03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Avropa İttifaqı Fundamental

Hüquqlar Xartiyasının 47-ci maddəsi

(səmərəli hüquqi müdafiə vasitələri

hüququ və ədalətli məhkəmə

araşdırması hüququ);

Geri qaytarılma Direktivinin

(2008/115/EC) 13(4) və 15(3)-cü

maddələri;

Qəbuletmə şərtləri Direktivinin

(2013/33/EU) 9(3)-cü maddəsi

Geri qaytarılma Direktivinin

(2008/115/EC) 16 və 17-ci maddələri;

Qəbuletmə şərtləri Direktivinin

(2013/33/EU) 10-cu maddəsi

Saxlanılma barədə

qərardan məhkəməyə

müraciət etmək

hüququ

Saxlanılma şəraiti və

ya rejimi

Qanunsuz

saxlanılmaya görə

kompensasiya

Avropa İnsan Hüquqları Konvensiyasının

5(4)-cü maddəsi (azadlıq və toxunulmazlıq

hüququ);

Abdolxaninin və Karimnianın Türkiyəyə

qarşı Avropa İnsan Hüquqları

Məhkəməsindəki 2009-cu il tarixli işi

(qərara baxılma prosedurunun olmaması)

S.D.-nin Yunanıstana qarşı Avropa İnsan

Hüquqları Məhkəməsindəki 2009-cu il

tarixli işi (saxlanılma şəraiti)

Avropa İnsan Hüquqları Konvensiyasının

5(5)-ci maddəsi (azadlıq və toxunulmazlıq

hüququ)

Giriş

Saxlanılma fundamental hüquqlardan biri hesab olunan azadlıq hüququndan müstəsna bir halı təşkil edir.

Bununla əlaqədar olaraq azadlıqdan məhrum etmə tədbiri ən vacib təminatlara uyğun həyata keçirilməlidir.

Bu qanunla nəzərdə tutulmalıdır və əsassız xarakter daşımamalıdır. 255 Geri qaytarılma prosedurları zamanı

sığınacaq axtaranların və miqrantların saxlanılması ən son tədbir kimi nəzərdə tutulmalıdır. Bu prinsiplərə

baxmayaraq Avropada böyük sayda insan ya ölkəyə gəldikləri zaman və ya çıxarılma prosedurlarından yayınma

hallarının qarşısını almaq üçün saxlanılır. Azadlıqdan məhrum edilən şəxslərlə insani şəkildə və ləyaqətlə rəftar

olunmalıdır.

Beynəlxalq hüquq sığınacaq axtaranların və qaçqınların saxlanılma imkanlarını məhdudlaşdırır. 1951-ci il

Cenevrə Konvensiyasının 31-ci maddəsinə əsasən ölkəyə qanunsuz gəlmə və ölkədə qanunsuz olma ilə

əlaqədar " həyat və azadlıqları təhlükə altında olan ərazidən birbaşa gələrək […] müvafiq əraziyə icazəsiz daxil

olan və ya bu ərazidə olan, lakin özlərini ləngimədən aidiyyəti orqanlara təqdim edən və qanunsuz gəlmənin

və ya olmanın səbəblərini açıqlayan qaçqınlar"a cəza tədbirləri tətbiq edilməməlidir." 256

Avropa İnsan Hüquqları Konvensiyasında saxlanılma üçün əsaslardan ibarət geniş bir siyahı əks olunub ki, bu

əsaslardan biri də ölkəyə qanunsuz gəlmənin qarşısını almaqdan və ya şəxslərin çıxarılmasını

asanlaşdırmaqdan ibarətdir. Avropa İttifaqı qanunvericiliyinə əsasən müfəssəl prinsip beynəlxalq himayə üçün

müraciət edən, həmçinin geri qaytarılma prosedurları zamanı şəxslərin saxlanılmasının zəruriliyindən ibarətdir.

Lakin saxlanılmanın əsassız hesab edilməməsi üçün müəyyən əlavə tədbirlər təmin olunmalıdır, məsələn, hər

bir saxlanılmanın səbəbləri açıqlanmalıdır və saxlanılmış şəxsə tez bir vaxtda məhkəməyə müraciət etmək

imkanı verilməlidir.

6.1. Azadlıqdan məhrum etmə, yoxsa hərəkət etmək azadlığının

məhdudlaşdırılması?

Avropa İttifaqı qanunvericiliyinə əsasən Qəbuletmə şərtləri Direktivi (2013/33/EU) "saxlanılmanı" "ərizəçinin

[Avropa İttifaqının] üzv dövləti tərəfindən hərəkət etmək azadlığı məhdudlaşdırılacaq xüsusi bir yerə

255

Dövlətlərin geri qaytarılma prosedurları zamanı insanların azadlıqdan məhrum edilməsi ilə əlaqədar təcrübəsinə dair daha ətraflı

məlumat üçün Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi (2010-cu il) baxın.

256

BMTQAK "Sığınacaq axtaranların saxlanılması və saxlanılmaya alternativlərlə əlaqədar tətbiq edilən meyar və standartlara dair

Təlimatlar" (Guidelines on the Applicable Criteria and Standards relating to the Detention of Asylum-Seekers and Alternatives to

Detention); 2012-ci il; İşgəncələrin və digər qəddar, qeyri-insani və alçaldıcı rəftarın və ya cəzanın qarşısı alınması üzrə Avropa Şurası

Komitəsi "İşgəncələrə qarşı mübarizənin 20 ili: 19-cu Ümumi Hesabat", 1 avqust 2008-31 iyul 2009-cu il.

102

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!