03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

salınması" kimi müəyyənləşdirir (2(h) maddəsi). Geri qaytarılma Direktivində (2008/115/EC) saxlanılmanın

anlayışı nəzərdə tutulmayıb.

Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi azadlıqdan məhrum etmə hallarına aid məsələləri

tənzimləyir və bu Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsi isə hərəkət etmək azadlığının

məhdudlaşdırılması məsələsinə toxunur. Saxlanılmanın bir sıra aşkar formaları mövcud olsa da, məsələn,

kameraya yerləşdirmə, tərifi verilməsi çətin olan bir sıra digər vəziyyətlər də azadlıqdan məhrum etmə hesab

edilməsə də hərəkət etmək azadlığının məhdudlaşdırılması hesab oluna bilər.

Avropa İnsan Hüquqları Məhkəməsi əlaqədar şəxsin vəziyyətinin Avropa İnsan Hüquqları Konvensiyasına dair

4 saylı Protokolun 2-ci maddəsi ilə müdafiə olunub-olunmamasını müəyyən edərək müvafiq saxlanılma

tədbirinin növü, müddəti, fəsadları və həyata keçirilməsi tərzi kimi bir sıra meyarları nəzərə almaqla onun

vəziyyətinin mütləq qaydada qiymətləndirilməsi qənaətinə gəlmişdir. 257 Azadlıqdan məhrum etmə ilə hərəkət

etmək azadlığının məhdudlaşdırılması arasındakı fərq müvafiq tədbirin xarakteri və ya mahiyyəti ilə deyil, onun

ağırlıq dərəcəsi və intensivlik səviyyəsi ilə əlaqədardır. 258 Bu səbəbdən də aparılacaq hər bir qiymətləndirmə

konkret işin xüsusi faktlarına əsaslanmalıdır.

Ola bilsin ki, azadlıqdan məhrum etmə faktı işin ayrılıqda götürülmüş hansısa bir faktoru əsasında müəyyən

edilməsin, lakin bütün mövcud elementlərin birgə yoxlanılması nəticəsində aşkar edilsin. Hətta saxlanılmanın

qısa bir müddət ərzində, məsələn, bir neçə saat davam etməsi müvafiq vəziyyətin avtomatik olaraq azadlıqdan

məhrum etmə kimi deyil, hərəkət etmək azadlığının məhdudlaşdırılması kimi müəyyən edilməsi ilə

nəticələnməməlidir. Belə bir vəziyyətdə müvafiq işin digər mövcud faktorları da nəzərə alınmalıdır, məsələn,

saxlanılma yerinin qapalı olub-olmaması, məcburetmə elementlərinin mövcud olub-olmaması, 259 yaranmış

mühitin şəxsə təsirinin konkret fəsadları, o cümlədən, fiziki narahatlığın və ya psixi pozuntuların müşahidə

edilib-edilməməsi. 260

Saxlanılmanın ictimai maraqlardan irəli gəlməsi məsələsinin bir səbəb kimi əsas götürülməsi, məsələn,

cəmiyyəti müvafiq şəxslə əlaqələndirilən riskdən və ya təhlükədən müdafiə və mühafizə etmək və ya qorumaq

niyyəti şəxsin mütləq azadlıqdan məhrum edilməsini nəzərdə tutmamalıdır. Bu cür yanaşma Avropa İnsan

Hüquqları Konvensiyasının 5(1)(a)-(f) maddəsində nəzərdə tutulmuş saxlanılma hallarının əsaslandırılması

məsələsinə baxıldığı zaman münasib ola bilər. 261 Lakin hər bir konkret işdə 5(1)-ci maddə müvafiq tədbirin

görülməsinə dair spesifik konteksti nəzərə almaqla təfsir olunmalıdır. Burada həm milli qanunvericiliklə, həm

də Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ictimai asayişin və qayda-qanunun təmin

edilməsində polis orqanlarının hüquq və vəzifələri də nəzərə alınmalıdır. 262

Misal:Quzzardinin İtaliyaya qarşı işində 263 barəsində komendant saatı tətbiq edilən, xüsusi nəzarətə

götürülmüş və müəyyən edilmiş ərazidən kənara çıxmamaq qadağası ilə hərəkəti məhdudlaşdırılan

iddiaçıdan gündə iki dəfə müvafiq orqana özü barədə məlumat verməsi və ətraf aləmlə məhdud formada

və nəzarət altında əlaqə saxlaması tələb olunurdu. Məhkəmə bu işdə Avropa İnsan Hüquqları

Konvensiyasının 5-ci maddəsini rəhbər tutaraqsaslandırılmamış azadlıqdan məhrum etmə halının baş

verməsi qənaətinə gəlmişdir. 264

257 Ostinin və başqalarının Birləşmiş Krallığa qarşı (Austin and Others v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları

Məhkəməsindəki 39692/09, 40713/09 və 41008/09 saylı, 15 mart 2012-ci il tarixli işlərinin 57-ci paraqrafı.

258 Quzzardinin İtaliyaya qarşı (Guzzardi v. Italy) Avropa İnsan Hüquqları Məhkəməsindəki 7367/76 saylı, 6 noyabr 1980-ci il tarixli işinin93-

cü paraqrafı.

259 Fokanın Türkiyəyə (Foka v. Turkey) və Nolanın və K.-nın Rusiyaya qarşı (Nolan and K. v. Russia) Avropa İnsan Hüquqları

Məhkəməsindəki müvafiq olaraq 28940/95 və 2512/04 saylı, 24 iyun 2008-ci il və 12 fevral 2009-cu il tarixli işləri.

260 Quzzardinin İtaliyaya (Guzzardi v. Italy) və H.L.-in Birləşmiş Krallığa qarşı (H.L. v. the United Kingdom) Avropa İnsan Hüquqları

Məhkəməsindəkimüvafiq olaraq 7367/76 saylı və 45508/99 saylı, 6 noyabr 1980-ci il və 5 oktyabr 2004-cü il tarixli işləri.

261 A.-nın və başqalarının Birləşmiş Krallığa qarşı (A. and Others v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki

3455/05 saylı, 19 fevral 2009-cu il tarixli işinin 163-164-cü paraqrafları.

262 Ostinin və başqalarının Birləşmiş Krallığa qarşı (Austin and Others v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları

Məhkəməsindəki 39692/09, 40713/09 və 41008/09 saylı, 15 mart 2012-ci il tarixli işlərinin 60-cı paraqrafı.

263 Quzzardinin İtaliyaya qarşı (Guzzardi v. Italy) Avropa İnsan Hüquqları Məhkəməsindəki 7367/76 saylı, 6 noyabr 1980-ci il tarixli işi.

264

Yuxarıda qeyd olunan iş.

103

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!