03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

törətmir. Buna baxmayaraq, digər dövlətlər əlaqədar şəxsə vizanın verilməsi və ya onun ölkəyə buraxılmasına

icazənin verilməsi barədə qərar qəbul edərkən bu cür qadağanı nəzərə ala bilərlər. Beləliklə, bu cür qadağa da

bütün Şengen zonasında təsir gücünə malik ola bilər, məsələn, siyasi stabilliyin pozulması səbəbindən şəxsin

arzuolunmaz hesab etdiyi dövlət tərəfindən verilməsinə və yalnız həmin dövlətə aid olmasına baxmayaraq:

Avropa İttifaqının üzv dövləti tərəfindən bir rusiyalı siyasətçi ilə əlaqədar verilmiş Şengen xəbərdarlığı Avropa

Şurası Parlament Assambleyasına üzv olan şəxsin parlamentin Fransada keçirilən sessiyalarında iştirakına

mane olmuşdur. Bu məsələ Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları

Komitəsinin 2011-ci ilin oktyabr ayında keçirilmiş iclasında hərtərəfli müzakirə edilərək siyasi mövqeyə görə

cəza kimi hərəkət etmə azadlığının məhdudlaşdırılmasına aid məruzənin hazırlanması ilə nəticələnmişdir. 33

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən hər hansı şəxsin adının Şengen Məlumat Sisteminə daxil

edilməsi bir üzv dövlət tərəfindən Avropa İttifaqı qanunvericiliyi çərçivəsində görülən fərdi bir tədbirdir. Bu

səbəbdən hər hansı şəxsin adının müvafiq siyahıya daxil edilməsi və ya bu siyahıda saxlanması ilə əlaqədar

müvafiq dövlət tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının pozulması ilə bağlı iddia ərizələri Avropa

İnsan Hüquqları Məhkəməsinə təqdim edilə bilər.

Misal: Dalyanın Fransaya qarşı işində Rumıniya Avropa İttifaqına qoşulmazdan əvvəl adı Fransa tərəfindən

Şengen Məlumat Sisteminə daxil edilmiş Rumıniya vətəndaşı Şengen zonasının hər hansı bir dövlətində öz

biznesini aparmaq, müvafiq xidmətlər təklif və ya qəbul etmək imkanından məhrum idi. Bununla şəxsin öz

peşə fəaliyyətini həyata keçirmək hüququna (Avropa İnsan Hüquqları Konvensiyasının şəxsi həyata və ailə

həyatına hörmət hüququna aid 8-ci maddəsi ilə müdafiə olunur) müdaxilə barədə şikayəti yolverilməz hesab

edilmişdir. Məhkəmənin birinci instansiyası Şengen Məlumat Sistemində qeydiyyata və onun fəsadlarına

dair öz qərarında dövlətin milli ərazisindən çıxarılma məsələləri ilə müqayisədə onun milli ərazisinə gəlmək

məsələlərində özbaşınalığa qarşı təhlükəsizlik tədbirlərinin necə təmin olunmasını müəyyən etmək

istiqamətində daha geniş çərçivələrə malik olduğunu hesab etmişdir. 34

Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsi şəxsin adının BMT tərəfindən tərtib edilən və terrorçuluqda

şübhəli bilinən şəxslərdən ibarət siyahıya əlavə edilməsi nəticəsində ona qarşı tətbiq olunan ölkəni tərk etmək

qadağasından irəli gələn məsələlərə də baxaraq milli və beynəlxalq miqrasiya qanunvericiliyinin pozulmasının

qarşısını almaq üçün tədbirlər görmək zərurəti ilə üzləşmişdir.

Misal: Nadanın İsveçrəyə qarşıişi 35 Kampione d’İtaliyada (İsveçrədəki italyan anklavda) yaşayan və adı BMT

Təhlükəsizlik Şurasının antiterror sanksiyalarını icra edən İsveçrə orqanları tərəfindən "Taliban haqqında

Federal Sərəncam"-a daxil edilmiş İtaliya və Misir vətəndaşı barəsində idi. İddiaçının adının bu siyahıya

salınması ona Kampione d’İtaliyanı tərk etməyə mane oluduğundan onun öz adını bu siyahıdan çıxarmaq

cəhdlərinə rədd cavabı verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi BMT-nin terrorçuluğa qarşı

qətnamələrini həyata keçirən İsveçrə orqanlarının müəyyən dərəcədə özbaşınalığa yol verdiklərini qeyd

etmişdir. Məhkəmə müəyyən etmişdir ki, İsveçrə iddiaçıya qarşı əsaslı şübhələrin olmaması barədə İtaliyanı

və ya BMT tərəfindən yaradılmış Sanksiyalar Komitəsini müvafiq qaydada xəbərdar etməyərək şəxsin

düşdüyü vəziyyətlə əlaqədar sanksiya rejimindən irəli gələn tədbirləri həyata keçirməməklə onun Avropa

İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən hüquqlarını pozmuşdur. Eyni zamanda, iddiaçı öz

adını sözügedən siyahıdan çıxarmaq üçün heç bir səmərəli hüquqi vasitə ilə təmin olunmadığından

İsveçrənin Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə birgə 13-cü maddəsini pozması

müəyyən olunmuşdur.

Misal: Stamosenin Bolqarıstana qarşı işi 36 ABŞ miqrasiya qanunvericiliyini pozması səbəbindən Bolqar

vətəndaşına qarşı Bolqarıstanın müvafiq orqanları tərəfindən öz ölkəsini iki il ərzində tərk etməmək

33

Avropa Şurası Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin "Siyasi mövqeyə görə cəza kimi hərəkət etmə azadlığının

məhdudlaşdırılmasının yolverilməzliyinə aid" 2012-ci il 1 iyun tarixli Məruzəsi və 2012-ci il iyunun 29-da qəbul etdiyi 1894 saylı Qətnaməsi

(ilkin variant).

34 Dalyanın Fransaya qarşı (Dalea v. France) (dec.) Avropa İnsan Hüquqları Məhkəməsindəki 964/07 saylı, 2 fevral 2010-cu il tarixli

işi.

35 Nadanın İsveçrəyə qarşı (Nada v. Switzerland) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 10593/08 saylı, 12 sentyabr 2012-ci il

tarixli işi.

36 Stamosenin Bolqarıstana qarşı (Stamose v. Bulgaria) Avropa İnsan Hüquqları Məhkəməsindəki 29713/05 saylı, 27 noyabr 2012-ci il

tarixli işi.

26

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!