03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Avropa İttifaqının üzv dövlətlərindən sığınacaq axtaranları onların səhhətinə uyğun yaşayış

standartları ilə və gündəlik güzaranlarına münasib standartlarla təmin edilməsi tələb olunur.

Dövlət orqanları tərəfindən şəxsin yaşayış yeri seçmək hüququna hörmət etməməsi Avropa İnsan

Hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən məhkəmə araşdırmalarına səbəb ola bilər. Ən ağır

vəziyyətlərdə sığınacağın verilməməsi məsələsinə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü

maddəsi əsasında məhkəmədə baxıla bilər.

Avropa Sosial Xartiyası bir sıra əlavə hüquqların təmin edilməsinə yol açan yaşayış yeri seçmək

hüququnu nəzərdə tutur.

Sağlamlığın qorunması hüququ (Bölmə 8.5-ə baxın)

Yaşadıqları Avropa İqtisadı Zonası dövlətində milli səhiyyə sistemindən istifadə etmək hüququ olan

şəxslər bu Zonanın başqa bir dövlətinə və İsveçrəyə səfər etdikdə həmin dövlətin səhiyyə

normalarından faydalana bilərlər.

Avropa İttifaqı qanunvericiliyinə əsasən qaçqınlar qaldıqları üzv dövlətin vətəndaşları ilə tibbi

xidmətlərdən bərabər səviyyədə istifadə etmək, sığınacaq axtaranlar və çıxarılmaları təxirə salınmış

qanunsuz yaşayan miqrantlar isə təcili tibbi yardım və təxirə salınmaz müalicə almaq hüquqlarına

malikdirlər.

Avropa İnsan Hüquqları Konvensiyasında sağlamlığın qorunmasına dair xüsusi müddəalar nəzərdə

tutulmasa da Avropa İnsan Hüquqları Məhkəməsi bu səpkidən olan şikayət ərizələrinə Konvensiyanın

2, 3 və ya 8-ci maddələri əsasında baxa bilər.

Avropa Sosial Xartiyası qanunsuz yaşayan miqrantların tibbi yardım almaq hüququnu təmin edir.

Sosial təminat və yardım hüququ (Bölmə 8.6-ya baxın)

Avropa İttifaqı qanunvericiliyinə əsasən hərəkət etmək azadlığı çərçivəsində əmək fəaliyyəti ilə

əlaqədar üzv dövlətlər arasında hərəkət etməli olan üçüncü ölkə vətəndaşlarının sosial təminat və

yardım hüquqlarını təmin edən kompleks qanunvericilik bazası işlənib hazırlanmışdır.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən əcnəbinin sosial yardımdan və ya başqa müavinətdən

məhrum edilməsi onun müvafiq sistemə ödənişlər edib-etməməsindən asılı olmayaraq ayrı-seçkilik

məsələsinin baxılmasına yol aça bilər.

Avropa Sosial Xartiyası ehtiyacları olan, o cümlədən, qeyri-qanuni vəziyyətdə olan şəxslər üçün sosial

yardımın təmin edilməsini nəzərdə tutur.

Əlavə presedentlər və ədəbiyyat

Əlavə presedentlərlə tanış olmaq üçün zəhmət olmasa bu vəsaitin 174-ci səhifəsində verilmiş təlimatlara

diqqət yetirin. Bu fəsildə nəzərdən keçirilmiş məsələlərə aid əlavə materiallarla vəsaitin 157-ci səhifəsindəki

"Əlavə ədəbiyyat" hissəsində tanış olmaq mümkündür.

150

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!