03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Misal: Salah Şeexin Hollandiyaya qarşı işində 107 Avropa İnsan Hüquqları Məhkəməsi Somalidə azlıq təşkil

edən bir klanın üzvlərinin qadağan olunmuş, ləyaqəti alçaldan rəftardan ibarət riskin "hədəf qrupuna" aid

olduğunu müəyyən etmişdir. İşlə bağlı müvafiq məsələ iddiaçının həmin ölkədə müdafiə olunmaq və

keçmişdə ona qarşı törədilmiş əməllərə görə kompensasiya əldə etmək imkanlarının mövcud olubolmamasından

ibarət idi. Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçının Somalini tərk etdiyi vaxtlardan

etibarən orada yaxşıya doğru əhəmiyyətli dəyişikliklərin baş vermədiyini nəzərə alaraq onun bu cür

müdafiə və ya təzminatla təmin olunmaq iqtidarında olmadığını hesab etmişdir. İddiaçı və onun ailəsi

Somalidə azlıq təşkil edən bir qrupa mənsub olduğundan "xüsusi" bir hədəfə götürülmüşdür və məlum

olduğu kimi heç bir müdafiə vasitəsinə malik deyildi. Şəxsən iddiaçının əvvəllər və hal-hazırda riskə məruz

qaldığını nümayiş etdirmək üçün əlavə olaraq xüsusi və fərqləndirici əlamətlərin mövcudluğunu sübuta

yetirilməsi ondan tələb olunmurdu. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsi onun çıxarılmasının

Avropa İnsan Hüquqları Konvesiyasının 3-cü maddəsi ilə ziddiyyət təşkil etməsi qənaətinə gəlmişdir.

Bir çox halda ölkədə müşahidə olunan ümumi zorakılıq vəziyyəti Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü

maddəsini pozmaya da bilər. Zorakılıq kifayət qədər yüksək səviyyədə və ya həddindən artıq intensiv olduqda

şəxsin məxsus olduğu qrupun digər üzvləri ilə müqayisədə daha ağır vəziyyətdə olduğunu nümayiş etdirməsinə

ehtiyac yoxdur. Bəzi hallarda isə şəxs həm şəxsi risk faktorlarına həm də ümumi zorakılıqdan ibarət riskə məruz

qaldığını nümayiş etdirməli ola bilər. Məhkəmə üçün yeganə sual ləyaqəti alçaldan rəftardan ibarət ehtimal

olunan və həqiqi riskin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə zidd olub-olmaması

məsələsinə baxmaqdan ibarətdir.

Misal: NA.-nın Birləşmiş Krallığa qarşı işində 108 Avropa İnsan Hüquqları Məhkəməsi Şri Lankada müşahidə

olunan ümumi zorakılıq səviyyəsinin bu ölkəyəgeri qaytarılmaların qadağan edilməsi üçün kifayət

etmədiyini, lakin iddiaçıya xas olan şəxsi faktorlarla birgə götürdükdə onun geri qaytarılmasının Avropa

İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə zidd olduğunu müəyyən etmişdir. Beləliklə, ilk dəfə

olaraq Avropa İnsan Hüquqları Məhkəməsi zorakılıqla bağlı ümumi vəziyyətin geri qaytarılmaların qadağan

edilməsi üçün mümkün olduğunu qəbul etmişdir.

Misal: Sufi və Elminin Birləşmiş Krallığa qarşı işində 109 Avropa İnsan Hüquqları Məhkəməsi Somalinin

paytaxtı Moqadişuda hökm sürən kütləvi zorakılıq vəziyyətinin insan həyatı və ya istənilən mülki şəxs üçün

real təhlükə yaradan kifayət qədər yüksək səviyyədə və həddindən artıq gərgin olması qənaətinə gəlmişdir.

Məhkəmə zorakılıq səviyyəsini qiymətləndirərək bu kimi qeyri-müfəssəl meyarlara diqqət yetirmişdir:

münaqişə tərəfləri mülki şəxslər arasında itkilər riskini artıran və ya birbaşa mülki şəxslərə qarşı yönəldilmiş

müharibə metodları və taktikasından istifadə edirlərmi; bu cür metodlardan və ya taktikadan istifadə

münaqişə tərəfləri arasında geniş yayılıbmı; və nəhayət silahlı toqquşmalar nəticəsində ölən, yaralanan və

məcburi köçən mülki şəxslərin sayı. Moqadişu şəhərində ümumi zorakılıqla bağlı vəziyyətin kifayət qədər

gərgin olması Avropa İnsan Hüquqları Məhkəməsinə imkan verirdi ki, geri qayıdan hər bir şəxsin bu ölkədə

yalnız olması səbəbindən 3-cü maddəyə zidd olaraq ləyaqəti alçaldan rəftardan ibarət real riskə məruz

qalacağı barədə qənaətə gəlsin (əgər həmin şəxsin müdafiə ilə təmin olunacağını nümayiş etdirmək üçün

şəhərdəki nüfuzlu qüvvələrlə kifayət qədər sıx əlaqələri mövcud deyilsə).

Ölkədən çıxarılacaq şəxs Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə zidd rəftar hesab edilən

zərərin müxtəlif növlərindən ibarət risklərlə üzləşə bilər ki, həmin risklərin mənbələri bilavasitə qəbul edən

dövlətlə deyil, oradakı qeyri-dövlət qüvvələri ilə, xəstəliklər və ya humanitar vəziyyətlə əlaqədar ola bilər.

107 Salah Şeexin Hollandiyaya qarşı (Salah Sheekh v. the Netherlands) Avropa İnsan Hüquqları Məhkəməsindəki 1948/04 saylı, 11 yanvar

2007-ci il tarixli işi.

108 NA.-nın Birləşmiş Krallığa qarşı (Salah Sheekh v. the Netherlands NA. v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki

25904/07 saylı, 17 iyul 2008-ci il tarixli işinin 114-117, 147-ci paraqrafları.

109 Sufi və Elminin Birləşmiş Krallığa qarşı (Sufi and Elmi v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 8319/07 və

11449/07 saylı, 28 iyun 2011-ci il tarixli işinin 241-250, 293-cü paraqrafları.Somalidəki vəziyyətin ən son qiymətləndirilməsi ilə bağlı

K.A.B-ın İsveçə qarşı Avropa İnsan Hüquqları Məhkəməsindəki 886/11 saylı, 5 sentyabr 2013-cü il tarixli işinə baxın.

52

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!