03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Əsas məqamlar

Həm Avropa İttifaqı qanunvericiliyinə, həm də İnsan Hüquqları Konvensiyasına əsasən azadlıqdan

məhrum etmə digər mümkün və nisbətən yüngül tədbirlər tükəndikdən sonra ən son variant kimi

tətbiq edilməlidir (Bölmə 6.2-yə baxın).

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən şəxsin konkret vəziyyəti bu Konvensiyanın 5-ci

maddəsinə uyğun olaraq azadlıqdan məhrum edilməsi ilə və ya həmin Konvensiyaya dair 4 saylı

Protokolun 2-ci maddəsinə uyğun olaraq hərəkət etmək azadlığının məhdudlaşdırılması ilə

nəticələnə bilər (Bölmə 6.1-ə baxın).

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən azadlıqdan məhrum etmə: Konvensiyanın 5(1)(a)-(f)

maddəsi ilə müəyyən edilmiş konkret məqsəd üçün əsaslandırılmalıdır; qanunla nəzərdə tutulmuş

prosedura uyğun həyata keçirilməlidir və əsassız olmamalıdır (Bölmə 6.3-ə baxın).

Avropa İttifaqı qanunvericiliyinə əsasən azadlıqdan məhrum etmə qanunauyğun (Bölmə 6.3-ə

baxın), zəruri və mütənasib (Bölmə 6.5-ə baxın) olmalıdır.

Avropa İttifaqı qanunvericiliyinə əsasən çıxarılmadan əvvəl saxlanılmanın maksimum müddəti altı ay

səviyyəsində müəyyən edilməlidir və bu müddət müstəsna hallarda maksimum 18 ayadək artırıla

bilər (Bölmə 6.6.4-ə baxın).

Həm Avropa İttifaqı qanunvericiliyinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına əsasən hər

kəsin çıxarılma məqsədi ilə saxlanılması mütləq çıxarılmanın real perspektivlərindən irəli gəlməlidir

(Bölmə 6.6.3-ə baxın) və çıxarılma prosedurları zəruri ehtiyatlılıqla həyata keçirilməlidir (Bölmə 6.6.2-

ə baxın).

Azadlıqdan məhrum etmə Avropa İnsan Hüquqları Konvensiyasının saxlanılma səbəbləri barədə

məlumatlandırılma hüququna dair 5(2)-ci və saxlanılma barədə qərara məhkəmə tərəfindən

təxirəsalınmadan baxılma hüququna dair 5(4)-cü maddələrindəki prosedur təminatlarına uyğun

olmalıdır (Bölmə 6.8-ə baxın).

Həm Avropa İttifaqı qanunvericiliyinə, həm də İnsan Hüquqları Konvensiyasına əsasən azadlıqdan

məhrum etmə və ya hərəkət etmək azadlığının məhdudlaşdırılması digər insan hüquqları

təminatlarına uyğun olmalıdır, məsələn, saxlanılma şəraiti insan ləyaqətinə hörməti nəzərdə

tutmalıdır, şəxslərin sağlamlığı heç zaman təhlükə altına qoyulmamalıdır və həssas qruplara aid

şəxslərin xüsusi vəziyyəti ilə bağlı ehtiyaclar nəzərə alınmalıdır (Bölmə 6.7 və 6.9-a baxın).

Əsassız və qanunsuz saxlanılmış şəxs vurulmuş ziyana görə həm Avropa İttifaqı qanunvericiliyinə,

həm də İnsan Hüquqları Konvensiyasına əsasən kompensasiya tələb edə bilər (Bölmə 6.10-a baxın).

Əlavə presedentlər və ədəbiyyat

Əlavə presedentlərlə tanış olmaq üçün zəhmət olmasa bu vəsaitin 174-ci səhifəsində verilmiş təlimatlara

diqqət yetirin. Bu fəsildə nəzərdən keçirilmiş məsələlərə aid əlavə materiallarla vəsaitin 157-ci səhifəsindəki

"Əlavə ədəbiyyat" hissəsində tanış olmaq mümkündür.

120

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!