03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

şərtləri Direktivinin 21 və 22-ci maddələri). Geri qaytarılma Direktivində həssas şəxslər kateqoriyasına əlil

şəxslər aid edilsələr də onlarla bağlı xüsusi müddəalar mövcud deyil. Geri qaytarılma proseduru zamanı

sığınacaq üçün müraciət etmiş əlil şəxslərin saxlanılmasını qəti qadağan edən hallar mövcud olmasa da bu cür

şəxslər saxlanıldığı təqdirdə onlara xüsusi diqqət yetirilməlidir (Geri qaytarılma Direktivinin 16(3)-cü maddəsi).

Sığınacaq axtaran tələb etdikdə onun səhhətinə, xüsusən də psixi sağlamlığına xüsusi diqqətin yetirilməsi

Qəbuletmə şərtləri Direktivinin 11-ci maddəsi əsasında nəzərdə tutulur. Sığınacaq prosedurları Direktivinin

14(2)(b) maddəsinə əsasən ərizəçi bunun üçün yararlı vəziyyətdə və uzun müddət davam edən və ondan asılı

olmayan səbəblərə görə müsahibədə iştirak etmək iqtidarında olmadıqda onunla müsahibə keçirilməyə də

bilər. Bu xüsusən də psixi vəziyyətinə görə müsahibədə səmərəli şəkildə iştirak etmək iqtidarında olmayan

şəxslərə aiddir.

9.4. İşgəncə və zorakılığın digər ağır formalarından zərər çəkmiş şəxslər

Bu fəslin "Giriş" bölməsində qeyd olunduğu kimi, işgəncədən, təcavüzdən və ya psixoloji, fiziki və ya seksual

zorakılığın başqa ağır formalarından zərər çəkmiş şəxslər rəftarla əlaqədar xüsusi təminatlara malik həssas

insanlardan ibarət bir qrupa aiddirlər.

Avropa İttifaqı qanunvericiliyinə əsasən Qəbuletmə şərtləri Direktivinin (2013/33/EU) 25-ci maddəsi üzv

dövlətlər üçün belə bir vəzifə nəzərdə tutur: "işgəncəyə, təcavüzə və ya zorakılığın başqa ağır formalarına

məruz qalmış şəxslərin bu əməllər səbəbindən vurulmuş zərərdən zəruri müalicə, xüsusən də müvafiq tibbi və

psixoloji müalicə və ya yardım almalarını təmin etmək." Bu cür şəxslərlə işləyən personal müvafiq təlim

keçməlidir.

Əlaqədar şəxsin məruz qaldığı travma barədə danışmaqla bağlı çətinlikləri onun sığınacaq üçün müraciətinə

dair müsahibədə iştirakı üçün problemlərə səbəb ola bilər. Bununla əlaqədar olaraq müvafiq müsahibəni

aparan şəxslər ərizəçinin müsahibədə iştirak etmək imkanlarına mənfi təsir göstərən problemlər, xüsusən də

keçmişdə məruz qaldığı işgəncənin göstəriciləri barədə məlumatlı olmalıdır (Sığınacaq prosedurları Direktivinin

4(3) və 14-cü maddələri). Eyni zamanda, əgər bu ədalətli və səmərəli sığınacaq proseduru üçün tələb olunursa,

Direktiv üzv dövlətlərdən işgəncə, təcavüz və zorakılığın başqa ağır formaları ilə üzləşmiş ərizəçilərə sığınacaq

prosedurları zamanı münasib dəstəyin göstərilməsini tələb edir.Bu cür ərizəçilər münasib dəstəyin

göstərilməsi mümkün olmadıqda sürətləndirilmiş prosedurlardan və sərhəd prosedurlarından da azad

olunmalıdırlar (24-cü maddə). Birinci instansiyada qəbul edilmiş mənfi qərarla əlaqədar şikayət avtomatik

təxirə salınma gücünə malik olmadıqda əlaqədar ərizəçiyə əlavə təminatlar şamil olunmalıdır. Buraya zəruri

tərcüməçi xidmətlərinin və hüquqi yardımın göstərilməsini aid etmək olar. Bundan başqa, birinci instansiyada

barəsində mənfi qarar qəbul edilmiş ərizəçiyə apellyasiya şikayəti ilə əlaqədar cavabı gözlədiyi zaman üzv

dövlətin ərazisində qalmaq hüququnu əldə etmək məqsədi ilə məhkəməyə müraciət etmək üçün ən azı bir

həftə vaxt verilməlidir (46(7)-ci maddə ilə birgə oxunan 24-cü maddə). Xüsusi prosedur təminatlarına

ehtiyacları olan ərizəçilərlə bağlı müddəalar 2013-cü il tarixli dəyişdirilmiş Direktiv əsasında tətbiq edildiyindən

İrlandiyaya və Birləşmiş Krallığa şamil olunmur.

Geri qaytarılma prosedurları zamanı çıxarılma təxirə salındıqda və ya könüllü repatriasiya üçün vaxt verildikdə

işgəncədən və zorakılığın başqa ağır formalarından zərər çəkmiş şəxslərin xüsusi ehtiyacları nəzərə alınmalıdır

(14-cü maddə).

Məişət zorakılığına məruz qalmış şəxslər ağır cinayətlərin qurbanlarından ibarət xüsusi bir kateqoriyanı təşkil

edirlər. Bu cür zorakılıq halları ev təsərrüfatı şəraitində də baş verə bilər. 435

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən Avropa İnsan Hüquqları Məhkəməsi belə bir qənaətə

gəlmişdir ki, məişət zorakılığına məruz qalmış şəxslər uşaqlarla birlikdə "həssas qruplar" kateqoriyasına aid

olduğundan şəxsi həyata qarşı ciddi müdaxilədən üzv dövlət tərəfindən səmərəli şəkildə müdafiə olunmaq

hüququna malikdirlər. 436

435

Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi qanunsuz yaşayan miqrantların ev təsərrüfatlarında işə götürüldüyü zaman

adətən məruz qaldıqları riskləri sənədləşdirmişdir. Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi (2011a) baxın (FRA (2011a).

436 Opuzun Türkiyəyə qarşı (Opuz v. Turkey) Avropa İnsan Hüquqları Məhkəməsindəki 33401/02 saylı, 9 iyun 2009-cu il tarixli işinin 160-cı

paraqrafı.

157

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!