03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Avropa İttifaqı qanunvericiliyinə əsasən məcburi geri qaytarılma məsələləri Geri qaytarılma Direktivi

(2008/115/EC) ilə tənzimlənir. Frontex-in əlaqələndirdiyi birgə geri qaytarılma əməliyyatları dəyişdirilmiş

Frontex Əsasnaməsi ilə ((EU)1168/2011) tənzimlənir.

Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılmanın faktiki metodlarını nəzərdən keçirmək üçün nadir hallarda

müraciət olunur. Lakin Avropa İnsan Hüquqları Konvensiyasının ilk növbədə 2, 3 və 8-ci maddələri ilə əlaqədar

zəngin presedent hüququ mövcuddur. Həmin presedent hüququ dövlət orqanlarının ümumiyyətlə güc tətbiq

etməsinə, şəxsləri zərərdən müdafiə etmək zərurətinə və şəxslərə ehtimal olunan ziyanın vurulmasına aid

vəziyyətlərin araşdırılması ilə bağlı dövlət orqanlarının prosedur öhdəliklərinə aid məsələləri əhatə edir. Bu cür

ümumi xarakter daşıyan prinsiplər müəyyən hallarla əlaqədar, məsələn, məcburi geri qaytarılma kontekstində

nəzərdən keçirilə bilər. Belə prinsiplərə bu fəsildə daha ətraflı diqqət yetiriləcək.

Bu səpkidən olan spesifik məsələlərə aid qanunvericilik aktları ilə yanaşı xüsusi əhəmiyyət kəsb edən

səlahiyyətverici hüquqi sənədlər də mövcuddur. Avropa Şurasının Məcburi geri qaytarılmaya dair iyirmi

qaydası bu sahədə gərəkli istiqamətlər verdiyindən bu fəslin müxtəlif bölmələrində qeyd olunur. 324

İşgəncələrin və digər qəddar, qeyri-insani və alçaldıcı rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa

Komitəsinin normaları hava yolu ilə geri qaytarılma sahəsinə aid xüsusi şərtləri də özündə əks etdirir. 325

Adətən geri qaytarılmalar siyası və ya operativ səviyyədə bağlanan readmissiya sazişləri əsasında həyata

keçirilir. Avropa İttifaqı səviyyəsində readmissiya sazişləri hər bir üzv dövlət tərəfindən fərdi qaydada və ya

Avropa İttifaqı tərəfindən imzalana bilər. 2005-2013-cü illəri əhatə edən dövr ərzində Avropa İttifaqı

səviyyəsində 15 readmissiya sazişi imzalanmışdır ki, onların da çoxu artıq qüvvəyə minib. 326

7.1. Çıxarılmanın təhlükəsiz, ləyaqətli və humanist şəkildə həyata keçirilməsi

Avropa İttifaqı qanunvericiliyinə əsasən Geri qaytarılma Direktivi məcburi geri qaytarılmaların əlaqədar

şəxslərin ləyaqətinə və fiziki toxunulmazlığına müvafiq qaydada hörmət etməklə həyata keçirilməsinin

vacibliyini bəyan edir (8(4)-cü maddə). Bundan başqa, könüllü geri qaytarılmalara üstünlük verilməlidir (7-ci

maddə) və məcburi geri qaytarılmaların səmərəli monitorinq sistemi yaradılmalıdır (8(6)-cı maddə). 327 Avropa

İttifaqı Şurasının 2004-ci il tarixli Qərarının əlavəsində verilmiş hava yolu ilə birgə çıxarılmalara aid təhlükəsizlik

təminatları üzrə ümumi qaydalar digər məsələlərlə yanaşı tibbi məsələləri, müşayiət personalının təlimini və

davranışını və məcbur etmə tədbirlərinin tətbiqini tənzimləyir. 328

Geri qaytarılma Direktivi çıxarılma prosesi zamanı əlaqədar şəxsin səhhətinin nəzərə alınmasını tələb edir (5-

ci maddə). Geri qaytarılma hava yolu ilə həyata keçirildikdə adətən əlaqədar şəxsin yola çıxmaq üçün yararlı

olmasının tibbi personal tərəfindən təsdiq edilməsi nəzərdə tutulur. Şəxsin fiziki və psixi vəziyyəti də

çıxarılmanın təxirə salınması üçün bir əsas kimi istifadə oluna bilər (9-cu maddə). Çıxarılmalar həyata keçirildiyi

zaman ailə həyatına hörmət hüququ müvafiq qaydada nəzərə alınmalıdır (5-ci maddə). Milli qanunvericilikdə

və müvafiq normalarda xüsusi tibbi məsələlər də nəzərə alına bilər, məsələn, çıxarılacaq qadının hamiləliyin

son aylarında olması. Geri qaytarılma Direktivi müşayiət olunmayan azyaşlıların yalnız ailə üzvlərinə, təyin

edilmiş qəyyumlarına və ya münasib qəbul etmə müəssisələrinə geri qaytarılmasını nəzərdə tutur (10-cu

maddə).

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən dövlət orqanları əməkdaşlarının mühafizəsi və nəzarəti

altında olan əlaqədar şəxslərə həmin əməkdaşlar tərəfindən yetirilməsi ehtimal olunan xəsarətin və ya zərərin

Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsasən baxılması məqsədi ilə ağırlıq dərəcəsi

324

Avropa Şurasının Nazirlər Komitəsi (2005-ci il).

325

Avropa Şurasının İşgəncələrin və digər qəddar, qeyri-insani və alçaldıcı rəftarın və ya cəzanın qarşısı alınması üzrə Avropa Komitəsi

(2002-2011-ci illər), fəsil IV, 69-cu səhifə və sonrakı səhifələr.

326

(Xronoloji ardıcıllıqla) Honq Konq, Makao, Şri Lanka, Albaniya, Rusiya, Ukrayna, Makedoniya,Bosniya və Herseqovina, Monteneqro,

Serbiya, Moldova, Pakistan, Gürcüstan, Kape Verde (qüvvəyə minməyib), Ermənistan (qüvvəyə minməyib) ilə readmissiya sazişləri.

Həmçinin Komissiya üzvlərinin SEC (2011) 209 saylı, 23 fevral 2011-ci il tarixli İş Sənədində verilmiş Cədvəl 1-ə baxın.

327

Avropa İttifaqına üzv olan dövlətlərin təcrübəsinə aid daha ətraflı informasiya ilə tanış olmaq üçün Avropa İttifaqının Fundamental

Hüquqlar üzrə Agentliyi (2012-ci il) səh.51-54-ə baxın.

328

Avropa İttifaqı Şurasının "Barələrində fərdi qaydada çıxarılma qərarları qəbul edilmiş üçüncü ölkə vətəndaşlarının iki və ya daha çox

üzv dövlətin ərazisindən çıxarılması üçün birgə uçuşların təşkil edilməsi haqqında"2004/573/EC saylı (Council Decision 2004/573/EC), 29

aprel 2004-cü il tarixli Qərarı, OJ 2004 L 261/28.

122

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!