03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Əsasnamələr). Burada əsas şərtlər işə götürülmüş üçüncü ölkə vətəndaşının üzv dövlətin ərazisində qanuni

əsaslarla yaşamasından və müvafiq üçüncü ölkədən kənarda və üzv dövlətdə qohumluq əlaqələrinin

olmasından ibarətdir. Bu Əsasnamələr yalnız bir üçüncü ölkədə və üzv dövlətdə qohumluq əlaqələri olan və

işə götürülmüş üçüncü ölkə vətəndaşlarını əhatə etmir.

b) Müəyyən kateqoriyalara aid üçüncü ölkə vətəndaşları üçün nəzərdə tutulmuş hüquqlar

Qəbuletmə şərtləri Direktivinə əsasən (2013/33/EU) sığınacaq axtaranlar sosial yardımdan istifadə etmək üçün

hansısa konkret bir hüquqa malik deyillər. Lakin Direktivin 17-ci maddəsi qəbuletmənin maddi aspektlərinin

mövcudluğuna aid ümumi normaları müəyyən edir və İrlandiya ilə Birləşmiş Krallığa şamil edilməyən 17(5)-ci

maddə isə maddi müavinətlərin və talonların məbləğinin müəyyən edilməsi yollarını göstərir.

Misal: 2012-ci il iyulun 18-də Almaniyanın Federal Konstitusiya Məhkəməsi (Bundesverfassungsgericht)

Almaniya tərəfindən sığınacaq axtaranlara verilən, lakin 19 il ərzində artırılmayan və ölkə Konstitusiyasının

1-ci maddəsinə əsasən layiqli yaşayışı təmin etmək üçün tələb olunan minimumu əhatə etməyən yardımın

artırılması barədə qərar çıxarmışdır. 423

Təsnif etmə Direktivinin 29-cu maddəsinə əsasən üzv dövlət öz vətəndaşları üçün təyin etdiyi sosial təminata

bərabər "zəruri sosial yardımın" qaçqınlara və əlavə himayə ilə təmin olunmuş şəxslərə verilməsini təmin

etməlidir. Lakin əlavə himayə statusuna malik olan şəxslər üçün nəzərdə tutulmuş yardım "əsas müavinətlər"

səviyyəsinədək azaldıla bilər. Direktivin 23(2)-ci maddəsi müvafiq müavinətlərin əlavə himayədən faydalanan

şəxslərin ailə üzvlərinə də şamil edilməsini nəzərdə tutur. İnsan alverinə qarşı Direktivin 11(7)-ci maddəsinə

uyğun olaraq üzv dövlətlərdən insan alveri qurbanlarının xüsusi ehtiyaclarının təmin edilməsi tələb olunur, 13-

cü maddə əsasında isə insan alverinin qurbanı olan uşaqların xüsusi ehtiyacları müəyyən edilir.

Uzunmüddətli yaşayış icazəsi Direktivinə əsasən uzunmüddətli yaşayış icazəsi olan statusu əldə etmiş şəxslər

Direktivin 11(1)(d) maddəsinə uyğun olaraq nəzərdə tutulmuş sosial təminat, yardım və müdafiə ilə əlaqədar

müvafiq üzv dövlətin vətəndaşları ilə bərabər səviyyədə rəftar olunma hüququna malikdirlər. Lakin sosial

yardım və müdafiə hüquqları əsas müavinətlər səviyyəsinədək məhdudlaşdırıla bilər.

Ailənin yenidən birləşməsi Direktivi üçüncü ölkə vətəndaşı olan zəmanətçinin ailə üzvləri üçün sosial

yardımdan istifadəni nəzərdə tutmur. Zəmanətçi üzv dövlətin sosial yardım sistemlərinə müraciət etmədən

özünü və öz ailə üzvlərini təmin etmək üçün kifayət qədər stabil və daimi resurslara malik olduğunu nümayiş

etdirməlidir (Direktivin 7(1)(c) maddəsi).

423

Almaniya Federal Konstitusiya Məhkəməsinin 56/2012 saylı (No. 56/2012), 18 iyul 2012-ci il tarixli qərarı.

148

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!