03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

azılığının əldə olunmasını təmin etməlidirlər. Avropada yaşın müəyyən edilməsi getdikcə mübahisəli bir

məsələyə çevrilməkdədir. Sığınacaq proseduru zamanı azyaşlılar üçün artmaqda olan müdafiə təqdim

olunduğundan və qəbul edən üzv dövlətlər yaşayış və təhsillə yanaşı digər məsələlərlə də əlaqədar onlara qayğı

göstərmək kimi əlavə bir vəzifəni öz üzərinə götürdüyündən bəzi şəxslər adətən Avropa İttifaqı ərazisinə

sənədsiz gələrək yaşları 18-dən aşağı olduğunu iddia edirlər. Bu cür şəxslərin yaşının həqiqətən də 18-dən aşağı

olduğunu müəyyən etmək üçün müayinədən keçmələri tələb oluna bilər. Əksər hallarda müayinə nəticələri

əlaqədar şəxslərin sığınacaq üçün ərizələrilə əlaqədar qərara və onların sosial təminatdan istifadə etmə

imkanlarına təsir göstərir. Aparılacaq tibbi müayinə imkan daxilində usandıran olmamalıdır. Müayinələr

ixtisaslı tibbi personal tərəfindən əlaqədar şəxsin ləyaqətinə hörmət etməklə aparılmalıdır. Direktiv hansı növ

tibbi müayinələrin münasib və müvafiq olduğunu müəyyən etmədiyindən Avropa ölkələrində genişçeşidli

metodlardan istifadə olunur.

Avropa Şurası sistemi çərçivəsində "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiya ("İnsan alverinə qarşı

Konvensiya") insan alveri qurbanının yaşı qeyri-müəyyən olduqda yaşın müəyyən edilməsini nəzərdə tutsa da

münasib qiymətləndirmənin xarakteri ilə bağlı heç bir istiqamət vermir (10(3)-cü maddə). 429

9.2. İnsan alveri qurbanları

Miqrantların qeyri-qanuni gətirilməsi ilə insan alveri arasında fərq qoyulmalıdır. Miqrantların qeyri-qanuni

gətirilməsi dedikdə, hər hansı bir maliyyə və ya digər maddi mənfəətin birbaşa və ya dolayı alınması məqsədi

ilə istənilən iştirakçı dövlətin ərazisinə, onun vətəndaşı olmayan və ya onun ərazisində daimi yaşamayan hər

hansı bir şəxsin qeyri-qanuni daxil olmasının təmin edilməsi başa düşülür. 430

Həm Avropa İttifaqı qanunvericiliyinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına əsasən insan alveri

dedikdə "güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya məcburetmə, oğurlama, dələduzluq,

aldatma, hakimiyyətdən və ya vəziyyətin zəifliyindən sui-istifadə etməklə, yaxud da digər şəxsə nəzarət edən

şəxsin razılığını almaq üçün ödəniş və ya mənfəət şəklində rüşvət verməklə insanların istismar məqsədi ilə cəlb

edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması başa düşülür." 431 Miqrantların qeyri-qanuni

gətirilməsindən fərqli olaraq insan alveri hallarında məcburetmə və hədə-qorxu gəlmə elementləri

mövcuddur.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən Avropa İnsan Hüquqları Məhkəməsi Rantsevin Kirpə və

Rusiyaya qarşı işində 432 insan alverinin bu Konvensiyanın köləliyi və məcburi əməyi qadağan edən 4-cü

maddəsinin təsir dairəsinə düşdüyünü müəyyən etmişdir.

Misal: Rantsevin Kiprə və Rusiyaya qarşı işində 433 Məhkəmə şəxsiyyətin müəyyənləşdirilməsinin və ya

araşdırmaların aparılmasının insan alverinin qurbanı tərəfindən tələb edilməsinin zəruri olmadığı qənaətinə

gəlmişdir. Bu cür cinayət əməlinin törədilməsi ilə bağlı şübhələr yarandıqda dövlət orqanları təşəbbüsu öz

üzərinə götürməyə borcludurlar.

İnsan alverinə qarşı Konvensiya üzv dövlətlərin üzərinə səmərəli cinayət araşdırmalarının həyata keçirilməsi və

insan alverinə qarşı mübarizə aparmaq məqsədi ilə müvafiq tədbirlərin görülməsi öhdəliklərini qoymaqla

yanaşı, insan alverinin qurbanlarına göstərilməli olan yardıma, müdafiə və dəstəyə aid təfərrüatlı müddəaları

özündə əks etdirən ilk Avropa müqaviləsidir.Konvensiya hər bir tərəfdən insan alveri qurbanlarının müəyyən

edilməsi üçün vacib olan qanunvericilik və digər növ tədbirlərin görülməsini və insan alverinin qarşısının

alınması və bu növ cinayətlərə qarşı mübarizənin aparılması, həmçinin insan alveri qurbanlarının müəyyən

429

Öz ailələrinin dəstəyini itirmiş uşaqlar üzrə 2012-ci il tarixli Avropa Proqramı; Avropa Komissiyasının Müşayiət olunmayan azyaşlılara

dair Fəaliyyət Planına (COM(2010) 213 yekun, 6 may 2010-cu il) uyğun olaraq Avropanın Sığınacaqlara Dəstək Ofisi yaşın müəyyən

edilməsinə aid texniki sənədləri, o cümlədən, xüsusi təlim materiallarını və metodik vəsaiti işləyib hazırlamağa başlamışdır.

430 BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” 2000-ci il Konvensiyasını tamamlayan "Miqrantların quru, dəniz və hava ilə

sərhəddən qanunsuz keçirilməsinə qarşı" Protokolun 3-cü maddəsi.

431

Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiyasının 4-cü maddəsi, CETS No.197, 2005-ci il; 2011/36/EU saylı

Direktivin 2(1)-ci maddəsi, OJ L 337/9.

432 Rantsevin Kiprə və Rusiyaya qarşı (Rantsev v. Cyprus and Russia) Avropa İnsan Hüquqları Məhkəməsindəki 25965/04 saylı, 7

yanvar 2010-cu il tarixli işinin 282-286-cı paraqrafları.

433

Yuxarıda qeyd olunan işin 288-ci paraqrafı.

155

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!