03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İnsan alverinə qarşı Direktiv (2011/36/EU) insan alveri qurbanlarının saxlanılmasını tamamilə qadağan etməsə

də, onlara yardım və dəstəyin göstərilməsi, məsələn, münasib və təhlükəsiz yaşayış yerlərinin ayrılması

öhdəliyini özündə əks etdirir (11-ci maddə).

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən Avropa İnsan Hüquqları Məhkəməsi uşaqların və

səhhətlərində psixi problemləri olan şəxslərlə əlaqədar miqrasiya işlərinə baxmışdır. Məhkəmə onların

ehtiyaclarını ödəmək üçün təchiz edilməmiş müəssisələrdə saxlanılmasının əsassız olması ilə Avropa İnsan

Hüquqları Konvensiyasının 5-ci maddəsinin pozulduğunu və bəzi hallarda həmin Konvensiyanın 3-cü

maddəsinə zidd olduğunu müəyyən etmişdir. 307 Eyni zamanda, Məhkəmə sığınacaq axtaranların saxlanılma və

saxlanıldıqları şərait kontekstində xüsusən həssas olduqlarını hesab etmişdir. 308

Misal: Mubilianzila Mayeka və Kaniki Mitunqanın Belçikaya qarşı işində 309 Məhkəmə müşayiət olunmayan

sığınacaq axtaran uşağın böyüklər üçün saxlanılma mərkəzində saxlanılması ilə Avropa İnsan Hüquqları

Konvensiyasının 3-cü maddəsinin pozulması qənaətinə gəlmişdir.

Misal: Musxacieyevanın Belçikaya qarşı işində 310 Məhkəmə Dublin göndərilməsini gözləyən dörd Çeçen

uşağının uşaqların xüsusi ehtiyaclarını ödəmək üçün təchiz edilməmiş yerdə saxlanılması ilə Avropa İnsan

Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozulması qənaətinə gəlmişdir.

Misal: Rantsevin Kiprə və Rusiyaya qarşı işində 311 Məhkəmə Kiprin dövlət orqanlarının iddiaçının insan

alverinin qurbanı olmuş və vəfat etmiş qızına polis bölməsini müstəqil şəkildə tərk etmək icazəsi

verməməklə başqa bir şəxsin nəzarətinə verilməsinin səbəblərini və hüquqi əsaslarını izah edə bilməməsini

müəyyən etmişdir. Belə olan halda, Məhkəmə həmin qızın azadlıqdan məhrum edilməsinin Avropa İnsan

Hüquqları Konvensiyasının 5-ci maddəsinə əsasən əsassız və qeyri-qanuni olduğunu müəyyən etmişdir.

6.8. Prosedur təminatları

Həm Avropa İttifaqı qanunvericiliyinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına əsasən sığınacaq

axtaranların və miqrantların saxlanılması ilə əlaqədar prosedur təminatları mövcuddur. Xüsusən də sığınacaq

axtaranların əsassız saxlanılmasına qarşı müdafiə Avropa İttifaqı qanunvericiliyi ilə müqayisədə Avropa İnsan

Hüquqları Konvensiyası əsasında daha güclü hesab olunur.

Avropa İttifaqı qanuvericiliyinə əsasən Geri qaytarılma Direktivi qeyri-qanuni vəziyyətdə olan və geri

qaytarılacaq miqrantlarla bağlı xüsusi təminatlar nəzərdə tutur. Dəyişdirilmiş Qəbuletmə şərtləri Direktivinin

(2013/33/EU) 9-cu və Sığınacaq prosedurları Direktivinin (2013/32/EU) 26(2)-ci maddələri sığınacaq axtaranlar

üçün təminatları özündə əks etdirirlər.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən bu Konvensiyanın 5-ci maddəsində onun tərkib hissəsi olan

prosedur təminatları əks olunub. Aşağıda verilmiş iki maddə 5(1)(f) maddəsində nəzərdə tutulmuş azadlıqdan

məhrum etmə hallarına da şamil olunur:

5(2)-ci maddə: saxlanılmış hər bir kəsə ona aydın olan dildə onun saxlanılması səbəbləri və ona qarşı

irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.

307 Mubilianzila Mayeka və Kaniki Mitunqanın Belçikaya qarşı (Mubilanzila Mayeka and Kaniki Mitunga v. Belgium) Avropa İnsan

Hüquqları Məhkəməsindəki 13178/03 saylı, 12 oktyabr 2006-cı il tarixli, Musxaciyevanın və başqalarının Belçikaya qarşı

(Muskhadzhiyeva and Others v. Belgium) Avropa İnsan Hüquqları Məhkəməsindəki 41442/07 saylı, 19 yanvar 2010-cu il tarixli,

Kanaqaratnamın və başqalarının Belçikaya qarşı (Kanagaratnam and Others v. Belgium) Avropa İnsan Hüquqları Məhkəməsindəki

15297/09 saylı, 13 dekabr 2011-ci il tarixli, Popovun Fransaya qarşı (Popov v. France) Avropa İnsan Hüquqları Məhkəməsindəki

39472/07 və 39474/07 saylı, 19 yanvar 2012-ci il tarixli, M.S.-in Birləşmiş Krallığa qarşı (M.S. v. the United Kingdom) Avropa İnsan

Hüquqları Məhkəməsindəki 24527/08 saylı, 3 may 2012-ci il tarixli və Praysın Birləşmiş Krallığa qarşı (Price v. the United Kingdom)

Avropa İnsan Hüquqları Məhkəməsindəki 33394/96 saylı, 10 iyul 2001-ci il tarixli işləri.

308 S.D.-nin Yunanıstana qarşı (S.D. v. Greece) Avropa İnsan Hüquqları Məhkəməsindəki 53541/07 saylı, 11 iyun 2009-cu il tarixli, M.S.S.-

in Belçikaya və Yunanıstana qarşı (M.S.S. v. Belgium and Greece) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 30696/09 saylı, 21

yanvar 2011-ci il tarixli işləri.

309 Mubilianzila Mayeka və Kaniki Mitunqanın Belçikaya qarşı (Mubilanzila Mayeka and Kaniki Mitunga v. Belgium) Avropa İnsan

Hüquqları Məhkəməsindəki 13178/03 saylı, 12 oktyabr 2006-cı il tarixli işi.

310 Musxaciyevanın və başqalarının Belçikaya qarşı (Muskhadzhiyeva and Others v. Belgium) Avropa İnsan Hüquqları Məhkəməsindəki

41442/07 saylı, 19 yanvar 2010-cu il tarixli işi.

311 Rantsevin Kiprə və Rusiyaya qarşı (Rantsev v. Cyprus and Russia) Avropa İnsan Hüquqları Məhkəməsindəki 25965/04 saylı, 7 yanvar

2010-cu il tarixli işinin 284-cü paraqrafı.

115

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!