03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Məhkəmə iddiaçının əvvəllər öz mənşə ölkəsində birgə ailə həyatı yaşadığı sonra isə tərk etməli olduğu həyat

yoldaşı, uşaqları və ya yaşlı qohumları üçün vizaların verilməməsi ilə əlaqədar bir sıra işlərə Avropa İnsan

Hüquqları Konvensiyasına əsasən baxmışdır.

Mənşə ölkəsində qalmış həyat yoldaşlarına gəldikdə, ailə münasibətlərinin tənzimlənməsinə dair işlərdə

Avropa Şurasının üzv dövlətləri tərəfindən qaldırılmış və Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul

edilmiş bir sıra oxşar arqumentlərin çoxunu ailənin yenidən birləşməsi ilə bağlı işlərə də şamil etmək olar.

Xaricdə yaşayan partnyorlarla nikah bağlamış, Avropa Şurasının üzv dövlətində yaşayan və xüsusilə də bu

dövlətin məhdudlaşdırıcı miqrasiya qaydaları haqqında məlumatı olan həyat yoldaşlarının xaricə köçməsi

ehtimal oluna bilər, əgər onlar bunun üçün ciddi maneələrin mövcud olduğunu nümayiş etdirmək iqtidarında

deyillərsə. Üzv dövlətlər nikaha daxil olmuş cütlüyün müəyyən ölkədə yaşamaq seçiminə hörmətlə yanaşmağa

və ya əcnəbi həyat yoldaşını öz ərazisində məskunlaşmaq üçün qəbul etməyə borclu deyillər. Lakin əgər üzv

dövlət müəyyən kateqoriyalara aid miqrantlara öz həyat yoldaşlarını gətirərək bu dövlətdə yaşamaq hüququ

verən qanunvericilik aktlarını qəbul etmək qərarına gələrsə, o bunu Avropa İnsan Hüquqları Konvensiyasının

14-cü maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyin qadağan olunması prinsipinə uyğun etməlidir. 237

Miqrasiyanın səciyyəvi xüsusiyyətlərindən biri uşağı mənşə ölkəsində qoymaqdan ibarətdir: valideynlər təyinat

ölkəsində məskunlaşmaq üçün miqrasiya edərək özlərini hüquqi, sosial və iqtisadi cəhətdən təmin edib və

uşaqlarını gətirib özləri ilə saxlamaq iqtidarında olmayanadək baba-nənələri və ya başqa qohumları ilə mənşə

ölkəsində qoyurlar. Avropa İnsan Hüquqları Məhkəməsinin bu cür işlərə yanaşması əsasən hər bir işin konkret

hallarından asılıdır.

Misal: Gülün İsveçrəyə qarşı işində 238 ilk olaraq ata, sonra isə ana İsveçrəyə miqrasiya edərək uşağı

Türkiyədə qoymuşdular. Baş vermiş yanğın nəticəsində aldığı ciddi xəsarətlərə görə uşağın anasına

İsveçrədə qalmaq məqsədi ilə humanitar icazə verilmişdir, çünki həmin zaman müvafiq orqanlar onun

Türkiyəyə geri qaytarılacağı təqdirdə sağlamlığı üçün təhlükə yaranacağını hesab etmişdilər. Bununla

əlaqədar olaraq qadının həyat yoldaşına da onunla qalmaq üçün yaşayış icazəsi verilmişdir. Sonra ər-arvad

Türkiyədə qalmış uşağın onların yanına gəlib yaşaması barədə müraciət etsə də onların İsveçrədə qanuni

əsaslarla yaşamalarına baxmayaraq statuslarına görə ailənin birləşməsi hüququna malik olmadıqları hesab

olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi bu işin hər bir konkret məqamını və hallarını nəzərdən

keçirərək uşağın anasının səhhətində stabilləşmənin müşayiət olunduğunu nəzərə alıb bütün ailənin

Türkiyəyə köçüb yaşamasına mane olan real səbəblərin mövcud olmadığını müəyyən etmişdir. Bununla da

uşağın öz valideynlərinə qovuşmasına icazənin verilməməsi Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci

maddəsinin pozulması kimi müəyyən edilməmişdir.

Misal: Senin Hollandiyaya qarşı işində 239 valideynlər Hollandiyaya gələrkən onların böyük qızı Türkiyədə

qalmışdır. Məhkəmə valideynlərin öz qızını mənşə ölkəsində qoymaq qərarının onun həmişəlik ailədən

kənar qalmağını nəzərdə tutan və dəyişməz olmadığını müəyyən etmişdir. Belə olan halda, Hollandiya

dövlət orqanlarının qıza bu ölkədə öz ailəsinə qovuşmaq icazəsinin verilməməsi ilə Avropa İnsan Hüquqları

Konvensiyasının 8-ci maddəsinin pozulduğunu müəyyən etmişdir.

Misal: Osmanın Danimarkaya qarşı işində 240 Məhkəmə uzun müddət ərzində öz ailəsi ilə birlikdə qanuni

əsaslarla Danimarkada yaşadıqdan sonra Keniyada qaçqın düşərgəsində məskunlaşan nənəsinə baxmaq

məqsədi ilə atası tərəfindən Danimarkadan aparılmış yetkinlik yaşına çatmamış Somali vətəndaşı olan

məktəbli qızın məsələsini nəzərdən keçirmişdir. Danimarkanı tərk etməsindən iki il sonra o, bu ölkədə

yaşayan ailəsinə yenidən birləşmək məqsədi ilə yeni yaşayış icazəsi almaq üçün müraciət etdikdə

Danimarkanın müvafiq orqanları ona rədd cavabı vermişdilər. Məhkəmə bunu Avropa İnsan Hüquqları

Konvensiyasının 8-ci maddəsinin pozulması kimi müəyyən etmişdir.

237 Hodenin və Abdinin Birləşmiş Krallığa qarşı (Hode and Abdi v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki

22341/09 saylı, 6 noyabr 2012-ci il tarixli işinin 43-55-ci paraqrafları.

238 Gülün İsveçrəyə qarşı (Gül v. Switzerland) Avropa İnsan Hüquqları Məhkəməsindəki 23218/94 saylı, 19 fevral 1996-cı il tarixli işi.

239 Senin Hollandiyaya qarşı (Sen v. the Netherlands) Avropa İnsan Hüquqları Məhkəməsindəki 31465/96 saylı, 21 dekabr 2001-ci il

tarixli işi.

240 Osmanın Danimarkaya qarşı (Osman v. Denmark) Avropa İnsan Hüquqları Məhkəməsindəki 38058/09 saylı, 14 iyun 2011-ci il tarixli işi.

94

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!