03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

axmayaraq ölkədən çıxarılmaya nail olunmadıqda həbsə alınma tədbirindən istifadənin mümkünlüyünü

istisna etməmişdir.

Avropa İnsan Hüquqları Konvensiyasının 5(1)(f) maddəsinin ikinci seqmentinə əsasən əgər müvafiq qərar

qəbul edilmişdirsə və çıxarılmanın real perspektivləri mövcuddursa, Avropa Şurasının üzv dövlətlərinə şəxsin

deportasiyası və ya ekstradisiyası məqsədi ilə saxlanılması hüququ verilir. Deportasiya məqsədi daşıyan

tədbirlər nəzərdə tutulmayaraq müzakirə olunmadıqda və ya bu məqsədə zəruri ehtiyatlılıqla və fəal şəkildə

nail olunmadıqda saxlanılma əsassız hesab olunur.

Misal: Mikolenkonun Estoniyaya qarşı işində 284 iddiaçı Estoniyada yaşayan Rusiya vətəndaşı idi. Estoniyanın

dövlət orqanları iddiaçıya məxsus yaşayış icazəsinin müddətini artırmaq müraciətinə rədd cavabı verərək

onu 2003-cü ildən 2007-ci ilədək həbsdə saxlamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçının

çıxarılma prosesi zamanı dövlət orqanları ilə əməkdaşlıq etmək arzusunda olmadığını birmənalı şəkildə

qəbul etməsinə baxmayaraq onun saxlanılmasının qanunsuz olduğunu müəyyən etmişdir, çünki onun

çıxarılması üçün real perspektivlər mövcud deyildi və dövlət orqanları araşdırmanı zəruri ehtiyatlılıqla

aparmamışdır.

Misal: M.-in və başqalarının Bolqarıstana qarşı işində 285 iddiaçının Əfqanıstana deportasiyası barədə qərar

2005-ci ilin dekabr ayında qəbul edilsə də, dövlət orqanları 2007-ci ilə nəzərdə tutulmuş deportasiyanı

həyata keçirmək məqsədi ilə onun üçün şəxsiyyəti təsdiq edən sənəd əldə etməyə çalışmışdırlar. Bununla

bağlı sorğu 19 aydan sonra təkrarən göndərilmişdir. Bütün bu dövr ərzində iddiaçı həbsdə saxlanılmışdır.

Eyni zamanda, Bolqarıstanın dövlət orqanları onu başqa ölkəyə göndərməyə çalışsalar da bunu sübut edən

heç bir fakta malik deyildilər. Onun saxlanılması qanunsuz hesab edilmişdir və zəruri ehtiyatlılıq nümayiş

etdirilmədiyindən Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi pozulmuşdur.

Misal: Popovun Fransaya qarşı işində 286 iddiaçılar 2000-ci ildə Fransaya gəlmiş Qazaxıstan vətəndaşları idi.

Onların qaçqın statusu və yaşayış icazəsi əldə etməklə bağlı ərizələrinə rədd cavabı verilmişdir. 2007-ci ilin

avqust ayında onlar həbs olunaraq çıxarılma məqsədi ilə hava limanına gətirilmişdir. Onların reysi ləğv

edilmişdir və çıxarılmaları baş tutmamışdır. Bundan sonra onlar beşaylıq və üç yaşlı uşaqları ilə birlikdə

saxlanılma mərkəzinə göndərilmiş və orada 15 gün saxlanılmışdırlar. İkinci dəfə də reys ləğv edildiyindən

hakim onları sərbəst buraxmışdır. Təqdim olunmuş yeni ərizələr əsasında onlara qaçqın statusu verilmişdir.

Məhkəmə müəyyən etmişdir ki, uşaqlar valideynləri ilə birlikdə saxlanılma mərkəzinin ailələr üçün nəzərdə

tutulmuş korpusunda saxlanılsalar da, onların xüsusi vəziyyəti nəzərə alınmamışdır və dövlət orqanları

inzibati qaydada saxlanılmadan başqa alternativ tədbirləri müəyyən etməyə çalışmamışdır. Beləliklə də

Fransa sistemi uşaqların Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq hüququnu

müvafiq qaydada təmin etməmişdir.

6.4. Qanunla nəzərdə tutulanlar

Milli qanunvericiliyə və Avropa İttifaqı qanunvericiliyinə, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasına

əsasən saxlanılma qanuni xarakter daşımalıdır.

Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının üzv dövlətləri Geri qaytarılma Direktivinə uyğun

olması tələb edilən qanunlarını, əsasnamələrini və inzibati qaydalarını tətbiq etməyə borcludurlar (20-ci

maddə). Eyni zamanda, dəyişdirilmiş Qəbuletmə şərtləri Direktivinin 8(3)-cü maddəsi saxlanılma üçün əsasların

milli qanunvericilikdə əks olunmasını nəzərdə tutur.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən bu Konvensiyanın 5(1)-ci maddəsi heç kimin qanunla

müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilmədiyini nəzərdə tutur. Bu isə o deməkdir ki,

284 Mikolenkonun Estoniyaya qarşı (Mikolenko v. Estonia) Avropa İnsan Hüquqları Məhkəməsindəki 10664/05 saylı, 8 oktyabr 2009-cu il

tarixli işi.

285 M.-in və başqalarının Bolqarıstana qarşı (M. and Others v. Bulgaria) Avropa İnsan Hüquqları Məhkəməsindəki 41416/08 saylı, 26 iyul

2011-ci il tarixli işinin 75 və 76-cı paraqrafları.

286 Popovun Fransaya qarşı (Popov v. France) Avropa İnsan Hüquqları Məhkəməsindəki 39472/07 və 39474/07 saylı, 19 yanvar 2012-ci

il tarixli işi.

109

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!