03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Buna oxşar qaydada Avropa İttifaqının üzv dövlətləri ilə Albaniya arasındakı Stabilləşmə və Əməkdaşlıq

Sazişinin 80-ci maddəsi 383 müəyyən edir ki, "miqrasiya məsələlərinə gəldikdə, Saziş Tərəfləri öz ərazilərində

qanuni əsaslarla yaşayan digər Saziş Tərəflərinin vətəndaşları ilə ədalətli şəkildə rəftar etmək və onların hüquq

və vəzifələrinin öz vətəndaşları ilə müqayisə olunan səviyyədə təmin edilməsi məqsədi daşıyan inteqrasiya

siyasətini təşviq etmək barədə razılığa gəlirlər."

Rusiya ilə bağlanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin 23-cü maddəsi 384 əmək şəraiti ilə əlaqədar nisbətən

məhdud tərzdə müəyyən edir ki "hər bir üzv dövlətdə tətbiq edilən qanunlardan, şərtlərdən və prosedurlardan

asılı olaraq Avropa İttifaqı və onun üzv dövlətləri üzv dövlətin ərazisində qanuni əsaslarla əmək fəaliyyəti ilə

məşğul olan Rusiya vətəndaşlarına göstərilən rəftarın öz vətəndaşlarına göstərilən rəftarla müqayisədə və iş

şəraiti, əməyin ödənilməsi və ya işdən azad olunma ilə əlaqədar vətəndaşlıq zəminində ayrı-seçkiliyin hər hansı

bir formasından azad olduğunu təmin etməlidirlər."

Misal: Simutenkovun işi 385 İspaniyanın futbol klublarından birində peşəkar futbolçu həyatı yaşayan və bu

ölkədəki qaydalara görə vətəndaşlığı səbəbindən oynamaq imkanları məhdudlaşdırılan Rusiya vətəndaşı ilə

əlaqədar idi. Avropa İttifaqı Ədalət Məhkəməsi üzv dövlətlərin idman federasiyaları tərəfindən işlənib

hazırlanmış və milli səviyyədə təşkil olunan yarışlarda klubların Avropa İqtisadi Zonası Müqaviləsinin tərəfi

olmayan ölkələrdən yalnız məhdud sayda oyunçuların meydana buraxmasına icazə verən qaydaları

qiymətləndirərək yuxarıda qeyd olunan 23-cü maddə ilə təsbit olunmuş və ayrı-seçkiliyi qadağan edən

normaları təfsir etmişdir. Nəticədə Məhkəmə həmin qaydaların 23(1)-ci maddənin məqsədinə uyğun

gəlməməsi qənaətinə gəlmişdir.

8.2.7. Sığınacaq axtaran şəxslər və qaçqınlar

Qəbuletmə şərtləri Direktivinin 15-ci maddəsi (2013/33/EU) əgər sığınacaq ərizəsi ilə əlaqədar birinci

instansiyanın qərarı doqquz ay və ya İrlandiya ilə Birləşmiş Krallıq üçün bir il ərzində qəbul edilməyibsə və

müvafiq üzv dövlət üçün sözügedən Direktivin 2003-cü il variantının (2003/9/EC) 11-ci maddəsi hələ də

qüvvədədirsə, yəni "baş verən ləngimənin səbəbləri iddiaçıdan asılı deyilsə", üzv dövlətlərdən sığınacaq

axtaranların əmək bazarına çıxışı üçün icazənin verilməsini tələb edir. Əmək bazarına çıxış üçün icazənin

verilməsi şərtləri milli qanunvericiliyə əsasən müəyyən edilməli olsa da, bu şərtlər sığınacaq axtaranların əmək

bazarına səmərəli çıxışını təmin etməlidirlər. Lakin istənilən halda üstünlük Avropa İqtisadi Zonası

vətəndaşlarına və Avropa İttifaqı ərazisində qanuni əsaslarla yaşayan digər üçüncü ölkə vətəndaşlarına

verilməlidir.

Təsnif etmə Direktivinin (2011/95/EU) 26(1) və (3)-cü maddələri qaçqınların və əlavə himayə ilə təmin olunan

şəxslərin Avropa İttifaqında işə düzəlmək və fərdi əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu tanıyır. Onların

ixtisaslarının tanınması üçün ölkə vətəndaşlarına tətbiq olunan prosedurdan istifadə edilməlidir. Bundan

başqa, Təsnif etmə Direktivinin 28-ci maddəsi əlaqədar şəxsin öz əvvəlki ixtisasına aid sənədli sübutların

təqdim etməsi mümkün olmadığı təqdirdə onun ilkin təlimlərdə iştirakını təmin etmək üçün müvafiq

tədbirlərin görülməsini nəzərdə tutur. Bu normalar "Qaçqınların statusu haqqında" Cenevrə Konvensiyasının

17, 18, 19 və 22(2)-ci maddələrindən irəli gəlir. Eyni zamanda, bu Direktiv sözügedən şəxslərin üzv dövlətlərin

vətəndaşları üçün tətbiq edilən şərtlər əsasında peşə təlimlərində iştirakının təmin edilməsi öhdəliyini də üzv

dövlətlərin üzərinə qoyur.

8.2.8. Qeyri-qanuni vəziyyətdə olan miqrantlar

Bir çox sosial hüquqdan istifadə etmə dərəcəsi qəbul edən dövlətdə qanuni əsaslarla olmaqdan və ya

yaşamaqdan asılıdır. Avropa İttifaqı iqtisadi miqrantların öz ərazisinə gəlməsi və bu ərazidə olmasının qarşısını

383

Bir tərəfdən Avropa İttifaqı və onun üzv dövlətləri, digər tərəfdən isə Albaniya Respublikası arasında bağlanmış və 2009-cu il aprelin 1-

də qüvvəyə minmiş Stabilləşmə və Əməkdaşlıq Sazişi, OJ 2009 L107, səh. 166.

384

Bir tərəfdən Avropa İttifaqı və onun üzv dövlətləri, digər tərəfdən isə Albaniya Respublikası arasında bağlanmış, tərəfdaşlıq səviyyəsini

müəyyən edən və 1997-ci il dekabrın 1-də qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin 3-cü səhifəsi, OJ 1997 L327.

385 İqor Simutenkovun Ministeria de Educacion-a və Real Federacion Espanola de Futbol-a qarşı (Igor Simutenkov v. Ministerio de

Educación y Cultura and Real FederaciónEspañola de Fútbol) Avropa Ədalət Məhkəməsindəki C-265/03 [2005] I-02579 saylı, 12

aprel 2005-ci il tarixli işinin 41-ci paraqrafı.

137

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!