03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

olaraq sığınacaq axtaran şəxs təhlükəsiz üçüncü ölkəyə buraxılmalıdır, orada himayə olunmaq məqsədi ilə

müraciət etmək imkanına malik olmalıdır və o, beynəlxalq himayə ehtiyacı olan şəxs kimi müəyyən edildikdə

onunla 1951-ci il Cenevrə Konvensiyasına uyğun rəftar olunmalıdır. Sonradan geri qaytarılan şəxsin başqa

təhlükəli ölkəyə göndərilməməsinin əlaqədar dövlətlər tərəfindən təmin edilməsi çox vacibdir.

İkinci bir vəziyyət Dublin Əsasnaməsini ((EU)(604/2013) tətbiq edən dövlətlərlə, konkret olaraq Avropa

İttifaqına üzv olan 28 dövlətlə, həmçinin Lixtenşteyn, Norveç və İsveçrə ilə əlaqədardır (Bölmə 4.2-ə baxın). 140

Dublin Əsasnaməsi beynəlxalq himayə üçün ərizələrin baxılması sahəsində üzv dövlətlər arasında məsuliyyət

bölgüsünü nəzərdə tutur; Avropa İttifaqının bir üzv dövlətində ərizə təqdim etdikdən sonra başqa bir üzv

dövlətə getmiş şəxsin ərizəsinə baxmaq üçün məsuliyyət bölgüsünə dair meyarlar iyerarxiyası mövcuddur.

Dublin Əsasnaməsini tətbiq edən bütün dövlətlərin təhlükəsiz olması və Avropa İttifaqının Fundamental

Hüquqlar Xartiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməsi barədə təkzib olunan bir fərziyyə

mövcuddur.

Dublin Əsasnaməsində sadalanan müxtəlif kriteriayalardan biri ondan ibarətdir ki, ərizəçinin Avropa İttifaqının

ümumi ərazisinə gəlməsinə icazə verən dövlət adətən onun ərizəsinin baxılmasına məsuliyyət daşıyan dövlət

kimi müəyyən edilir (Dublin Əsasnaməsinin III fəsli). Ərizəçinin hansı dövlət vasitəsi ilə ümumi əraziyə gəldiyini

müəyyən etmək üçün onun gəldiyi ilk dövlətdə barmaq izləri götürülərək Dublin Əsasnaməsini tətbiq etmiş

bütün dövlətlərin çıxışı olan "Eurodac" məlumat bazasına daxil edilir ((EU)603/2013 saylı Eurodac

Əsasnaməsinə baxın). Məsələn, əgər sığınacaq axtaran şəxs "A" ölkəsinə gələrək sığınacaq üçün müraciət

edirsə və onun burada barmaq izləri götürüldükdən sonra "B" ölkəsinə gedirsə, "B" ölkəsində götürülmüş

barmaq izləri "A" ölkəsində götürülmüş barmaq izləri ilə tutuşdurulacaq və bundan sonra "B" ölkəsi sığınıcaq

almaq məqsədilə verilmiş müraciətə baxılması məsuliyyətinin "B" və ya "A" ölkəsi üzərinə düşdüyünü müəyyən

etmək üçün Dublin meyarını tətbiq etməlidir. Dövlətlər şəxslərin sığınacaq və qəbuletmə sistemlərində

çatışmazlıqları olan Avropa İttifaqının üzv dövlətlərinə geri qaytarılmamasını təmin etməlidirlər. Avropa İttifaqı

Fundamental Hüquqlar Xartiyasının ciddi şəkildə pozulmasına gətirib çıxaran müəyyən hallarda Dublin

Əsasnaməsi əsasında üzərinə müvafiq məsuliyyət düşməyən dövlətlər sığınacaq ərizəsinə baxmalı olurlar.

Misal: N.S.-in və M.E.-nin birgə işlərində 141 Avropa İttifaqı Ədalət Məhkəməsi Dublin meyarına əsasən

ərizənin baxılması məsuliyyəti Avropa İttifaqına üzv olan digər bir dövlətin üzərinə düşdükdə belə müəyyən

hallarda başqa bir üzv dövlətin Dublin Əsasənaməsinin 3(2)-ci maddəsində əks olunmuş suveren hüquqa

əsasən bu öhdəliyin öz üzərinə götürməsi ilə bağlı ilkin qərar qəbul etmişdir. Məhkəmə Avropa İttifaqına

üzv olan dövlətlərin 3(2)-ci maddəsinə əsasən öz diskresion səlahiyyətlərini icra edərkən Avropa İttifaqının

Fundamental Hüquqlar Xartiyası ilə tanınan əsas hüquqlara və prinsiplərə uyğun hərəkət etməli olduqlarını

dəqiqləşdirmişdir. Əgər həmin üzv dövlətdəki sığınacaq prosedurlarında və qəbuletmə şəraitində Xartiyanın

4-cü maddəsinin (işgəncənin qadağan edilməsi) pozulmasına gətirib çıxaran qüsurların mövcud olmasını

müvafiq dəlillər nümayiş etdirirsə və birinci üzv dövlət bu barədə məlumatlıdırsa, o sığınacaq axtaranı

sözügedən Əsasnaməyə uyğun olaraq müvafiq məsuliyyətə malik olan digər üzv dövlətə göndərməyə bilər.

Bu üzv dövlətin üzərinə Əsasnamədəki başqa meyarı nəzərdən keçirmək və sığınacaq ərizəsinin baxılmasına

məsuliyyət daşıya biləcək başqa bir üzv dövləti müəyyənləşdirmək öhdəliyi qoyur. Əgər başqa üzv dövlətin

müəyyənləşdirilməsi mümkün deyilsə və ya başqa üzv dövlətin müəyyənləşdirilməsi proseduru həddindən

artıq çox vaxt aparırsa birinci qeyd olunan üzv dövlət sığınacaq ərizəsinə 3(2)-ci maddəyə uyğun olaraq özü

baxmalıdır.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən təklif olunan çıxarılmanın proqnozlaşdırılan fəsadlarını

qiymətləndirmək məqsədi ilə müxtəlif elementlər arasında ilk olaraq insan hüquqlarına aid etibarlı hesabatlar

nəzərdən keçirilməlidir. Qəbul edən dövlətlə bağlı insan hüquqlarına aid hesabatlar göndərən ölkənin mövcud

risklər barədə bildiyini və ya bilməyə borclu olduğunu göstərirsə göndərən ölkə bu riskləri mütləq yoxlamalıdır.

140

(EU)604/2013 saylı, (Regulation (EU) No. 604/2013) 26 iyun 2013-cü il tarixli Əsasnamə, OJ 2013 L 180/31.

141 N.S.-in Daxili İşlər Departamentinin Dövlət katibinə, həmçinin M.E.-nin və başqalarının Qaçqın Ərizələrinin baxılması üzrə Komissarlığa

və Ədliyyə, Bərabərlik və Hüquqi İslahatlar nazirinə qarşı Avropa İttifaqının Ədalət Məhkəməsindəki C-411/10 və C-493/10 saylı, 21

dekabr 2011-ci il tarixli birgə işləri (N.S. v. Secretary of State for the Home Department and M.E. and Others v. Refugee

Applications Commissioner & Minister for Justice, Equality and Law Reform).

59

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!