03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

arədə qərar çıxarmaq hüququna malikdir. Digər tərəfdən isə Avropa İttifaqı Ədalət Məhkəməsi Avropa

İttifaqına üzv olan dövlətlərdə Avropa İttifaqı qanunvericiliyinin dürüst və həmahəng tətbiqi və təfsiri işinin

təmin edilməsində eksklüziv səlahiyyətlərə malikdir. "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin

263(4)-cü maddəsinə uyğun olaraq fərdlərin Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət etmə imkanları

nisbətən məhdud xarakter daşıyır. 9

Lakin Avropa İttifaqı qanunlarının təfsir edilməsi və ya hüquqi qüvvəsinin dəqiqləşdirilməsi məqsədi daşıyan

fərdi şikayətlər həmişə yerli məhkəmələrə təqdim oluna bilər. Avropa İttifaqına üzv olan dövlətlərin məhkəmə

orqanları səmimi əməkdaşlıq etmə vəzifəsini və Avropa İttifaqı qanunvericiliyinin milli səviyyədə səmərəliliyini

müəyyən edən prinsipləri rəhbər tutaraq Avropa İttifaqı qanunvericiliyinin milli hüquq sistemlərində düzgün

tətbiq və icra edilməsini təmin etmək səlahiyyətlərinə malikdirlər. Bununla yanaşı, Avropa Ədalət Məhkəməsi

Frankoviçin işi 10 üzrə çıxardığı qərarı əsas götürərək Avropa İttifaqının üzv dövlətlərindən tələb edir ki,

müəyyən şəraitdə Avropa İttifaqı üzv dövlətlərinin Avropa İttifaqı qanunvericiliyinə əməl etməməsindən zərər

çəkmiş şəxslərə münasib hallarda təzminatın, o cümlədən, maddi kompensasiyanın verilməsini təmin etsinlər.

Müzakirəyə çıxarılmış Avropa İttifaqı normasının təfsiri və ya hüquqi qüvvəsinin müəyyənləşdirilməsi ilə

əlaqədar şübhələr yarandıqda milli məhkəmələr "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 267-ci

maddəsinə əsasən ilkin istiqamətləndirmə mexanizmlərindən istifadə edərək Avropa İttifaqı Ədalət

Məhkəməsindən istiqamət əldə edə bilər, bəzi hallarda isə bunu mütləq etməlidirlər. 11 Həbsdə olan şəxslə

əlaqədar istənilən milli məhkəmədə işə baxıldığı zaman ləngimələri aradan qaldırmaq üçün tez bir vaxtda

qərarın qəbul edilməsini təmin etmək məqsədi ilə azadlıq, ədalət və təhlükəsizlik sahəsində təcili ilkin

qərarçıxarma proseduru yaradılmışdır. 12

Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası

Avropa Birliklərinin ilk anlaşmalarında insan hüquqları və ya bu hüquqların müdafiəsinə aid hər hansı bir

müddəa əks olunmamışdır. Lakin Avropa İttifaqı qanunvericiliyinin əhatə dairəsinə düşən sahələrdə insan

hüquqlarının pozulmasını ehtimal edən işlər Avropa Ədalət Məhkəməsinə daim daxil olduğundan bu

Məhkəmə fərdləri müdafiə ilə təmin etmək üçün fundamental insan hüquqlarını Avropa qanunvericiliyinin

"əsas prinsiplər" sırasına daxil edərək yeni bir yanaşmanı inkişaf etdirmişdir. Avropa Ədalət Məhkəməsinə

əsasən həmin əsas prinsiplər milli konstitusiyalarda və insan hüquqları ilə bağlı müqavilələrdə, xüsusilə də

Avropa İnsan Hüquqları Konvensiyasında öz əksini tapmış insan hüquqlarının müdafiəsi məsələsinin

mahiyyətini özündə əks etdirir. Bununla əlaqədar olaraq Avropa Ədalət Məhkəməsi Avropa İttifaqı

qanunvericiliyinin bu prinsiplərlə uyğunlaşdırılmasını təmin edəcəyini bəyan etmişdir. 13

Avropa İttifaqı həyata keçirdiyi siyasətinin insan hüquqlarına təsir etdiyini qəbul edərək və öz vətəndaşlarının

