03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1951‐ci ildə yaradılmış Beynəlxalq Miqrasiya Təşkilati (BMqT) miqrasiya sahəsində aparıcı hökumətlər arası təşkilat

olaraq 100‐dən artıq ölkədə dövlət orqanları, beynəlxalq və qeyri‐hökumət təşkilatları ilə sıx əməkdaşlıq şəraitində

fəaliyyət göstərir. BMqT miqrantlara və cəmiyyətlərə fayda verən miqrasiya prosesinin humanist və nizamlı şəkildə

təşkili prinsipinə aid müvafiq öhdəliklərinə sadiqdir və miqrasiya sahəsində operativ şəkildə yaranan təhdidlərin aradan

qaldırılması işində müvafiq köməyin göstərilməsi, miqrasiya məsələlərinin mənimsənilməsinin qabaqcıl şəkildə təşkili,

miqrasiya prosesləri vasitəsilə sosial‐iqtisadi inkişaf üçün lazımi şəraitin yaradılması, həmçinin miqrantların ləyaqət və

rifahının təmin edilməsi istiqamətində beynəlxalq cəmiyyətdəki tərəfdaşları ilə birlikdə müvafiq fəaliyyətləri həyata

keçirir.

Mətnin əslinin Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi və Avropa Şurası/Avropa İnsan Hüquqları

Məhkəməsinə aid olduğu “Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait”

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMqT tərəfindən həyata keçirilən “Azərbaycanda Miqrasiya və Sərhəd

İdarəçiliyi üzrə Potensiallarin Gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan dilinə tərcümə edilmişdir. Vəsait heç

bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. BMqT “Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa

Qanunvericiliyi üzrə Vəsait”in azərbaycan dilinə tərcüməsi zamanı yarana biləcək hər hansı bir uyğunsuzluq üçün heç

bir öhdəlik qəbul etmir. Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi və Avropa Şurası/Avropa İnsan Hüquqları

Məhkəməsi “Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait”in Azərbaycan

dilinə tərcüməsinə görə heç bir məsuliyyət daşımır. Vəsaitin ingilis dilindəki versiyası və onun azərbaycan dilinə

tərcüməsi arasında uyğunsuzluq yarandığı halda, ingilis dilindəki versiyası əsas götürüləcək.

Bu vəsaitin ingilis dilindəki əslinin əlyazması üzrə işlər 2013‐cü ilin dekabr ayında tamamlanmışdır. İlk dəfə isə vəsait 2013‐cü ilin

iyun ayında dörd dildə dərc olunmuşdur. Vəsaitin hazırkı, ikinci nəşri 2013‐cü ilin yayında dərc edilmiş Avropa İttifaqının

sığınacaq məsələləri üzrə qanunvericiliyinə edilən dəyişiklikləri özündə əks etdirir. Vəsaitin növbəti yenilənmiş variantları ilə

Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyinin http://fra.europa.eu/en/theme/asylum-migration-borders internetsəhifəsində

və Avropa İnsan Hüquqları Məhkəməsinin http://www.echr.coe.int internet‐səhifəsinin “Publications”

bölməsində tanış olmaq mümkün olacaqdır.

Vəsaitdə ifadə olunmuş fikirlər Avropa İnsan Hüquqları Məhkəməsinin üzərinə heç bir öhdəlik qoymur. Vəsaitdə seçilmiş bir sıra

təfsirlərə və digər vəsaitlərə istinad olunur. Avropa İnsan Hüquqları Məhkəməsi həmin nəşrlərin məzmununa və onların

hansı formada təsdiq edilməsindən asılı olmayaraq əlavə olunmuş ədəbiyyat siyahısına daxil edilməsinə görə məsuliyyət daşımır.

Bütün nəşrlərin siyahısı Avropa İnsan Hüquqları Məhkəməsinə məxsus kitabxananın internet səhifələrində (http://

www.echr.coe.int) verilir.

“Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait”in mətninə dair müəllif

hüquqları Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyinə və Avropa Şurasına aiddir:

© Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi, 2014

Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014

Naşir:

BMqT‐nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi

Azərbaycan Respublikası, Bakı şəhəri, AZ‐1069, Yaşar Hüseynov küç. 18

Tel: +994 12 465 90 71/72

Faks: +994 12 465 90 73

E‐poçt: iombaku@iom.int

Veb‐səhifə: www.iom.int / www.iom.az

ISBN 978‐92‐9068‐712‐2

© iStock.com/jonathansloane (foto tərtibat‐üzlük)

© Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), 2016

Bütün hüquqlar qorunur. Bu nəşrin heç bir hissəsi naşirin müvafiq razılığı olmadan yenidən dərc edilə, digər informasiya

sistemlərində saxlanıla, istənilən formada və ya elektron, mexaniki, surətçıxarma, yazma və ya digər vasitələrlə ötürülə bilməz.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!