03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

müəyyən edir ki, güc tətbiqi, xüsusən də həyatdan məhrumetmə ilə nəticələnən güc tətbiqi mütləq zərurətdən

irəli gəldikdə və ciddi şəkildə mütənasib olduqda 2-ci maddənin pozulması hesab edilmir. 331

Avropa İttifaqı qanunvericiliyinə əsasən Geri qaytarılma Direktivi məcburedici tədbirlərin tətbiqi ilə əlaqədar

qaydaları təsbit edir. Bu tədbirlər ən son variant kimi tətbiq olunmalıdır, mütənasib olmalıdır, məntiqəuyğun

fiziki gücdən istifadəni nəzərdə tutmalıdır. Həmin tədbirlər əlaqədar şəxsin ləyaqətinə və fiziki

toxunulmazlığına müvafiq qaydada hörmət etməklə həyata keçirilməlidir (8(4)-cü maddə).

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən bu Konvensiyanın 2-ci maddəsindən irəli gələn presedent

hüququ özbaşınalıqdan, zorakılıqdan və həyatdan məhrumetmədən, o cümlədən, aradan qaldırılması

mümkün olan bədbəxt hadisələrdən müdafiəni təmin etmək məqsədi ilə dövlət orqanlarının əməkdaşları

tərəfindən fiziki gücdən istifadəni tənzimləyən qanunvericilik bazasının, tənzimləyici və inzibati çərçivələrin

mövcud olmasını tələb edir. Kadrların tabeçilik strukturu, əməkdaşlar arasında əlaqə və münasibətlər və fiziki

gücdən istifadə zərurətinə aid qaydalar həmin qanunvericilik bazasında və çərçivələrdə birmənalı və adekvat

şəkildə əks olunmalıdır. 332 Üzv dövlətlər müvafiq əməkdaşlar tərəfindən istifadəsinə əsaslı olaraq icazə verilmiş

fiziki gücdən artıq gücün tətbiq edilməsinə və bunun xəsarətlə və ya ölüm halları ilə nəticələnməsinə

məsuliyyət daşıya bilərlər. Bunun üçün baş vermiş hadisə ilə bağlı cinayət işinin başlanması ilə nəticələnə

biləcək səmərəli araşdırmalar aparılmalıdır. 333

Məhkəmə belə bir qənaətə gəlmişdir ki, üzv dövlətlər əlaqədar şəxslərə zərər vurmamaq öhdəliyi ilə yanaşı

onların, o cümlədən, üçüncü tərəflər və ya özləri tərəfindən həyatdan məhrum edilməsindən və ya onlara ciddi

xəsarətlərin yetirilməsindən müdafiə etmək, həmçinin tibbi xidmət göstərmək öhdəliyini də öz üzərinə

götürmüşdürlər. Eyni zamanda, üzv dövlətin müdafiə etmək öhdəliyi əlaqədar şəxsə qarşı cinayətin

törədilməsinin qarşısını alan və əlavə olaraq bu cür cinayətlərin törədilməsindən çəkindirmə sanksiyalarını

özündə əks etdirən hüquqi normaların və müvafiq porosedurların, o cümlədən, cəzaların müəyyən edilməsi

vəzifəsini də nəzərdə tutur. 334 Burada əsas məsələ dövlət orqanlarının barəsində bildikləri və ya bilməyə borclu

olduqları həyat üçün real və ani bir riskin qarşısını almaq üçün onlardan məntiqli olaraq gözlənilənlərin

hamısını edib-etmədiklərindən ibarətdir. 335

Avropa İnsan Hüquqları Məhkəməsi fiziki gücdən istifadənin qanuniliyi məsələsini nəzərdən keçirərkən bir

neçə faktora diqqət yetirir, o cümlədən, qarşıya qoyulmuş məqsədin və baş vermiş insidentlə bağlı yetirilmiş

bədən xəsarətlərinin və həyat üçün təhlükənin xüsusiyyətlərinə. Məhkəmə konkret bir vəziyyətdə fiziki gücdən

istifadə hallarına, bunun bilərəkdən və ya təsadüfən baş verməsinə və müvafiq əməliyyatın planlaşdırılmış

xarakter daşıyıb-daşımamasına və nəzarət altında olub-olmamasına da diqqət yetirir.

