03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

8.6. Sosial təminat və yardım hüququ

Sosial təminat və yardım keçmişdə milli sosial təminat sisteminə edilmiş ödənişlərdən, məsələn, yaşa görə

pensiyalardan və ya dövlət tərəfindən ehtiyacı olan şəxslərə, məsələn, əlillərə verilən ödənişlərdən ibarət

müavinətləri nəzərdə tutur. Başqa sözlə, bu cür təminat və yardım adətən maddi xarakter daşıyan genişçeşidli

müavinətlərdən ibarətdir.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən sosial təminat və ya sosial yardım hüququ birmənalı şəkildə

nəzərdə tutulmur.

Misal: Vasilevskinin Polşaya qarşı işində 415 Məhkəmə qeyd etmişdir ki, "iddiaçının şikayəti onun çətin maddi

vəziyyəti ilə əlaqədar olduqda Məhkəmə Konvensiyanın istər 2-ci maddəsinin, istərsə də hər hansı başqa

müddəasının ona hansısa yaşayış standartlarından faydalanmanı və ya üzv dövlətdən maddi yardımın

alınmasını nəzərdə tutan hüququn şamil olunması məqsədi ilə təfsir edilməsinin mümkün olmadığını

xatırladır."

Müəyyən hallarda əlaqədar şəxsin müvafiq sistemə maddi ödənişlər edib-etməməsindən asılı olmayaraq sosial

təminat və yardım sahəsində yol verilmiş ayrı-seçkiliklə bağlı məsələlərə baxıla bilər. Avropa İnsan Hüquqları

Məhkəməsi ərazilərində qanuni əsaslarla yaşayan şəxslərin vətəndaşlıq tələblərinə cavab verməməsindən

ibarət diskriminativ əsaslara görə müavinətlərlə təmin edilməsi müraciətlərinə rədd cavabı verən dövlətlərə

tənqidi yanaşır. 416

Misal: Qayqusuzun Avstriyaya qarşı işi 417 Türkiyə vətəndaşının Avstriya vətəndaşlığı olmaması səbəbindən

işsizliyə görə müavinət almaqla bağlı müraciətinə rədd cavabının verilməsi ilə əlaqədar idi. Kua Puarenin

Fransaya qarşı işi 418 qanuni əsaslarla Fransada yaşayan miqrantın Fransanın və ya Fransa ilə müvafiq

qarşılqlı müqaviləsi olan dövlətin vətəndaşı olmadığına görə əlilliyə görə müavinət almaqla bağlı

müraciətinə rədd cavabının verilməsi ilə əlaqədar idi. İşlərin ikisində də Avropa İnsan Hüquqları Məhkəməsi

iddiaçıların Avropa İnsan Hüquqları Konvensiyasına dair 1 saylı Protokolun mülkiyyətin müdafiəsi haqqında

1-ci maddəsi ilə birgə oxunan Konvensiyanın 14-cü maddəsinə zidd olaraq ayrı-seçkiliyə məruz qaldıqlarını

müəyyən etmişdir.

Misal: Andreyevanın Latviyaya qarşı işi 419 keçmişdə edilmiş ödənişlər əsasında verilən müavinətlərlə

əlaqədar idi. İddiaçı həyatının böyük bir hissəsini Sovet Latviyasının ərazisində işləmişdir. O, müstəqil

Latviyadan xaricdə işlədiyinə və Latviya vətəndaşı olmadığına görə pensiyasının bir hissəsindən məhrum

edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Latviya Hökumətinin tələb olunan pensiyanı tam həcmdə

əldə etmək üçün iddiaçının naturalizasiya qaydasında Latviya vətəndaşlığını əldə etməsinin kifayət etməsi

barədə arqumentlərini qəbul etməmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsində

nəzərdə tutulmuş ayrı-seçkiliyin qadağan olunması o zaman düzgün təfsir olunmuş hesab edilir ki, hər bir

konkret işdə iddiaçının şəxsi vəziyyəti bu maddədə sadalanan əlamətlərlə əlaqədar nəzərdən keçirildikdə,

olduğu kimi, heç bir dəyişiklik edilmədən götürülmüş olsun. Bu iş üzrə iddiaçı sözügedən maddədə

sadalanan əlamətlərdən birini dəyişdiyi təqdirdə, məsələn, başqa ölkənin vətəndaşlığını qəbul etdikdə

diskriminasiyadan boyun qaçıracağını əsas götürüb onun şikayətinə baxdıqda 14-cü maddə öz mahiyyətini

itirmiş olur. Bununla da Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyaya dair 1 saylı Protokolun 1-ci

maddəsi ilə birgə götürülmüş 14-cü maddəsinin pozulduğunu müəyyən etmişdir.

415 Vasilevskinin Polşaya qarşı (Wasilewski v. Poland) (dec.) Avropa İnsan Hüquqları Məhkəməsindəki 32734/96 saylı, 20 aprel 1999-cu

il tarixli işi.

416 Luçakın Polşaya qarşı (Luczak v. Poland) və Fosinin Yunanıstana qarşı (Fawsie v. Greece) Avropa İnsan Hüquqları Məhkəməsindəki

müvafiq olaraq 77782/01 saylı, 27 noyabr 2007-ci il tarixli və 40080/07 saylı, 28 oktyabr 2010-cu il tarixli işləri.

417 Qayqusuzun Avstriyaya qarşı (Gaygusuz v. Austria) Avropa İnsan Hüquqları Məhkəməsindəki 17371/90 saylı, 16 sentyabr 1996-cı il

işinin 46-50-ci paraqrafları.

418 Kua Puarenin Fransaya qarşı (Koua Poirrez v. France) Avropa İnsan Hüquqları Məhkəməsindəki 40892/98 saylı, 30 sentyabr 2003-

cü il tarixli işinin 41-ci paraqrafı.

419 Andreyevanın Latviyaya qarşı (Andrejeva v. Latvia) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 55707/00 saylı, 18 fevral 2009-cu

il tarixli işinin 91-ci paraqrafı.

146

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!