03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

də Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyası əsasında qaldırılan və eyni

zamanda Avropa Sosial Xartiyası tərəfindən tənzimlənən müəyyən məsələlərin təfsir olunması üçün

ratifikasiyanın vacib olmaması qənaətinə gəlmişdirlər. 355

8.2. İqtisadi hüquqlar

Bu bölmədə iqtisadi hüquqlara, o cümlədən, əmək bazarına çıxmaq və iş yerində bərabər rəftar hüquqlarına

diqqət yetirilir. Adətən əmək bazarına çıxış imkanları əlaqədar şəxsin hüquqi statusundan asılıdır. Lakin

əlaqədar şəxs istər qanuni əsaslarla, istərsə də qanunsuz işləməyə başladığı andan onun əsas əmək

hüquqlarına hörmətlə yanaşmaq lazımdır. Eyni zamanda, hüquqi vəziyyətlərindən asılı olmayaraq işçilər

gördükləri işə görə ödəniş əldə etmək hüququna malikdirlər.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən iqtisadi və sosial hüquqlar köləliyin və məcburi əməyin

qadağan olunmasını (4-cü maddə) və yığıncaqlar və birləşmək azadlığını (11-ci maddə) çıxmaq şərti ilə

birmənalı təmin olunmur.

Avropa İnsan Hüquqları Məhkəməsi bu sahəyə aid işlər sırasında, əcnəbiyə müəyyən peşə ilə əlaqədar təlimdə

iştirak etmək icazəsi verilsə də sonra bu peşə üzrə işləmək hüququ ilə bağlı rədd cavabının verilməsinə aid bir

vəziyyətə baxmışdır.

Misal: Biqayevanın Yunanıstana qarşı işində 356 Rusiya vətəndaşına sonradan Yunanıstanın Vəkillər

Kollegiyasında işləmək məqsədi ilə 18 aylıq təlimdə iştirak etmək icazəsi verilmişdir. Təlimlər başa çatdıqdan

sonra Vəkillər Kollegiyası onun Yunanıstan vətəndaşı olmamasını əsas gətirərək Kollegiyada işləmək üçün

imtahanlarda iştirak etməsinə icazə verməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki,

Vəkillər Kollegiyası iddiaçının müvafiq təlim kurslarını bitirdikdən sonra imtahanda iştirak etməsinə icazə

verməyəcəyini əvvəldən bilsə də onun təlimdə iştirakına icazə vermişdir. Bununla əlaqədar olaraq Məhkəmə

müəyyən etmişdir ki, belə bir davranışda heç bir ardıcıllıq olmamaqla yanaşı, bununla iddiaçıya həm

şəxsiyyət, həm də işçi baxımından hörmətsizlik nümayiş etdirildiyindən bu Avropa İnsan Hüquqları

Konvensiyasının 8-ci maddəsinin mənası çərçivəsində onun şəxsi həyatına qanunsuz müdaxilə hesab

olunmuşdur. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi əcnəbilərə vəkil peşəsi ilə məşğul olmaq icazəsinin

verilməməsini diskriminativ hesab etməmişdir.

Avropa Sosial Xartiyasına əsasən bu Xartiyanın 18-ci maddəsi Xartiyaya qoşulmuş digər tərəflərin ərazisində

gəlir gətirən fəaliyyətlə məşğul olmaq hüququnu nəzərdə tutur. Bu maddənin müddəaları işləmək məqsədi ilə

ölkə ərazisinə gəlmək məsələsini tənzimləmir və müəyyən mənada qadağanedici deyil, səlahiyyətvericidir.

Lakin bu maddə əmək icazəsi ilə bağlı rüsumların çox yüksək olmaması; 357 əmək və yaşayış icazələrinin vahid

müraciət etmə prosedurları əsasında və həddindən artıq yüksək rüsumlar və xərclər ödənilmədən əldə

olunması; 358 verilmiş hər bir əmək icazəsinin ərazi və/və ya peşə baxımından həddindən artıq məhdudlaşdırıcı

olmaması; 359 və əlaqədar şəxsə başqa iş tapmaq üçün vaxt vermək məqsədi ilə onun iş yerini itirməsi

nəticəsində avtomatik olaraq və təxirə salınmadan yaşayış icazəsinin ləğv edilməməsinin nəzərdə tutulması 360

tələb olunur.

Avropa Sosial Xartiyasının 19-cu maddəsi əməkçi miqrantı digər tərəfin ərazisində dəstəkləyən genişçeşidli

müddəaları özündə əks etdirsə də onların həmin ərazidə qanuni sürətdə olması şərtini nəzərdə tutur (lakin

buna baxmayaraq, Xartiyanın 19(8)-ci maddəsinə aid təfərrüatlarla əlaqədar fəsil 3-ə baxın).

355 Dəmirin və Baykaranın Türkiyəyə qarşı (Demir and Baykara v. Turkey) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 34503/97 saylı,

12 noyabr 2008-ci il tarixli işinin 85, 86-cı paraqrafları. Bu sahədə tətbiq edilən müvafiq beynəlxalq hüquqi sənədlərə aid digər misallar

"İqtisadi, mədəni və sosial hüquqlar haqqında" Beynəlxalq Paktdan, BMT-nin əməkçi miqranlara aid Konvensiyasından və BƏT-in 142

saylı Konvensiyasından ibarətdir.

356 Biqayevanın Yunanıstana qarşı (Bigaeva v. Greece) Avropa İnsan Hüquqları Məhkəməsindəki 26713/05 saylı, 28 may 2009-cu il

tarixli işi.

357

Sosial Hüquqlar üzrə Avropa Komitəsinin XVII-2 Yekunları, İspaniya, 18(1)-ci maddə.

358

Sosial Hüquqlar üzrə Avropa Komitəsinin XVII-2 Yekunları, Almaniya, 18(2)-ci maddə.

359

Sosial Hüquqlar üzrə Avropa Komitəsinin V Yekunları, Almaniya, 18(3)-cü maddə.

360

Sosial Hüquqlar üzrə Avropa Komitəsinin XVII-2 Yekunları, Finlandiya, 18(3)-cü maddə.

131

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!