03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Misal: Məhkəmənin sığınacaq axtaranları Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə

qadağan edilmiş işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalma riskinə

qoyan çıxarılma məsələsinə aid presedentini tapmaq:

1) İlk növbədə istifadəçi "asylum seekers"/sığınacaq axtaranlar ifadəsini "Search field"/Axtarış

sahəsinə daxil edərək "Search button"/Axtarış düyməsini vurur.

2) Axtarışın nəticələri göründükdən sonra onları bilavasitə 3-cü maddənin pozulmasına aid

nəticələr səviyyəsinə minimallaşdırmaq üçün istifadəçi "Filters field"/Filtrlər sahəsindəki

"Violation filter"/Hüquqpozmalar filtrində "3" rəqəmini seçir.

3) Bundan sonra, istifadəçi "Keywords filter"/Əsas sözlər filtrindən müvafiq əsas sözləri

seçməklə nəticələri 3-cü maddəyə uyğun sözlər səviyyəsinədək minimallaşdıra bilər, məsələn,

"(Art. 3) Prohibition of torture"/(Mad.3) İşgəncənin qadağan olunması.

Eyni zamanda, "HUDOC" məlumat bazasında daha vacib işlərin hüquqi xülasəsi verilir. Bu xülasə əsas təsviri

hissədən və hüquqi maraq doğuran məqamlara xüsusi diqqət yetirməklə faktların və müvafiq qanunların dəqiq

təqdimatından ibarətdir. Müvafiq işin mövcud olan xülasəsi "Legal Summaries"/Hüquqi xülasələr bölməsində

müvafiq qərardadla və ya qərarla əlaqədə verilir. Bunun alternativi olaraq, istifadəçi "Document

Collections"/Sənədlər Toplusu sahəsinin "Legal Summaries"/Hüquqi xülasələr bölməsini klikləməklə yalnız

hüquqi xülasələrin axtarışını apara bilər.

Əlaqədar işin qeyri-rəsmi tərcüməsi dərc olunubsa tapılmış nəticələr qərardadlar və qərarlarla əlaqədə

verilməklə yanaşı "Language versions"/Dil variantları ilə də əlaqədə verilir. "HUDOC" məlumat bazasında

Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini tərcümə etmiş üçüncü tərəflərin internet səhifələrinə

əlaqələr də verilir. Bununla bağlı daha ətraflı məlumat əldə etmək üçün "HUDOC" məlumat bazasının

"Help"/Kömək səhifəsində "Language versions"/Dil variantları bölməsinə baxın.

Avropa İttifaqı Ədalət Məhkəməsi presedentlərinin " CURIA" məlumat bazası

"CURIA" məlumat bazası http://curia.europa.eu Avropa Ədalət Məhkəməsinin/Avropa İttifaqı Ədalət

Məhkəməsinin presedentlərinə pulsuz çıxışı təmin edir.

Məlumat bazasının axtarış sistemi Avropa İttifaqının bütün rəsmi dillərində fəaliyyət göstərir. 437 İstifadə

ediləcək müvafiq dili monitorun yuxarı sağ hissəsində seçmək mümkündür. Axtarış sistemi Ədalət Məhkəməsi,

Baş Şura və Dövlət Qulluğu üzrə Tribunal tərəfindən baxılması yekunlaşdırılmış və hələ də baxılan işlərlə

əlaqədar bütün sənədlərdə müvafiq informasiyanı tapmaq üçün istifadə oluna bilər.

http://curia.europa.eu/common/juris/en/aideGlobale.pdf# internet səhifəsində "Help"/Kömək bölməsi

mövcuddur. Hər bir axtarış sektorunda müvafiq pəncərəni klikləməklə daxil olması mümkün olan və sistemdən

mümkün qədər faydalı şəkildə istifadə etmək üçün zəruri informasiyanı özündə əks etdirən kömək səhifəsi də

mövcuddur.

Hər hansı bir konkret işi tapmağın ən asan yolu işin bütün nömrəsini "Case number"/İşin nömrəsi adlı axtarış

xanasına daxil edərək yaşıl rəngli "Search"/Axtarış düyməsini vurmaqdan ibarətdir. İş nömrəsinin bir

hissəsindən istifadə etməklə də onu tapmaq mümkündür. Məsələn, 122 rəqəmini "Case number"/İşin nömrəsi

adlı xanaya daxil etməklə istənilən ildə burada qeyd olunan üç məhkəmə (Ədalət Məhkəməsi, Baş Şura və/və

ya Dövlət Qulluğu üzrə Tribunal) tərəfindən baxılmış və nömrəsində 122 rəqəmi olan hər bir işi tapmaq

mümkündür.

Bir alternativ kimi "Name of parties"/Tərəflərin adları damasına işin tərəflərinin adlarını daxil etməklə axtarış

aparmaq olar. Adətən bunun üçün müvafiq işin tərəflərinin adlarının ən sadə variantları istifadə olunur.

437

Bu sistem 2004-cü il aprelin 30-dan ispan, Danimarka, alman, yunan, ingilis, fransız, italyan, holland, portuqal, fin və İsveç dillərində,

2004-cü il aprelin 1-dən çex, eston, latış, Litva, macar, polyak, slovak və sloven dillərində, 2007-ci il yanvarın 1-dən bolqar və rumın dillərində,

2007-ci il aprelin 30-dan Malta dilində, 2011-ci il dekabrın 31-dən İrland dilində fəaliyyət göstərir. Sistemin müəyyən dildə işləməsində

müvəqqəti fasilələrin yaranması (EC)920/2005 və (EU)1257/2010 saylı Əsasnamələrlə nəzərdə tutulur. Xorvatiya Avropa İttifaqının köməkçi

qanunvericilik aktlarına qoşulduğu tarixdən bu sənədlər xorvat dilinə tərcümə olunur və Avropa İttifaqının Rəsmi Jurnalının xüsusi nəşrində

tədricən dərc ediləcək.

174

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!