03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

onlara müvafiq imkanın verilməsini zəruriləşdirən xüsusi bir vəziyyətin mövcud olması faktını qəbul etmişdir. 121

Lakin tələb olunan informasiya çatışmadıqda və ya təqdim olunmuş sənədlərin həqiqiliyini şübhə altına almaq

üçün tutarlı əsaslar mövcud olduqda əlaqədar şəxs qənaətbəxş izahatlar verməyə borcludur. 122

Misal: Sinqhin və başqalarının Belçikaya qarşı işində 123 Məhkəmə Əfqan vətəndaşlarının sığınacaq almaq

üçün təqdim edilmiş ərizələrini dəstəkləmək üçün verilən sənədlərin Belçikanın dövlət orqanları tərəfindən

geri qaytarıldığını qeyd etmişdir. Əlaqədar orqanlar müvafiq məsələni kifayət qədər araşdırmadan

sözügedən sənədləri qaneedici hesab etməmişdir. Konkret olaraq onlar iddiaçıları qaçqın statusu ilə təmin

edən və BMTQAK-ın Nyu Delidəki Nümayəndəliyi tərəfindən verilmiş sənədlərin surətlərinin həqiqiliyini

asanlıqla yoxlamaq imkanlarına malik olsalar da bunu etməmişdirlər. Bununla əlaqədar olaraq həmin

orqanlar sığınacaq almaq üçün təqdim edilmiş ərizələrin Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü

maddəsində nəzərdə tutulduğu kimi dəqiq və təfərrüatlı yoxlanılmasını aparmamaqla bu maddə ilə birgə

3-cü maddənin də müddəalarını pozmuşdur.

Avropa İnsan Hüquqları Konvensiyasının 36-cı maddəsi bir üzv dövlətin vətəndaşının digər üzv dövlətə qarşı

Məhkəməyə təqdim etdiyi şikayətlə əlaqədar vətəndaşı şikayətçi olan üzv dövlətə müvafiq prosesdə iştirak

etmək hüququ verir. Aidiyyəti dövlətə öz vətəndaşını diplomatik müdafiə ilə təmin etmək imkanının

yaradılması məqsədi ilə Avropa İnsan Hüquqları Konvensiyasına daxil edilmiş bu müddəa ərizəçinin vətəndaşı

olduğu dövlətdə Konvensiyanın 2-cü və 3-cü maddələrinə zidd rəftara məruz qalmasının ehtimal edilməsi ilə

əlaqədar onun həmin dövlətə geri qaytarılması ilə bağlı riskə dair şikayətinə baxıldığı hallarda tətbiq edilmir. 124

Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən bu risk yalnız fərdi faktorlar deyil, birgə

faktorlar əsasında qiymətləndirilməlidir. 125 Hər bir qiymətləndirmə bütün dəlilləri nəzərə almaqla

fərdiləşdirilməlidir. 126 Əgər şəxs keçmişdə təqibdən əziyyət çəkirdisə, bu onun gələcəkdə də riskə məruz

qalmasının əsaslı göstəricisi ola bilər. 127

Avropa İnsan Hüquqları Məhkəməsi geri qaytarılmanın riskini qiymətləndirərək müvafiq ölkədəki ümumi

vəziyyətə, həmçinin şəxslə bağlı konkret risklərə aid faktları nəzərdən keçirir. Avropa İnsan Hüquqları

Məhkəməsi əlaqədar ölkədəki vəziyyəti nəzərdən keçirdiyi zaman istinad ediləsi sənədlərin növləri ilə əlaqədar

təlimatlar vermişdir ki, bu sənədlər sırasına BMTQAK və beynəlxalq insan hüquqları sahəsində fəaliyyət

göstərən təşkilatlarının hesabatları da daxildir. Məhkəmə informasiya mənbəyi məlum olmayan və əks

olunmuş qənaətləri digər həqiqətə uyğun faktlarla ziddiyyət təşkil edən hesabatları etibarsız sayır. 128

