03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

“Qaçqınların statusu haqqında” Konvensiyanın 22(1)-ci maddəsi və Avropa İttifaqının sığınacaq qanunvericiliyi

sığınacaq üçün müraciət etmiş, həmçinin qaçqın statusu əldə etmiş və ya əlavə himayə ilə təmin olunmuş

şəxslərin uşaqlarının təhsil hüququnu nəzərdə tutur. 393

Uzunmüddətli yaşayış icazəsi Direktivi əsasında uzunmüddətli yaşayış icazəsi olanlar kimi tanınmış üçüncü ölkə

vətəndaşları (bölmə 2.7-ə baxın) təhsil, peşə təhsili və təhsil qrantları almaq, həmçinin ixtisasın tanınması ilə

əlaqədar Avropa İttifaqına üzv olan dövlətin vətəndaşları ilə bərabər rəftar hüququna malikdirlər (11-ci

maddə). Eyni zamanda, onlar təhsil və peşə təhsili almaq məqsədi ilə Avropa İttifaqının başqa üzv dövlətinə

köçmək hüququna da malikdirlər (14-cü maddə).

8.4. Yaşayış yeri hüququ

Münasib yaşayış yeri ilə təmin olunma hüququ "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq

Paktın 11-ci maddəsi ilə müəyyən edilmiş hər kəsin münasib yaşayış standartlarına malik olma hüququnun bir

hissəsidir.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən yaşayış yeri hüququ nəzərdə tutulmasa da sadəcə olaraq

yaşayış yerinə hörmət hüququ təmin olunur. 394 İmmiqrasiya nəzarəti kontekstində şəxsin öz yaşayış yerindən

istifadə etmək hüququ Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunmuş bir neçə işin əsas mövzusu kimi

nəzərdən keçirilmişdir.

Misal: Qillounun Birləşmiş Krallığa qarşı işində 395 Avropa İnsan Hüquqları Məhkəməsi uzun müddət xaricdə

işləmiş Britaniyalı cütlüyə yaşayış icazəsi üçün rədd cavabının verilməsi nəticəsində onların Qernsidə 20 il

bundan əvvəl tikdikləri evə qayıdaraq yaşamaq imkanından məhrum edilməsini 8-ci maddənin pozulması

kimi qiymətləndirmişdir.

Avropa İnsan Hüquqları Konvensiyasında yaşayış yeri hüququ nəzərdə tutulmasa da Avropa İnsan Hüquqları

Məhkəməsi qanunla tələb olunmasına baxmayaraq üzv dövlətlərin sığınacaqla təmin etməmələri ilə bağlı

işlərə baxaraq ən ağır hallarda rədd cavabının verilməsinin Konvensiyanın qeyri-insani və ləyaqəti alçaldan

rəftarı qadağan edən 3-cü maddəsinin pozulmasına dəlalət edən ciddi bir xəta olduğunu müəyyən etmişdir.

Misal: M.S.S.-in Belçika və Yunanıstana qarşı işində 396 Avropa İnsan Hüquqları Məhkəməsi Yunanıstanın

sığınacaq axtaranlar üçün Avropa İttifaqı qanunvericiliyindən irəli gələn münasib normalar nəzərdə tutmaq

öhdəliklərinə əməl etməməsi nəticəsində iddiaçının çarəsiz vəziyyətə düşməsinin Avropa İnsan Hüquqları

Konvensiyasının 3-cü maddəsinin pozulmasına dəlalət edən bir həddə çatdığını müəyyən etmişdir.

Eyni zamanda, Məhkəmə üzv dövlətlərin öz ərazilərinə buraxmaq üçün şərtlər tətbiq etmək hüququna

müdaxilə etməmək üçün, o cümlədən, yeni gəlmiş miqrantların dövlət tərəfindən mənzillə təmin olunma

sistemindən xaric edilməsi ilə əlaqədar vəziyyətlərlə bağlı zəruri ehtiyatlılıq nümayiş etdirmişdir.

Misal: Bahın Birləşmiş Krallığa qarşı işi 397 ailənin yenidən birləşməsi üçün yenicə dövlət ərazisinə buraxılmış

14 yaşlı oğlunun dövlət fondlarına müraciət etməməsi ilə bağlı miqrasiya şərti irəli sürüldüyündən onun və

anasının mənzillə təmin olunması məsələsinə növbədənkənar baxmaq müraciətinə rədd cavabının

verilməsi ilə əlaqədar idi. İddiaçı təcili tələb olunan mənzillə təmin edilmə müraciətinə rədd cavabının

verilməsinin diskriminativ xarakter daşıdığını iddia edirdi. Lakin Məhkəmə bu şikayət ərizəsini təmin

etməmişdir. O iddiaçının oğlunun Birləşmiş Krallığa gəlmək icazəsinin dövlət fondlarına müraciət etmək

393

Sığınacaq axtaranlarla bağlı informasiya üçün Qəbuletmə şərtləri Direktivinin (2013/33/EU) 14-cü maddəsinə, OJ 2013 L 180/96,

qaçqınlarla və əlavə himayə statusu əldə etmiş şəxslərlə bağlı informasiya əldə etmək üçün isə Təsnif etmə Direktivinin (Qualification

Directive) (2011/95/EU) 27-ci maddəsinə baxın, OJ 2011 L 337/9.

394 Çapmanın Birləşmiş Krallığa qarşı (Chapman v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 27238/95 saylı, 18

yanvar 2001-ci il tarixli işi.

395 Qillounun Birləşmiş Krallığa qarşı (Gillow v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 9063/80 saylı, 24 noyabr

1986-cı il tarixli işinin 55-58-ci paraqrafları.

396 M.S.S.-in Belçika və Yunanıstana qarşı (M.S.S. v. Belgium and Greece) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 30696/09

saylı, 21 yanvar 2011-ci il tarixli işi

397 Bahın Birləşmiş Krallığa qarşı (Bah v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 56328/07 saylı, 27 sentyabr

2011-ci il tarixli işi.

140

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!