03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Misal: Rəhmanın işində 214 Avropa İttifaqı Ədalət Məhkəməsi dəqiqləşdirmişdir ki, Hərəkət etmək azadlığı

Direktivinin 3(2)-ci maddəsi Avropa İttifaqı vətəndaşının himayəsində olan və ölkəyə gəlmək üçün müraciət

etdiyi zaman himayədə olduğunu nümayiş etdirə bilmiş şəxslərdən ibarət digər ailə üzvləri tərəfindən

ölkəyə gəlmək və burada qalmaq üçün təqdim edilmiş ərizələrə müəyyən üstünlüklərin verilməsini

mümkün etməklə yanaşı bunu bir öhdəlik kimi Avropa İttifaqına üzv olan dövlətlərin üzərinə qoymuşdur.

Avropa İttifaqının üzv dövlətləri bu öhdəliyə riayət etmək məqsədi ilə əlaqədar şəxslərin ölkəyə gəlmək və

burada qalmaq müraciətlərinə müvafiq qaydada və hərtərəfli baxılmasına, rədd cavabı verildiyi təqdirdə

isə, bu barədə əsaslı izahat əldə edərək onu məhkəmə orqanında baxmaq hüququnun verilməsinə şərait

yaradan tədbirlərin öz qanunvericililklərində əks etdirilməsini təmin etməlidirlər.

Avropa İqtisadi Zonası (o cümlədən, hərəkət etmək azadlığından irəli gələn hüquqlardan istifadə edən Avropa

İttifaqı) vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşları konkret olaraq bir dövlətin vətəndaşı olan

üçüncü ölkə vətəndaşlarının ailə üzvləri ilə müqayisədə adətən üstün vəziyyətdə olurlar, çünki sonuncuların

vəziyyəti sırf milli qanunvericiliklə tənzimlənir. Ailə üzvü olan üçüncü ölkə vətəndaşının başqa ölkəyə gəlmək

və burada qalmaq hüququ onun bu ölkəyə hansı yollarla gəlməyindən asılı olmayaraq mövcuddur. Bu hüquq

ölkəyə qeyri-qanuni gəlmiş şəxslərə də şamil olunur.

Misal: Metokun və başqalarının işi 215 İrlandiya vətəndaşı olmayaraq bu ölkədə yaşayan Avropa İttifaqı

vətəndaşlarının həyat yoldaşları olan üçüncü ölkə vətəndaşları ilə əlaqədar idi. İrlandiya Hökuməti iddia

edirdi ki, üçüncü ölkə vətəndaşı olan həyat yoldaşı ilk olaraq Avropa İttifaqının başqa bir üzv dövlətində

qanuni əsaslarla yaşamalı idi və ölkəyə gəlmək və burada qalmaq hüququ Avropa İttifaqı vətəndaşının

həyat yoldaşı olmazdan əvvəl üzv dövlətə gəlmiş şəxsə verilməməlidir. Məhkəmə isə hesab etmişdir ki,

Avropa İttifaqının üzv dövlətləri Hərəkət etmək azadlığı Direktivinə əsasən birgə yaşamaq hüququnu

nikahın harada və necə bağlanması kimi məsələlərdən və ya üçüncü ölkə vətəndaşının əvvəllər Avropa

İttifaqının digər üzv dövlətində qanuni əsaslarla yaşayıb-yaşamaması faktından asılı vəziyyətdə

qoymamalıdır.

Misal: MRAX-ın işində 216 Avropa Ədalət Məhkəməsi Avropa İttifaqı vətəndaşı ilə nikaha daxil olmuş üçüncü

ölkə vətəndaşının ölkəyə viza müddəti bitdikdən sonra qeyri-qanuni gəlməsi səbəbindən yaşayış icazəsi ilə

bağlı müraciətinə rədd cavabının verilməsinin qanunsuz olduğunu müəyyən etmişdir.

Vaxt keçdikcə Avropa İttifaqı Ədalət Məhkəməsi Avropa İttifaqının tərəfdar çıxdığı müqavilələrdən irəli gələn

hüquq və azadlıqların Avropa İttifaqı vətəndaşları üçün əhatə dairəsini genişləndirərək bu hüquqları müəyyən

şərtlərlə Avropa İttifaqı vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşlarına da şamil etmişdir.

Misal: Karpenterin işi 217 digər üzv dövlətlərdə ödənişli xidmətlər göstərməkdən ibarət bizneslə məşğul olan

Birləşmiş Krallıq vətəndaşının üçüncü ölkə vətəndaşı olan həyat yoldaşı ilə əlaqədar idi. Belə bir uğurlu

arqument irəli sürülmüşdür ki, əgər bu vətəndaşın həyat yoldaşına onunla birlikdə Birləşmiş Krallıqda

qalmaq və o ölkədə olmadığı zaman onun uşaqlarına baxmaq icazəsi verilmirsə, bu onun Avropa İttifaqı

ərazisində xidmətlər göstərmək azadlığının icrası imkanlarını məhdudlaşdırır. Belə olan halda Məhkəmə

heç vaxt xaricdə yaşamamış, lakin transsərhəd iqtisadi fəaliyyəti ilə məşğul olmuş Avropa İttifaqı

vətəndaşının ailə hüquqlarını təsdiq etmək üçün "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 56-

cı maddəsi ilə tanınan xidmətlərin göstərilməsi azadlığına istinad etmişdir. Eyni zamanda, Avropa Ədalət

214 Daxili İşlər Departamenti Dövlət katibinin Rəhmana və başqalarına qarşı (Secretary of State for the Home Department v. Rahman

and Others) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-83/11 saylı, 5 sentyabr 2012-ci il tarixli işi.

215 Metokun və başqalarının Bərabərlik Ədliyyə və Hüquq İslahatları nazirinə qarşı (Metock and Others v. Minister for Equality, Justice and

Law Reform) Avropa Ədalət Məhkəməsindəki C-127/08 [2008] ECR I-06241 saylı, 25 iyul 2008-ci il tarixli işinin 53-54, 58-ci maddələri.

Metokun işi İşveçrə Federal Ali Məhkəməsinin BGE 136 II 5 saylı, 29 sentyabr 2009-cu il tarixli qərarında əsas kimi götürülmüşdür

216 Mouvement contre le racisme, lantisemitism et la xenophobie (İrqçilik, antisemitizm və ksenofobia qarşı cərəyan) ASBL (MRAX)

Belçikaya qarşı (Mouvement contre le racisme, l’antisémitisme et la xénophobieASBL (MRAX) v. Belgian State) Avropa Ədalət

Məhkəməsindəki C-459/99 [2002] ECR I-06591 saylı, 25 iyul 2002-ci il tarixli işinin 80-ci paraqrafı.

217 Meri Karpenterin Daxili İşlər Departamenti Dövlət katibinə qarşı (Mary Carpenter v. Secretary of State for the Home Department) Avropa

Ədalət Məhkəməsindəki C-60/00 [2002] ECR I-06279 saylı, 11 iyul 2002-ci il tarixli işinin 36-46-cı paraqrafları; Kraliçanın Daxili İşlər

Departamenti Dövlət katibinin xeyrinə IAT-a və Surinder Sinqxə qarşı (The Queen v. IAT and Surinder Singh, exparte Secretary of State

for the Home Department) Avropa Ədalət Məhkəməsindəki öz vətənlərinə qayıdan Avropa İttifaqı vətəndaşları üçün bu hüquqları iddia

etmək imkanı ilə əlaqədar C-370/90 [1992] ECR I-04235 saylı, 17 iyul 1992-ci il tarixli işi.

88

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!