03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Misal: H.L.R.-in Fransaya qarşı işi 110 Kolumbiya narkodairələrindən birinə mənsub üzvün məhkum edilməsi

ilə nəticələnmiş informasiyanı müvafiq orqanlara təqdim etməsi səbəbindən həmin təşkilatın qisasından

qorxan məhkum narkodilerlə əlaqədar idi. Həmin vaxt Məhkəmə Kolumbiya dövlət orqanlarının iddiaçını

ləyaqəti alçaldan rəftardan ibarət riskə qarşı müdafiə ilə təmin etmək iqtidarında olması qənaətinə

gəlmişdir. Bu səbəbdən də onun deportasiyası Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə

ziddiyyət təşkil etmirdi.

Misal: D.-nin Birləşmiş Krallığa qarşı işi 111 ümidsiz xəstə kişinin ölkədən çıxarılması ilə əlaqədar idi.

Məhkəmə iddiaçının deportasiyası ilə əlaqədar halları nəzərdən keçirmişdir: tibbi müalicənin

dayandırılması, qəbul edən dövlətdə vəziyyətin gərgin olması və geri qaytarıldıqdan sonra iddiaçının

ölümünün böyük ehtimalla qaçılmaz olması. Məhkəmə bu cür müstəsna hallarda iddiaçının

deportasiyasının Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə ziddiyyət təşkil etməsi

qənaətinə gəlmişdir. Lakin Məhkəmə bu səpkidən olan işlərlə əlaqədar yüksək bir hədd müəyyən edib.

Nisbətən yeni baxılmış N.-in Birləşmiş Krallığa qarşı işində 112 qadın iddiaçının vətəni olan Uqandada müvafiq

tibbi müalicənin əlçatan olduğunu mövcud faktlarla nümayiş etdirilməsi və həmin vaxtlar onun ümidsiz

xəstə olmaması səbəbindən Uqandaya geri qaytarılması Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü

maddəsinin pozulması kimi qiymətləndirilməmişdir. S.H.H.-nın Birləşmiş Krallığa qarşı işində də 113 oxşar

yanaşmadan istifadə olunmuşdur ki, əlil iddiaçı onun Birləşmiş Krallıqdan çıxarılmasının qarşısını ala biləcək

və Əfqanıstanda üzləşəcəyi " müstəsna halları" sübuta yetirə bilməmişdir.

Misal: Babar Əhmədin və başqalarının Birləşmiş Krallığa qarşı işi 114 terrorçuluqda şübhəli bilinən şəxslərin

ABŞ-a ekstradisiyası ilə əlaqədar idi. Məhkəmə onların nə ciddi rejimli həbsxanada gözlənilən saxlanılma

şəraiti, nə də ki mümkün hökmləri ilə 3-cü maddənin pozulmayacağını müəyyən etmişdir.

Misal: Asuatın Birləşmiş Krallığa qarşı işində 115 Məhkəmə terrorçuluqda şübhəli bilinən və eyni zamanda

ciddi psixi pozulmadan əziyyət çəkən iddiaçının ABŞ-da saxlanılma şəraitinin qeyri-müəyyən olacağını

nəzərə alaraq onun bu ölkəyə ekstradisiyası ilə 3-cü maddənin pozulacağını müəyyən etmişdir. İddiaçının

psixi vəziyyətinin kifayət qədər ağır olması onun adi həbsxanadan Birləşmiş Krallığın yüksək səviyyədə

mühafizə olunan psixiatriya xəstəxanalarından birinə köçürülməsini zəruriləşdirmişdir. Təqdim edilmiş

tibbi faktlar iddiaçının "sağlamlığı və təhlükəsizliyi üçün" orada qalmaqda davam etməsinə birmənalı

şəkildə dəlalət edirdi. Bununla əlaqədar olaraq təqdim olunmuş müvafiq tibbi faktlar kontekstində

iddiaçının fərqli ölkəyə və çox güman ki, düşmən, həbsxana mühitinə ekstradisiyasının onun psixi və fiziki

vəziyyətinin pisləşməsi ilə nəticələnməsi riski mövcud idi və bu pisləşmə 3-cü maddə ilə müəyyən edilmiş

həddə gətirib çıxarırdı.

Misal: Sufinin və Elminin işində 116 Məhkəmə iddiaçıların ölkədən çıxarıldığı təqdirdə Somalidə və ya qonşu

ölkədə yerləşən və ağır humanitar şəraiti Avropa İnsan Hüquqları Konvensiyasına zidd olan qaçqınlar

düşərgəsinə böyük ehtimalla düşəcəklərini müəyyən etmişdir. Məhkəmə humanitar şəraitin yalnız quraqlıq

kimi təbii fəlakət səbəbindən deyil, eyni zamanda Somalidəki münaqişə tərəflərinin fəaliyyət və

fəaliyyətsizliyi səbəbindən ağırlaşdığını qeyd etmişdir.

Misal: M.A.-nın milli səviyyədə baxılmış işində 117 Fransanın Dövlət Şurası (Conseil d’État) yaşayış icazəsilə

bağlı müraciətinə rədd cavabı almış Albaniya vətəndaşının geriyə, Albaniyaya göndərilməsi barədə qərarı

ləğv etmişdir. Məhkəmə müəyyən etmişdir ki, M.A. Albaniyada onun keçirdiyi polis reydi zamanı

öldürülmüş şəxsin ailə üzvləri tərəfindənpis rəftara məruz qala və öldürülə bilər. Dövlət Şurası riskin özəl

110 H.L.R.-in Fransaya qarşı (H.L.R. v. France) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 24573/94 saylı, 29 aprel 1997-ci il tarixli

işin 43-44-cü paraqrafları.

111 D.-nin Birləşmiş Krallığa qarşı (D. v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 30240/96 saylı, 2 may 1997-ci il

tarixli işi.

112 N.-in Birləşmiş Krallığa qarşı (N. v. the United Kingdom) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 26565/05 saylı, 27 may 2008-

ci il tarixli işi.

113 S.H.H.-nın Birləşmiş Krallığa qarşı (S.H.H. v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 60367/10 saylı, 29 yanvar

2013-cü il tarixli işi.

114 Babar Əhmədin və başqalarının Birləşmiş Krallığa qarşı (Babar Ahmad and Others v. the United Kingdom) Avropa İnsan Hüquqları

Məhkəməsindəki 24027/07, 11949/08, 36742/08, 66911/09 və 67354/09 saylı, 10 aprel 2012-ci il tarixli işləri.

115 Asuatın Birləşmiş Krallığa qarşı (Aswat v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 17299/12 saylı, 16 aprel

2013-cü il tarixli işi.

116 Sufinin və Elminin Birləşmiş Krallığa qarşı (Sufi and Elmi v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 8319/07

və 11449/07 saylı, 28 iyun 2011-ci il tarixli işin 267-292-ci paraqrafları.

117 M.A.-nın Fransa Dövlət Şurasındakı (Conseil d’État) (M. A.) 334040 saylı, 1 iyul 2011-ci il tarixli işi

53

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!