Avropa İttifaqına "daha yaxın" olduqlarını hiss etmələri üçün səylər göstərərək 2000-ci ildə Avropa İttifaqı

Fundamental Hüquqlar Xartiyasını qəbul etdiyini bəyan etmişdir. Xartiya Avropa İttifaqına üzv olan dövlətlərin

konstitusiyalarında, Avropa İnsan Hüquqları Konvensiyasında, Avropa Sosial Xartiyasında və insan hüquqlarına

dair beynəlxalq müqavilələrdə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında"

9

Burada misal kimi Kadinin və "Al Barakaat" Beynəlxalq Fondunun Avropa İttifaqı Şurası və Avropa Birlikləri Komissiyasına qarşı (Kadi

and Al Barakaat International Foundation v. Council of the European Union and Commission of the EuropeanCommunities) Avropa

Ədalət Məhkəməsindəki C-402/05 P və C-415/05 P [2008] I-6351 saylı, 3 sentyabr 2008-ci il tarxli birgə işini göstərmək olar.

10 Frankoviçin və Bonifasinin və başqalarının İtaliyaya qarşı (Francovich and Bonifaci and Others v. Italian Republic) Avropa Ədalət

Məhkəməsindəki C-6/90 və C-9/90 [1991] ECR I-05357 saylı, 19 noyabr 1991-ci il tarixli birgə işi; Frankoviçin İtaliyaya qarşı (Francovich v.

Italian Republic) Avropa Ədalət Məhkəməsindəki C-479/93 [1995] ECR I-03843 saylı, 9 noyabr 1995-ci il tarixli işi.

11

267(3)-cü maddəyə əsasən milli məhkəmə tərəfindən çıxarılmış qərara qarşı milli qanunvericilikdə hüquqi müdafiə vasitələri nəzərdə

tutulmadıqda, Avropa İttifaqı normasının hüquqi qüvvəsi ilə əlaqədar narahatlıqlar yarandıqda və digər məhkəmələrdə də bu cür çətinliyin

yaranması üçün əsasların mövcud olması hesab edildikdə ilkin istiqamətləndirmə hüququndan mütləq istifadə olunmalıdır. Misal üçün: Foto-

Frost-un Hauptzollamt Lübeck-Ost-a qarşı (Foto-Frost v. Hauptzollamt Lübeck-Ost) C-314/85 saylı, 22 oktyabr 1987-ci il tarixli işi.

12

Avropa Ədalət Məhkəməsinin Statusuna dair 3 saylı Protokolunun 23-cü və Prosessual Qaydalarının 107-14-cü maddələrinə baxın.

Barələrində təcili ilkin qərarçıxarma proseduru tətbiq edilə biləcək işlərin daha yaxşı nəzərdən keçirilməsi üçün Avropa İttifaqı Ədalət

Məhkəməsinin "İlkin qərarçıxarma prosedurunun başlanması ilə əlaqədar milli məhkəmələr və tribunallar üçün" 2012/C 338/01 saylı, 6

noyabr 2012-ci il tarixli Tövsiyələrinin 40-cı paraqrafına baxın: "məsələn, əgər qaldırılan suala cavab həbsə alınmış və ya azadlıqdan

məhrum edilmiş şəxsin hüquqi vəziyyətinin qiymətləndirilməsində və ya uşaqla bağlı valideyn səlahiyyətlərinin və ya himayəsinin

müəyyənləşdirilməsində həlledici olarsa, Avropa İttifaqı qanunvericiliyi yurisdiksiyasında fəaliyyət göstərən məhkəmənin özünəməxsusluğu

ilkin qərarçıxarma üçün istiqamətləndirilmiş suala verilən cavabdan asılı olarsa "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 267-ci

maddəsinin dördüncü paraqrafında qeyd olunduğu kimi, müvafiq işlə əlaqədar təcili ilkin qərarçıxarma prosedurunun tətbiqi üçün

sorğunun təqdim olunması məsələsini nəzərdən keçirin."

13 Liselott Hauerin Reynland-Pfalts Torpağına qarşı (Liselotte Hauer v. Land Rheinland-Pfalz) Avropa Ədalət Məhkəməsindəki C-44/79

[1979] ECR 3727 saylı, 13 dekabr 1979-cu il tarixli işinin 15-ci paraqrafı.

17

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!