03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İtaliyada cinayət işi başlanmışdır və onun Tunisə deportasiya edilməsi barədə qərar qəbul olunmuşdur.

Avropa İnsan Hüquqları Məhkəməsi onun Tunisə geri qaytarılacağı təqdirdə 3-cü maddəyə zidd rəftara

məruz qalma ehtimalını müəyyən etmişdir. Onun davranışının və ona qarşı irəli sürülən ittihamların

ağırlığının 3-cü maddə əsasında qiymətləndirmənin aparılması ilə heç bir əlaqəsi yox idi.

3.1.8. Beynəlxalq himayə statusunun itirilməsi

Avropa İttifaqı qanunvericiliyinə əsasən müvafiq ölkədə müşahidə olunan riskli vəziyyət yaxşılaşdıqda 1951-

ci il Cenevrə Konvensiyasının 1C maddəsinin himayənin dayandırılmasına dair müddəalarını özündə əks etdirən

Təsnif etmə Direktivinin 11 və 16-cı maddələri beynəlxalq himayədən istifadənin itirilməsinə icazə verir.

Misal: Sələhədin Abdullanın və başqalarının işi 145 Almaniya tərəfindən qaçqın statusu ilə təmin edilmiş İraq

vətəndaşlarının qaçqın statusunun itirilməsi ilə əlaqədar idi. Qaçqın statusunun itirilməsi üçün əsas onların

mənşə ölkəsindəki vəziyyətin yaxşılaşmasından ibarət idi. Avropa İttifaqı Ədalət Məhkəməsi müəyyən

etmişdir ki, Təsnif etmə Direktivinin 11-ci maddəsinin məqsədləri üçün əlaqədar üçüncü ölkədəki vəziyyət

əhəmiyyətli dərəcədə və daimi xarakter daşımaqla dəyişdikdə, qaçqın statusunun verilməsi üçün istifadə

edilmiş əsas artıq mövcud olmadıqda və müvafiq şəxsin təqib olunmaq qorxusunu yaşamaq üçün başqa bir

səbəb olmadıqda o, beynəlxalq himayə statusunu itirir. Dövlətlər vəziyyətin dəyişdiyini qiymətləndirmək

üçün qaçqının şəxsi vəziyyətini nəzərə almaqla mənşə ölkəsində himayəni təmin edən qurum və ya

qurumlar tərəfindən təqib olunmanın qarşısını almaq üçün əsaslı tədbirlərin görülüb-görülmədiyini və

digər məsələlərlə yanaşı təqibin əsasını təşkil edən əməllərin aşkar edilməsi, ittiham edilməsi və

cəzalandırılması üçün səmərəli hüquq sisteminin işləyib-işləmədiyini yoxlamalıdır. Bu cür himayə qaçqın

statusunu itirmiş əlaqədar vətəndaş üçün də əlçatan olmalıdır.

Keçmişdə həddindən artıq ciddi ziyana məruz qalmış şəxslərin qaçqın və ya əlavə himayə statusu vəziyyətin

dəyişdiyi təqdirdə itirilməyə də bilər, əgər onlar mənşə ölkəsinin himayəsi ilə əhatə olunmaqdan imtina etmək

üçün təkzibedilməz dəlillər əsasında vəsatət qaldırmaq iqtidarındadırlarsa (Təsnif etmə Direktivinin 11 və 16-

cı maddələri). Avropa İnsan Hüquqları Konvensiyasında himayənin itirilməsinə aid xüsusi müddəalar nəzərdə

tutulmayıb. Bunun əvəzində Avropa İnsan Hüquqları Məhkəməsi nəzərdə tutulan çıxarılmanın

proqnozlaşdırılan fəsadlarını nəzərdən keçirir. Qəbul edən dövlətin keçmişdə müşahidə olunan vəziyyəti

mövcud vəziyyətlə bağlı müəyyən təlqinlər verə bilsə də riskin qiymətləndirilməsi üçün yalnız cari vəziyyət əsas

kimi götürülməlidir. 146 Avropa İnsan Hüquqları Məhkəməsi vəziyyəti qiymətləndirmək üçün müvafiq hökumət

hesabatlarına, BMTQAK, həmçinin "Human Rights Watch" və "Amnesty International" kimi beynəlxalq qeyrihökumət

təşkilatları tərəfindən təqdim olunan hesabatlara etimad göstərir.

Misal: Avropa İnsan Hüquqları Məhkəməsi gənc Tamillilərin Şri Lankaya geri qaytarıldıqda üzləşə biləcəkləri

riskin müxtəlif qiymətləndirmələrini aparmışdır. Bu qiymətləndirmələr baş vermiş münaqişənin müxtəlif

vaxtlarını və qarşıdurmanın dayandırılmasından sonrakı müddəti əhatə etmişdir. Avropa İnsan Hüquqları

Məhkəməsi ölkədə hökm sürən ümumi vəziyyəti nəzərə alaraq əlaqədar şəxslərin geri qaytarılması üçün

təklif olunan vaxtda onlara təsir edə biləcək və ölkə ilə əlaqədar risk amillərini təhlil etmişdir. 147

3.2. Kollektiv çıxarılma

Həm Avropa İttifaqı qanunvericiliyinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına əsasən kollektiv

çıxarılma qadağan olunur. Kollektiv çıxarılma şəxsləri müvafiq ərazini və ya ölkəni qrup şəklində tərk etməyə

2947/06 saylı, 24 aprel 2008-ci il tarixli işinin 127-ci paraqrafı; Ryabıkinin Rusiyaya (Ryabikin v. Russia) qarşı Avropa İnsan Hüquqları

Məhkəməsindəki 8320/04 saylı, 19 iyun 2008-ci il tarixli işi.

145 Səlahədin Abdullanın və başqalarının Almaniyaya qarşı Avropa İttifaqı Ədalət Məhkəməsindəki (Salahadin Abdulla and Others v.

Bundesrepublik Deutschland) C-175/08, C-176/08, C-178/08, C-179/08 [2010] I-01493 saylı, 2 mart 2010-cu il tarixli birgə işləri.

146 Tomiçin Birləşmiş Krallığa (Tomic v. the United Kindgom) (dec.) və Hidanın Danimarkaya qarşı (dec.) (Hida v. Denmark) Avropa

İnsan Hüquqları Məhkəməsindəki müvafiq olaraq 17837/03 və 38025/02 saylı, 14 oktyabr 2003-cü il və 19 fevral 2004-cü il tarixli işləri.

147 Vilvaracanın və başqalarının Birləşmiş Krallığa qarşı (Vilvarajah and Others v. the United Kingdom) Avropa İnsan Hüquqları

Məhkəməsindəki 13163/87, 13164/87, 13165/87, 13447/87 və 13448/87 saylı, 30 oktyabr 1991-ci il tarixli işləri; N.A.-nın Birləşmiş

Krallığa qarşı (NA. v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 25904/07 saylı, 17 iyul 2008-ci il tarixli işi

61

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!