03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Əsas məqamlar

Avropa İttifaqı qanunvericiliyinə və Avropa Sosial Xartiyasına aid ümumi məqamlar:

Adətən iqtisadi və sosial hüquqlardan istifadə etmək məqsədi ilə müvafiq ölkəyə gəlmək və burada

qalmaq hüququnun tanınması tələb olunur (bu fəslin "Giriş" bölməsinə baxın).

Müvafiq dövlətin ərazisində olan hər bir şəxs sosial hüquqların əsas komponentləri ilə təmin

olunmalıdır (bölmə 8.2-8.6-da qeyri-qanuni vəziyyətdə olan miqrantlara aid məlumatlara baxın).

Miqrantların vəziyyəti müvafiq dövlətin vətəndaşlarının vəziyyətinə nə qədər yaxın olarsa,

vətəndaşlıq zəminində ayrı-seçkiliyin əsaslandırılması üçün səbəblər o qədər az olar (bu fəslin "Giriş"

bölməsinə baxın).

Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasına əsasən nəzərdə tutulmuş hüquqların çoxu yalnız

Avropa İttifaqına üzv olan dövlətlərin vətəndaşlarına və bu dövlətlərdə qanuni əsaslarla yaşayan

şəxslərə şamil edilir (Bölmə 8.1-ə baxın).

Avropa Sosial Xartiyası kompleks iqtisadi və sosial hüquqları nəzərdə tutur; prinsip etibarı ilə bu

hüquqlardan istifadə etmə imkanları Xartiya tərəfi olan dövlətin ərazisində olan digər tərəfin

vətəndaşına məxsusdur. Lakin Sosial Hüquqlar üzrə Avropa Komitəsi uşaqların yaşayış yeri hüququ

(Bölmə 8.4-ə baxın) və sağlamlığın qorunması hüququ (Bölmə 8.5-ə baxın) ilə əlaqədar bəzi istisnalara

yol verir.

Avropa İttifaqı qanunvericiliyinə əsasən nəzərdə tutulmuş iqtisadi hüquqlar:

Əmək bazarına çıxış imkanları məhdudlaşdırıla bilər; lakin əlaqədar şəxs istər qanuni, istərsə də

qanunsuz şəkildə işlədiyi andan etibarən onun əsas əmək hüquqlarına hörmətlə yanaşmaq tələb

olunur (Bölmə 8.2-yə baxın).

Üçüncü ölkə vətəndaşlarının əmək bazarına çıxış imkanları onların hansı kateqoriyaya aid olmasından

asılı olaraq dəyişir (Bölmə 8.1-ə baxın).

Əmək bazarına çıxış imkanları baxımından Avropa İqtisadi Zonası vətəndaşlarının müəyyən edilmiş

ailə üzvləri Avropa İttifaqı üzv dövlətinin vətəndaşları ilə eyni hüquqlara malikdirlər (Bölmə 8.2.1-ə

baxın).

Türkiyə vətəndaşları üzv dövlətlər tərəfindən onların üzərinə yeni öhdəliklərin qoyulmasının qarşısını

alan Ankara Sazişinə dair Əlavə Protokolun 41-ci maddəsinin "status-kvo" müddəasından

faydalanırlar (Bölmə 8.2.4-ə baxın).

Birinci instansiyada ərizələri barədə qərar qəbul edilməmiş sığınacaq axtaranlara beynəlxalq himayə

üçün müraciət etdikdən sonra əmək bazarına ən azı doqquz aylıq (İrlandiyada və Birləşmiş Krallıqda

birillik) çıxış icazəsi verilməlidir (Bölmə 8.2.7-yə baxın).

İşə götürənlərə qarşı sanksiyalar Direktivi qanunsuz yaşayan miqrantları işə götürənlərə qarşı cəzaları,

gecikdirilmiş ödənişlərin qaytarılmasını tələb etməyi və istismara məruz qalmış miqrantlar üçün

başqa növ müdafiəni nəzərdə tutur (Bölmə 8.2.8-ə baxın).

Təhsil hüququ (Bölmə 8.3-ə baxın)

Avropa İnsan Hüquqları Konvensiyasına dair 1 saylı Protokolun 2-ci maddəsinə əsasən heç kəs təhsil

hüququndan məhrum edilə bilməz. Lakin üzv dövlətlər ali təhsillə əlaqədar müəyyən

məhdudiyyətlərin tətbiq edilməsi baxımından daha geniş ixtiyar sahibidirlər.

Avropa İttifaqının köməkçi qanunvericiliyinə əsasən Avropa İttifaqında qalan üçüncü ölkə

vətəndaşlarının, o cümlədən, çıxarılmaları təxirə salınmış qanunsuz yaşayan miqrantların uşaqları

baza təhsili almaq hüququna malikdirlər.

Yaşayış yeri hüququ (Bölmə 8.4-ə baxın)

Avropa İttifaqı qanunvericiliyi Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası vasitəsi ilə yaşayış

yeri hüququna diqqət yetirir; Avropa İttifaqının köməkçi qanunvericiliyində Avropa İqtisadi Zonası

vətəndaşlarının, uzunmüddətli yaşayış icazəsi olanların, beynəlxalq himayə ehtiyacı olan şəxslərin və

insan alveri qurbanlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşları üçün spesifik müddəalar nəzərdə

tutulur.

149

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!