şərtlərə, məsələn, maddi məsələlərə və ya vaxt

məhdudiyyətlərinə riayət etməni tələb edə bilərlər (21-ci maddə).

Direktivin 23-cü maddəsi hüquqi yardımın və təmsilolunma imkanlarının həcmini, o cümlədən, hüquq

məsləhətçisinə ərizəçinin şəxsi işi ilə tanış olmaq, həmçinin öz müştərisi ilə praktiki cəhətdən görüşmək

icazəsinin verilməsi məsələlərini də nəzərdə tutur (əgər o saxlanılma müəssisələri və tranzit zonaları kimi

qapalı yerlərdə saxlanılırsa). Ərizəçiyə sığıncaqla bağlı şəxsi müsahibəyə milli qanunvericilik əsasında icazə

verilmiş hüquq məsləhətçisini və ya başqa konsultantı dəvət etmək imkanı verilir.

Avropa Şurası Nazirlər Komitəsinin "Sürətləndirilmiş sığınacaq prosedurları kontekstində insan hüquqlarının

müdafiəsinə dair" Təlimatları 203 da hüquqi yardım və dəstək hüququnu tanıyır.

200

Avropa Şurası Nazirlər Komitəsinin "Ədalət mühakiməsi sistemindən istifadəni asanlaşdıran tədbirlər haqqında üzv dövlətlər üçün"

R(81)7 saylı, 1981-ci il tarixli Tövsiyəsi; Sialkovskanın160 Polşaya qarşı (Siałkowska v. Poland) Avropa İnsan Hüquqları Məhkəməsindəki

8932/05 saylı, 22 mart 2007-ci il tarixli işi.

201 M.S.S.-in Belçikaya və Yunanıstana qarşı (M.S.S. v. Belgium and Greece) Avropa İnsan Hüquqları Məhkəməsindəki 30696/09 saylı, 21

yanvar 2011-ci il tarixli işinin 319-cu paraqrafı.

202 Aireyin İrlandiyaya qarşı (Airey v. Ireland) Avropa İnsan Hüquqları Məhkəməsindəki 6289/73 saylı, 9 oktyabr 1979-cu il tarixli işi.

203

Avropa Şurası Nazirlər Komitəsinin "Sürətləndirilmiş sığınacaq prosedurları kontekstində insan hüquqlarının müdafiəsinə dar" 1 iyul

2009-ci il tarixli Təlimatları.

80

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!