Şəxs çıxarılmadıqda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qiymətləndirmənin aparılması tarixi riskin

nəzərə alınması prosesinin başlanğıc nöqtəsi sayılır. 129 Bu prinsip Avropa İnsan Hüquqları Konvensiyasından

irəli gələn hüququn 3-cü maddədə olduğu kimi mütləq və ya 8-ci maddədə nəzərdə tutulduğu kimi qeyrimütləq

xarakter daşımasından asılı olmayaraq tətbiq edilir. 130 İddiaçı artıq çıxarıldıqda Avropa İnsan Hüquqları

Məhkəməsi onun qəbul edən dövlətdə ləyaqəti alçaldan rəftara məruz qalıb-qalmamasına və həmin ölkə üzrə

vəziyyətin iddiaçının ləyaqəti alçaldan rəftara məruz qalacağını ehtimal etmək üçün əsaslı səbəbləri nümayiş

etdirib-etdirməməsi məsələsinə diqqət yetirir.

121 Salah Şeexin Hollandiyaya (Salah Sheekh v. the Netherlands) və R.C.-nin İsveçə qarşı (R.C. v.Sweden) Avropa İnsan Hüquqları

Məhkəməsindəki müvafiq olaraq 1948/04 və 41827/07 saylı, 11 yanvar 2007-ci il və 9 mart 2010-cu il tarixli işlərinin 148 və 50-ci

paraqrafları.

122 Matsyuxina və Matsyuxinin (Matsiukhina and Matsiukhin v. Sweden) (dec.), həmçinin Kollinz və Akaziyebenin İsveçə qarşı

(Collins and Akaziebie v. Sweden) (dec.) Avropa İnsan Hüquqları Məhkəməsindəki müvafiq olaraq 31260/04 və 23944/05 saylı, 21

iyun 2005-ci il və 8 mart 2007-ci il tarixli işləri.

123 Sinqhin və başqalarının Belçikaya qarşı (Singh and Others v. Belgium) Avropa İnsan Hüquqları Məhkəməsindəki 33210/11 saylı,

2oktyabr 2012-ci il tarixli işi.

124 I.-nin İsveçə qarşı (I. v. Sweden) Avropa İnsan Hüquqları Məhkəməsindəki 61204/09 saylı, 5 sentyabr 2013-cü il tarixli işi.

125 S.F.-nin və başqalarının İsveçə qarşı (S.F. and Others v. Sweden) Avropa İnsan Hüquqları Məhkəməsindəki 52077/10 saylı, 15 may

2012-ci il tarixli işinin 68, 69-cu paraqrafları.

126 R.C.-nin İsveçə qarşı (R.C. v. Sweden) Avropa İnsan Hüquqları Məhkəməsindəki 41827/07 saylı, 9 mart 2010-cu il tarixli işinin (tibbi

arayış haqqında) 51-ci paraqrafı; N.-in İsveçə qarşı Avropa İnsan HüquqlarıMəhkəməsindəki (N.v. Sweden) 23505/09 saylı, 20 iyul 2010-

cu il tarixli işinin 52-ci paraqrafı; Sufinin və Elminin Birləşmiş Krallığa qarşı (Sufi and Elmi v. the United Kingdom) Avropa İnsan Hüquqları

Məhkəməsindəki 831907/07 və 11449/07 saylı, 28 iyun 2011-ci il tarixli işləri.

127 R.C.-nin İsveçə qarşı (R.C. v. Sweden) Avropa İnsan Hüquqları Məhkəməsindəki 41827/07 saylı, 9 mart 2010-cu il tarixli işi.

128 Sufinin və Elminin Birləşmiş Krallığa qarşı (Sufi and Elmi v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 831907/07

və 11449/07 saylı, 28 iyun 2011-ci il tarixli işlərinin 230-234-cü paraqrafları.

129 Səədinin İtaliyaya qarşı (Saadi v. Italy) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 37201/06 saylı, 28 fevral 2008-ci il tarixli işi.

130 A.A.-nın Birləşmiş Krallığa qarşı (A.A. v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 8000/08 saylı, 20 sentyabr

2011-ci il tarixli işi.

55

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!