03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Avropa İttifaqı Fundamental

Hüquqlar Xartiyasının 47-ci

maddəsi (səmərəli hüquqi

müdafiə vasitələri və ədalətli

məhkəmə araşdırması hüquqları)

Sığınacaq prosedurları

Direktivinin (2013/32/EU) 20-22-

ci maddələri;

Geri qaytarılma Direktivinin

(2008/115/EC) 13-cü maddəsi

(hüquqi müdafiə vasitələri)

Giriş

Hüquqi yardım

Sığınacaq prosedurları

ilə əlaqədar hüquqi

yardım;

Geri qaytarılma

qərarları ilə əlaqədar

hüquqi yardım

2008-ci il tarixli işi (deportasiya prosesi

zamanı prosedur təminatlarının olmaması)

Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü

maddəsi (səmərəli hüquqi müdafiə vasitələri

hüququ);

M.S.S.-in Belçikaya və Yunanıstana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsindəki

2011-ci il tarixli işi (səmərəsiz hüquqi yardım

planı)

Avropa Şurasının Nazirlər Komitəsi

"Sürətləndirilmiş sığınacaq prosedurları

kontekstində insan hüquqlarının müdafiəsinə

dair" 1 iyul 2009-ci il tarixli Təlimatlar;

Avropa Şurasının Nazirlər Komitəsi "Məcburi

geri qaytarılmaya dair iyirmi qayda", 4 may

2005-ci il

Bu fəsildə beynəlxalq himayə üçün ərizələrin baxılması (sığınacaq prosedurları), həmçinin çıxarılma və geri

qaytarılma prosedurları müzakirə olunur. İlk növbədə burada sığınacaq və ya geri qaytarılma barədə qərar

qəbul etməyə məsuliyyət daşıyanlarla bağlı prosedur tələblərinə diqqət yetirilir. Sonra belə qərarlara qarşı

səmərəli hüquqi müdafiə vasitələri nəzərdən keçirilməklə hüquqi müdafiənin səmərəli olması üçün nəzərdə

tutulmuş əsas elementlər sadalanır (sərhəd idarəçiliyi kontekstində hüquqi müdafiə vasitələri ilə əlaqədar

bölmə 1.8-ə baxın). Sonda bu fəsildə hüquqi yardımla bağlı məsələlər diqqətə çatdırılır. Fəsil 7-də isə

çıxarılmanın necə həyata keçirilməsi məsələsinə diqqət yetiriləcək.

Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ geri qaytarılma zamanı işgəncədən, qeyri-insani və

ya ləyaqəti alçaldan rəftardan ibarət həqiqi riskdən çəkinmək üçün vacib əsasları özündə əks etdirən iddia

ərizələrinə müstəqil şəkildə və qətiyyətlə baxılmasını dövlətlərdən tələb edir. Məhkəmənin presedent hüququ

vasitəsi ilə işlənib hazırlanmış bu tələblərdən bəziləri dəyişdirilmiş Sığınacaq prosedurları Direktivinə daxil

edilmişdir.

Bu fəsil boyu Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsində öz əksini tapmış səmərəli hüquqi

müdafiə vasitələri hüququ daha geniş əhatə dairəsinə malik Avropa İttifaqı Fundamental Hüquqlar

Xartiyasının 47-ci maddəsi ilə nəzərdə tutulmuş səmərəli hüquqi müdafiə vasitələri ilə müqayisə olunacaq.

4.1. Sığınacaq prosedurları

Həm Avropa İttifaqı qanunvericiliyinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına əsasən sığınacaq

axtaranların səmərəli sığınacaq prosedurlarına, o cümlədən, apellyasiya prosesi zamanı çıxarılmanı təxirə

salmaq iqtidarında olan hüquqi müdafiə vasitələrinə çıxışı olmalıdır.

Avropa İttifaqının Sığınacaq prosedurları Direktivi (2013/32/EU) beynəlxalq himayənin təmin edilməsi və ləğv

edilməsinə dair ümumi prosedurlarla əlaqədar həddindən artıq təfərrüatlı qaydaları özündə əks etdirir. Bu

Direktiv onun əsasında öz üzərinə öhdəliklər götürmüş Avropa İttifaqına üzv olan dövlətlərin ərazisində, o

cümlədən, sərhədlərində, ərazi sularında və tranzit zonalarında edilən sığınacaq müraciətləri ilə bağlı tətbiq

olunur (3-cü maddə).

4.1.1. Müsahibə, yoxlama proseduru və ilkin qərar qəbuletmə

Avropa İttifaqı qanunvericiliyinə əsasən sığınacaq axtaranların və onların öhdəsində olan şəxslərin sığınacaq

prosedurlarına çıxışı olmalıdır (Sığınacaq prosedurları Direktivinin 6-cı maddəsinə, həmçinin bölmə 2.2-yə

69

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!