03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

5(4)-cü maddə: hər kəs onun saxlanılmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan

baxılması hüququna və əgər onun saxlanılması məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad

edilmək hüququna malikdir.

6.8.1. Səbəblər barədə məlumat almaq hüququ

Avropa İttifaqı qanunvericiliyinə əsasən Geri qaytarılma Direktivinin 15(2)-ci maddəsi müvafiq orqanlardan

saxlanılma barədə qərarın yazılı şəkildə tərtib edilməsini və saxlanılma səbəblərinin faktlara və qanuna

əsaslanmasını tələb edir. Sığınacaq axtaranlarla əlaqədar həmin tələb dəyişdirilmiş Qəbuletmə şərtləri

Direktivinin 9(2)-ci maddəsində əks olunub.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən saxlanılmış hər bir kəsə ona aydın olan dildə onun saxlanılması

səbəbləri barədə lazımi qaydada mütləq məlumat verilməlidir (5(2)-ci maddə). Bu isə saxlanılmış şəxsin həbsə

alınmasının və ya saxlanılmasının qanuni və faktiki əsasları barədə başa düşdüyü, sadə və terminologiyalardan

azad dildə məlumatlandırılması deməkdir ki, o bunu münasib hesab etdikdə səbəblərin qanuniliyi ilə bağlı 5(4)-

cü maddəyə uyğun olaraq məhkəməyə müraciət etmək iqtidarında olsun.

Misal: Novakın Ukraynaya qarşı işində 312 həbs edilməsinin səbəbləri barədə soruşan Polşa vətəndaşına

onun "beynəlxalq miqyaslı oğru" olması bildirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi belə bir izahatın

Ukrayna dilində tərtib edilmiş və milli qanunların müddəalarına istinad edən deportasiya barədə qərara

çətin uyğun olması qənaətinə gəlmişdir. İddiaçının saxlanıldığı dördüncü gündə aldığı sənədi başa düşmək

üçün kifayət qədər dil bilikləri yox idi. Bu tarixdən əvvəl isə onun deportasiya məqsədi ilə saxlanılması

barədə məlumatlandırılmasına işarə edən heç bir əlamət mövcud deyildi. Bundan başqa, iddiaçı saxlanıldığı

zaman iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və ya sonra kompensasiya ilə bağlı vəsatət qaldırmaq

üçün səmərəli hüquqi müdafiə vasitələrinə malik deyildi. Beləliklə də Avropa İnsan Hüquqları

Konvensiyasının 5(2)-ci maddəsi pozulmuşdur.

Misal: Səədinin Birləşmiş Krallığa qarşı işində 313 saxlanılmanın səbəbləri barədə məlumatlandırma ilə bağlı

76 saatlıq ləngimə həddindən artıq uzunmüddətli hesab olunduğundan Avropa İnsan Hüquqları

Konvensiyasının 5(2)-ci maddəsi pozulmuşdur.

Misal: Dboubanın Türkiyəyə qarşı işində 314 iddiaçı sığınacaq axtaran şəxs idi. İki polis əməkdaşı BMTQAK-a

təqdim etdiyi ərizə ilə əlaqədar ondan izahat almışdır. İddiaçının Əl-Qaedanın üzvü olması ilə əlaqədar

ittihamlarla bağlı məhkəmə araşdırmalarının başlanılmasınadək azadlığa buraxılması və ona qarşı

deportasiya prosedurunun başlanıldığı barədə məlumat verilmişdir. Polis idarəsində iddiaçıya onun

saxlanılmasının səbəblərinə aid informasiyanı özündə əks etdirən heç bir sənəd verilməmişdir. Bununla

əlaqədar olaraq Avropa İnsan Hüquqları Məhkəməsi dövlət orqanları tərəfindən iddiaçıya saxlanılmasının

səbəbləri barədə heç bir yazılı informasiya təqdim olunmadığından Avropa İnsan Hüquqları Konvensiyasının

5(2)-ci maddəsinin pozulması qənaətinə gəlmişdir.

6.8.2. Saxlanılma barədə qərardan məhkəməyə müraciət etmək hüququ

Həm Avropa İttifaqı qanunvericiliyinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına əsasən saxlanılma

barədə qərardan məhkəməyə müraciət etmək hüququ əsassız saxlanılmaya qarşı ən vacib təminat hesab

olunur.

Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 47-ci maddəsi

Avropa İttifaqı qanunvericiliyi ilə tənzimlənən vəziyyətlə üzləşmiş hər bir şəxsin səmərəli hüquqi müdafiə

vasitələri və məqbul müddətdə işinin ədalətli və açıq araşdırması hüquqlarının təmin edilməsini tələb edir.

Əgər saxlanılma barədə qərar inzibati orqan tərəfindən verilərsə, Geri qaytarılma Direktivinin 15(2)-ci və

312 Novakın Ukraynaya qarşı (Nowak v. Ukraine) Avropa İnsan Hüquqları Məhkəməsindəki 60846/10 saylı, 31 mart 2011-ci il tarixli

işinin 64-cü paraqrafı.

313 Səədinin Birləşmiş Krallığa qarşı (Saadi v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 13229/03 saylı, 29

yanvar 2008-ci il tarixli işi.

314 Dboubanın Türkiyəyə qarşı (Dbouba v. Turkey) Avropa İnsan Hüquqları Məhkəməsindəki 15916/09 saylı, 13 iyul 2010-cu il tarixli işinin

52-54-cü paraqrafları.

116

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!