Misal: Kayanın Türkiyəyə qarşı işində 336 Avropa İnsan Hüquqları Məhkəməsi təkrarən bildirmişdir ki, üzv

dövlətlər fiziki gücdən istifadə məsələsini və həyatdan məhrumetmə ilə nəticələnə biləcək riskin dərəcəsini

mütləq nəzərə almalıdırlar.

Məhdudlaşdırıcı tədbirlərdən istifadə həyatdan məhrumetməni və ya ölümə yaxın hadisələrin, məsələn,

uzunmüddətli zərərə səbəb olan sui-qəsd cəhdinin baş verməsi ilə əlaqədar tətbiq edilən 2-ci maddə ilə yanaşı

məhdudlaşdırıcı tədbirlərdən istifadə nəticəsində məqsədə nail olunmadan əlaqədar şəxsə zərərin və ya

331 Styuartın Birləşmiş Krallığa qarşı (European Commission of Human Rights,Stewart v. the United Kingdom) (dec.) İnsan Hüquqları üzrə Avropa

Komissiyasındakı 10044/82 saylı, 10 iyul 1984-cü il tarixli işi; MakKanın və başqalarının Birləşmiş Krallığa qarşı (McCann and Others v. the United

Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 18984/91 saylı, 27 sentyabr 1995-ci il tarixli işinin 148-149-cu paraqrafları.

332 Makaratzisin Yunanıstana qarşı (Makaratzis v. Greece) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 50385/99 saylı, 20 dekabr 2004-

cü il tarixli işinin 58-ci paraqrafı; Naçovanın və başqalarının Bolqarıstana qarşı (Nachova and Others v. Bulgaria) [GC] Avropa İnsan

Hüquqları Məhkəməsindəki 43577/98 və 43579/98 saylı, 6 iyul 2005-ci il tarixli işinin 96-cı paraqrafı.

333 MakKanın və başqalarının Birləşmiş Krallığa qarşı (McCann and Others v. the United Kingdom) Avropa İnsan Hüquqları

Məhkəməsindəki 18984/91 saylı, 27 sentyabr 1995-ci il tarixli işinin 161-ci paraqrafı; Velikovanın Bolqarıstana qarşı (Velikova v.

Bulgaria) Avropa İnsan Hüquqları Məhkəməsindəki 41488/98 saylı, 18 may 2000-ci il tarixli işinin 80-ci paraqrafı.

334

Osmanın Birləşmiş Krallığa qarşı (Osman v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 23452/94 saylı, 28

oktyabr 1998-ci il tarixli işi; Mastromatteonun İtaliyaya qarşı (Mastromatteo v.Italy) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki

37703/97 saylı, 24 oktyabr 2002-ci il tarixli işinin 72 və 73-cü paraqrafları; Finoqenovun və başqalarının Rusiyaya qarşı (Finogenov and

Others v. Russia) Avropa İnsan Hüquqları Məhkəməsindəki 18299/03 və 27311/03 saylı, 20 dekabr 2011-ci il tarixli işinin 209-cu paraqrafı.

335 Branko Tomaşiçin və başqalarının Xorvatiyaya qarşı (Branko Tomašić and Others v. Croatia) Avropa İnsan Hüquqları Məhkəməsindəki

46598/06 saylı, 15 yanvar 2009-cu il tarixli işinin 51-ci paraqrafı.

336 Kayanın Türkiyəyə qarşı (Kaya v. Turkey) Avropa İnsan Hüquqları Məhkəməsindəki 22729/93 saylı, 19 fevral 1998-ci il tarixli işi.

124

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!