03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Məhkəməsi əsas hüquqlardan biri hesab edilən və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi

ilə təmin olunan ailə həyatına hörmət hüququna istinad etmişdir.

Avropa İttifaqı Ədalət Məhkəməsi qəbul etmişdir ki, müəyyən vəziyyətlərdə Avropa İttifaqı ərazisində yaşamaq

hüququ Avropa İttifaqı vətəndaşının hərəkət etmək azadlığından irəli gələn hüquqdan heç zaman istifadə

etməməsi hallarında tətbiq edilərək "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 20-ci maddəsinə

əsasən Avropa İttifaqı vətəndaşlarının statusu ilə birbaşa əlaqələndirilə bilər.

Misal: Ruiz Zambranonun işində 218 Avropa İttifaqı Ədalət Məhkəməsi müəyyən etmişdir ki, Belçika

vətəndaşı olan və himayəsindəki azyaşlı uşaqlarla yaşamaq və onlara baxmaq üçün bu uşaqların

valideynləri olan üçüncü ölkə vətəndaşlarına Belçikada yaşamaq və işləmək icazəsi verilməlidir. Lakin

Avropa İttifaqının vətəndaşı olan uşaqlar öz vətənlərindən başqa üzv dövlətə heç zaman getmədiklərindən

və ya başqa üzv dövlətdə yaşamadıqlarından Hərəkət etmək Azadlığı Direktivinin 3(1)-ci maddəsinin

tətbiqinin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə uşaqların üçüncü ölkə vətəndaşı olan

valideynlərinə Belçikada yaşamaq və işləmək icazəsi vermək məqsədi ilə onların "Avropa İttifaqının

fəaliyyəti haqqında" Müqavilənin 20-ci maddəsinə əsasən Avropa İttifaqı vətəndaşı olması statusuna

birbaşa istinad etmişdir. Məhkəmə vurğulamışdır ki, bu icazələrin verilməməsi "uşaqları onların Avropa

İttifaqı vətəndaşı statusundan irəli gələn hüquqlardan faydalanması imkanlarından məhrum etmişdir",

çünki onlar öz valideynləri ilə olmaq üçün Avropa İttifaqı ərazisini tərk etməli olmuşdular.

Lakin bu qərar konkret bir işin səciyyəvi halları ilə əlaqədar olduğundan bütün hallara şamil edilə bilməz.

Məsələn, Avropa İttifaqının vətəndaşı olan uşaq yaşayış icazəsi almaq üçün rədd cavabı almış üçüncü ölkə

vətəndaşından maddi və mənəvi cəhətdən asılı idi və bu asılılıq Avropa İttifaqı vətəndaşının nəyinki vətəndaşı

olduğu üzv dövlətin ərazisini, hətta ümumiyyətlə Avropa İttifaqını tərk etməyə məcbur etmişdir. 219 Bununla

əlaqədar olaraq Avropa İttifaqı Ədalət Məhkəməsi aşağıda təsvir edilən işdə əlavə aydınlaşdırmalar vermişdir.

Misal: Ruiz Zambranonun işindən iki ay sonra baxılmış MakKartinin işində 220 Avropa İttifaqının Ədalət

Məhkəməsi ikili (Britaniya/İrlandiya) vətəndaşlığa aid məsələyə baxmışdır. Birləşmiş Krallıqda anadan

olmuş və həmişə orada yaşamış xanım MakKarti İrlandiya vətəndaşı kimi özü və üçüncü ölkə vətəndaşı olan

həyat yoldaşı üçün Birləşmiş Krallıqda yaşamaq hüququ əldə etmək məqsədi ilə müraciət etmişdir.

Ərizəçinin işçi və fərdi əmək fəaliyyəti ilə məşğul olan və yaxud maddi cəhətdən özünü təmin edən şəxs

olmaması səbəbindən bu hüquqa malik olmaması əsas götürülərək ona rədd cavabı verilmişdir. Bu işdə

Məhkəmə Avropa İttifaqı vətəndaşının bir və ya bir neçə üzv dövlətin vətəndaşı olması faktının onun

hərəkət etmək azadlığından irəli gələn hüquqdan istifadə etməsini əsaslandırmaq üçün kifayət etmədiyini

dəqiqləşdirərək xanım MakKartinin hərəkət etmək azadlığından irəli gələn hüququnu heç zaman istifadə

etmədiyindən Hərəkət etmək Azadlığı Direktivinin tətbiq edilməsinin mümkün olmadığını bir daha təsdiq

etmişdir. Bununla yanaşı, Avropa İttifaqının Ədalət Məhkəməsi müəyyən etmişdir ki, "Avropa İttifaqının

fəaliyyəti haqqında" Müqavilənin 20 və 21-ci maddələri iddiaçıya öz həyat yoldaşı üçün Birləşmiş Krallıqda

yaşamaq hüququ əldə etmək imkanı vermir, çünki yaşamaq icazəsi almaq üçün etdiyi müraciətə rədd

cavabının verilməsi onun Avropa İttifaqı vətəndaşı statusundan irəli gələn hüquqlardan istifadə etməsindən

məhrum etmir və Avropa İttifaqı ərazisində sərbəst hərəkət etmək və azad yaşamaq hüququnu icra

etməsinə mane olmur.

218 Ruiz Zambranonun Office national de lemploi-ə (ONEm) qarşı (Ruiz Zambrano v. Office national de l’emploi (ONEm)) Avropa İttifaqı

Ədalət Məhkəməsindəki C-34/09, [2011] ECR I-01177 saylı, 8 mart 2011-ci il tarixli işi; Kunkian Katerin Junun və Man Lavet Çenin

Daxili İşlər Departamentinin Dövlət katibinə qarşı (Kunqian Catherine Zhu and Man Lavette Chen v. Secretary of Statefor the Home

Department) Avropa Ədalət Məhkəməsindəki C-200/02, [2004] ECR I-09925 saylı, 19 oktyabr 2004-cü il tarixli işinin 42-47-ci

paraqrafları.

219 O. və S.-in və Maahanmuuttovirasto və Maahanmuuttovirastonun L.-ə qarşı (O. and S. v. Maahanmuuttovirasto and

Maahanmuuttovirasto v. L.) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-356/11 və C-357/11 saylı, 6 dekabr 2012-ci il tarixli birgə işlərinin 56-

cı paraqrafı.

220 Şirli MakKartinin Daxili İşlər Departamentinin Dövlət katibinə qarşı (Shirley McCarthy v. Secretary of State for the Home Department)

Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-434/09, [2011] ECR I-03375 saylı, 5 may 2011-ci il tarixli işi.

89

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!