03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Misal: M.S.S.-in Belçikaya və Yunanıstana qarşı işində 142 Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçının

Yunanıstandakı yaşayış və həbsdə saxlanılma şəraitinin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü

maddəsinə zidd olması qənaətinə gəlmişdir. Nüfuzlu bir hesabata əsasən Yunanıstanda sığınacaq

prosedurlarından istifadə ilə əlaqədar çatışmazlıqlar və şəxsin başqa bir ölkəyə göndərilməsi təhlükəsi

mövcud idi. Beləliklə, müəyyən olunmuşdur ki, Belçikanın dövlət orqanları iddiaçının Dublin Əsasnaməsinin

3 maddəsinə əsasən Yunanıstana göndərilməsinə məsuliyyət daşıyırlar və bu orqanlar bütün mövcud

dəlillərə əsasən o zamanlar sığınacaq axtaranların Yunanıstanda ləyaqəti alçaldan rəftara məruz

qalmalarından ibarət risk barədə bilirdilər və ya bilməyə borclu idilər.

3.1.7. Beynəlxalq himayə statusunun ləğv edilməsi

Avropa İttifaqı qanunvericiliyinə əsasən 1951-ci il Cenevrə Konvensiyasının 1F maddəsindən qaynaqlanan

Təsnif etmə Direktivinin 12 və 17-ci maddələri beynəlxalq himayə statusunun ləğv edilməsi ilə bağlı müddəaları

özündə əks etdirirlər. Bu aşağıda verilmiş əməllərdən ən azı birinin törədilməsində ittiham olunan şəxslərə

münasibətdə tətbiq olunur:

sülhə qarşı cinayət, hərbi cinayət və ya bəşəriyyətə qarşı cinayət;

qaçqın olduğu ölkəyə gəlməzdən əvvəl həmin ölkədən kənarda qeyri-siyasi xarakterli ağır cinayət;

BMT-nin məqsəd və prinsiplərinə zidd olan əməl.

Beynəlxalq himayənin ləğv edilməsi məsələsi əlaqədar şəxsin beynəlxalq himayə ilə təmin olunmaq hüququna

malik olub-olmaması məsələsinə baxıldıqdan sonra nəzərdən keçirilməlidir. Beynəlxalq himayədən istifadə

hüququ ləğv edilən şəxslər qaçqın hesab edilmirlər və əlavə himayə ilə təmin olunmaq hüququna malik

deyillər.

Misal: B və D-nin işində 143 Avropa İttifaqı Ədalət Məhkəməsi himayənin ləğv edilməsi müddəalarının necə

tətbiq edilməsi ilə bağlı istiqamətlər vermişdir. Bu işdə əlaqədar şəxsin silahlı mübarizəni maliyyələşdirən

təşkilata üzv olması və bu mübarizəni dəstəkləməsi onun əməllərinin "qeyri-siyasi xarakterli ağır cinayət"

və ya "BMT-nin məqsəd və prinsiplərinə zidd olan əməl" kimi hesab edilməsi üçün avtomatik olaraq ciddi

bir əsas deyil. Lakin bu əməllərin sübuta yetirilməsi onu beynəlxalq himayədən məhrum edə bilər. Bütün

spesifik faktların ardıcıllıqla qiymətləndirilməsi əlaqədar şəxsin bu əməllərin və ya cinayətlərin

törədilməsində təqsirli hesab edilməsi üçün ciddi səbəblərin olub-olmadığını müəyyənləşdirmək üçün bir

əsas kimi istifadə olunmalıdır. Bu qiymətləndirmə təşkilat tərəfindən törədilmiş əməllərin sözügedən

müddəaların şərtlərinə uyğun gəlib-gəlmədiyini və Direktivin 12(2)-ci maddəsində nəzərdə tutulmuş

sübutlara dair standartları nəzərə almaqla bu əməllərin törədilməsinə görə şəxsi məsuliyyətin əlaqədar

şəxsin üzərinə düşüb-düşmədiyini müəyyənləşdirmək məqsədi ilə aparılmalıdır. Eyni zamanda, Məhkəmə

əlavə etmişdir ki, qaçqın statusunun ləğv edilməsi üçün əsas nə qəbul edən üzv dövlətə təhlükə törədən

şəxslə, nə də ki konkret işlə bağlı mütənasibliyin qiymətləndirilməsi ilə əlaqədar müvəqqəti xarakter

daşımır.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən işgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və

yaxud cəzanın qadağan edilməsi ərizəçinin davranışından asılı olmayaraq qəti xarakter daşıyır və onun

tərəfindən törədilməsi ehtimal olunan hüquqpozmanın növünün Avropa İnsan Hüquqları Konvensiyasının 3-

cü maddəsi əsasında qiymətləndirmənin məqsədləri ilə əlaqəsi yoxdur. Başqa sözlə, bu Konvensiya əsasında

qiymətləndirmə zamanı ərizəçinin hətta arzuolunmaz və ya təhlükəli davranışı belə nəzərə alına bilməz.

Misal: Səədinin İtaliyaya qarşı işində 144 Məhkəmə 3-cü maddəyə əsasən işgəncənin qadağan olunmasının

qəti xarakter daşıdığını bir daha təsdiqləmişdir. Beynəlxalq terrorçuluqda iştiraka görə iddiaçıya qarşı

142 M.S.S.-in Belçikaya və Yunanıstana qarşı (M.S.S. v. Belgium and Greece) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 30696/09

saylı, 21 yanvar 2011-ci il tarixli işi.

143 Almaniyanın B və D-yə qarşı (Bundesrepublik Deutschland v. B and D) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-57/09 və C-101/09

saylı, 9 noyabr 2010-cu il tarixli birgə işləri.

144 Səədinin İtaliyaya qarşı (Saadi v. Italy) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 37201/06 saylı, 28 fevral 2008-ci il tarixli işinin

18-ci paraqrafı; İsmailovun və başqalarının Rusiyaya qarşı (Ismoilov and Others v.Russia) Avropa İnsan Hüquqları Məhkəməsindəki

60

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!