03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Soysalın işi 78 viza tələbi ilə əlaqədar idi. Avropa Ədalət Məhkəməsi müəyyən etmişdir ki, Ankara Sazişinə

dair Əlavə Protokolun 41-ci maddəsi əgər bu Protokolun qüvvəyə minməsi zamanı viza tələb edilmirdisə,

Almaniyada türk şirkətləri adından xidmətlər göstərmək istəyən Türkiyə vətəndaşlarının bu ölkəyə gəlməsi

ilə əlaqədar viza tələbinin tətbiqini istisna edir.

Məhkəməyə əsasən vizanın tətbiqi ilə əlaqədar milli qanunvericiliyin Avropa İttifaqının (EC)539/2001 saylı

Əsasnaməsinin (Əlavə 1-ə baxın) icrasından irəli gəlməsi faktı bu qərara təsir etmir. Bundan başqa, Avropa

İttifaqı qanunvericiliyi "status-kvo" müddəasını özündə əks etdirən müvafiq beynəlxalq sazişlərə uyğun

şəkildə təfsir olunmalıdır.

Oğuzun işində 79 Avropa İttifaqı Ədalət Məhkəməsi "status-kvo" müddəasının Avropa İttifaqına üzv olan

dövlətlərin miqrasiya məsələləri ilə əlaqədar sui-istifadələri cəzalandırmaq üçün öz milli

qanunvericiliklərindən istifadənin qarşısını almaması qənaətinə gəlmişdir. Lakin cənab Oğuza ölkəyə

gəlmək və burada qalmaq icazəsinin verilməsindən səkkiz il sonra onun milli miqrasiya qanunvericilik

aktlarına zidd fərdi əmək fəaliyyəti ilə məşğul olması Avropa İttifaqı Ədalət Məhkəməsi tərəfindən suiistifadə

halı hesab olunmamışdır.

Avropa İttifaqının yeni üzv dövlətlərinə gəldikdə isə Türkiyə ilə bağlı "status-kvo" müddəasının qüvvəyə

minməsi tarixi onlar üçün İttifaqa üzv olduqları gündən hesablanır.

Ankara Sazişinə dair 1970-ci il tarixli Əlavə Protokol iqtisadi və sosial hüquqlardan istifadə ilə bağlı fəsil 8-də

müzakirə olunan bir sıra hüquqları nəzərdə tutur. Status məsələsinə gəldikdə isə Türkiyə vətəndaşları öz sosial

və əmək hüquqlarını icra edərkən Avropa İttifaqına üzv olan dövlətin ərazisində qalmaq hüququna

malikdirlər. 80 Ankara Sazişi əsasında yaradılmış Əməkdaşlıq Şurasının 1/80 saylı Qərarına uyğun olaraq Türkiyə

vətəndaşları, o cümlədən, onların Türkiyə vətəndaşı olmayan ailə üzvləri imtiyazlı rəftardan faydalanmaq

hüququna malikdirlər ("Avropa İqtisadi Birliyi-Türkiyə Əməkdaşlıq Şurası"; ailə həyatına aid məsələlərlə

əlaqədar fəsil 5-ə baxın). 81 Bu hüquqlar Türkiyə vətəndaşlarını qəbul edən üzv dövlətə gəlmə və bu dövlətdə

qalma hüququnun verilməsi üçün istifadə olunmuş əsaslardan irəli gələn şərtlərlə əlaqədar olmaya bilər.

Misal: Avropa Ədalət Məhkəməsi Altunun işi 82 ilə əlaqədar müəyyən etmişdir ki, Türkiyə vətəndaşının

qaçqın qismində Avropa İttifaqının üzv dövlətində yaşamaq və müvafiq olaraq dövlətin əmək bazarına

çıxmaq hüquqlarını əldə etməsi faktı onun ailə üzvünün Əməkdaşlıq Şurasının 1/80 saylı Qərarından irəli

gələn hüquqlardan faydalanmasına mane olmur. Bundan başqa, Kahvecinin işində 83 Avropa İttifaqının

Ədalət Məhkəməsi müəyyən etmişdir ki, hətta həmin işçi öz türk vətəndaşlığını saxlamaqla yaşadığı Avropa

İttifaqı üzv dövlətinin vətəndaşlığını əldə etmiş olsa belə, onun ailə üzvləri onlara sözügedən Qərarla şamil

olunan hüquqları tələb edə bilərlər.

78 Mehmet Soysalın və İbrahim Savatlının Almaniyaya qarşı (Mehmet Soysal and Ibrahim Savatli v. Bundesrepublik Deutschland)

Avropa Ədalət Məhkəməsindəki C-228/06 [2009] ECR I-01031 saylı, 19 fevral 2009-cu il tarixli işi.

79 Tural Oğuzun Daxili İşlər Departamentinin Dövlət katibinə qarşı (Tural Oguz v. Secretary of State for the Home Department) Avropa

İttifaqı Ədalət Məhkəməsindəki C-186/10, [2011] ECR I-06957 saylı, 21 iyul 2011-ci il tarixli işinin 46-cı paraqrafı; Kraliçanın, Vəli Tumun

və Məhmət Darinin (The Queen, Veli Tum and Mehmet Dari) Avropa Ədalət Məhkəməsindəki C-16/05 [2007] ECR I-07415 saylı 20

sentyabr 2007-ci il tarixli işi.

80 Altunun Stadt Böblingen-ə qarşı (Altun v. Stadt Böblingen) Avropa Ədalət Məhkəməsindəki C-337/07 [2008] ECR I-10323 saylı, 18

dekabr 2008-ci il tarixli işinin 21-ci paraqrafı; Rəcəp Tefikin Berlin Torpağına qarşı (Recep Tetik v. Land Berlin) 23 C-171/95 [1997] ECR I-

00329 saylıyanvar 1997-ci il tarixli işinin 48-ci paraqrafı; "Avropa Şurasının təsis edilməsi haqqında" 1955-ci il Avropa Konvensiyasının 2-ci

maddəsi “[…] Konvensiyaya tərəfdar çıxmış hər bir dövlət [o cümlədən Türkiyə və Avropa İttifaqının bir çox digər dövləti] onun iqtisadi və

sosial vəziyyəti imkan verdiyi dərəcədə Konvensiyaya tərəfdar çıxmış digər dövlətlərin vətəndaşlarının öz ərazisində davamlı və ya daimi

yaşamasına şərait yaratmalıdır.”

81 Natthaya Dülgerin Uetteraukreis-ə qarşı (Natthaya Dülger v. Wetteraukreis) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-451/11 saylı, 19

iyul 2012-ci il tarixli işi.

82 Altunun Stadt Böblingen-ə qarşı (Altun v. Stadt Böblingen) Avropa Ədalət Məhkəməsindəki C-337/07 [2008] ECR I-10323 saylı, 18 dekabr

2008-ci il tarixli işinin 50-ci paraqrafı.

83 Staatssecretaris van Justitie-nin Tayfun Kahveciyə və Osman İnana qarşı (Staatssecretaris van Justitie v. Tayfun Kahveci and Osman

Inan) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-7/10 və C-9/10 saylı,29 mart 2012-ci il tarixli birgə işləri.

41

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!