03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ütövlükdə və ya qismən Avropa İttifaqından kənarda əldə etmiş şəxslərə aid kompleks normalar mövcuddur.

Avropa Ədalət Məhkəməsi/Avropa İttifaqı Ədalət Məhkəməsi bu sahədə 100-dən çox qərardad qəbul edərək

bizə miras qoymuşdur. 365

8.2.2. Ezam olunmuş işçilər

Hərəkət etmək azadlığından irəli gələn hüquqlardan istifadə etməyən, lakin Avropa İttifaqının üzv

dövlətlərindən birində işə götürən üçün qanuni əsaslarla işləyən və onun adından başqa üzv dövlətdə iş

görmək üçün müvəqqəti ezam edilən üçüncü ölkə vətəndaşları ilə bağlı yaranan münasibətlər İşçilərin ezam

edilməsi Direktivi ilə (96/71/EC) tənzimlənir. Bu Direktivin məqsədi "sosial tənəzzülün" qarşısını almaq üçün

bütün Avropa İttifaqı ərazisində ezam olunmuş işçilərin hüquqlarının və iş şəraitinin müdafiə olunmasını təmin

etməkdən ibarətdir. Daha dəqiq desək, bu Direktiv "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 56-cı

maddəsinə əsasən transsərhəd xidmətlərin göstərilməsi azadlığı ilə bu məqsədlər üçün xaricə müvəqqəti ezam

olunmuş işçilərin hüquqlarının müvafiq qaydada müdafiə olunması işini uyğunlaşdırmaq məqsədi daşıyır. 366

Lakin Avropa Ədalət Məhkəməsinin vurğuladığı kimi həmin Direktivə əsasən göndərən və qəbul edən üzv

dövlətlərdə təmin olunan müdafiə standartlarının bərabər səviyyəli olması nəzərdə tutulduğundan bu işə

götürənin müvafiq iki üzv dövlətin əmək qanunvericiliyinə riayət etməyə borclu olması vəziyyətlərinin

yaranması ilə nəticələnməməlidir. 367

Bu baxımdan Direktiv bir üzv dövlətdən başqasına işləmək məqsədi ilə ezam olunmuş işçi ilə bağlı tətbiq edilən

minimum standartları təsbit edir. Daha konkret olsaq Direktivin 3-cü maddəsi qəbul edən dövlətin

qanunvericiliyi və ya ümumi qaydada tətbiq edilən kollektiv müqavilələr əsasında müəyyən edilmiş normaların

və şərtlərin xüsusilə də minimum iş vaxtı müddəti, fasilə saatları, illik məzuniyyətlər və ödəniş tarifləri

baxımından ezam olunmuş işçilərə də şamil olunmasını nəzərdə tutur.

2012-ci ilin mart ayında Avropa Komissiyası mövcud İşçilərin ezam edilməsi Direktivinin təmin edilməsi və

həyata keçirilməsi işinin təkmilləşdirilməsi məqsədi daşıyan bir Direktiv təklif etmişdir. 368

8.2.3. Mavi Kart sahibləri, elmi işçilər və tələbələr

Avropa İttifaqının Mavi Kart sahibi olan üçüncü ölkə vətəndaşları iki il ərzində qanuni əmək fəaliyyəti ilə məşğul

olduqdan sonra yaşadıqları üzv dövlətdə hər hansı bir yüksək ixtisaslı işlə təmin olunmaq baxımından yerli

vətəndaşlarla bərabər səviyyədə rəftar olunmaq hüququna malikdirlər. Avropa İttifaqının Mavi Kart sahibi üzv

dövlətlərdən birində 18 ay qanuni əsaslarla yaşadıqdan sonra müvafiq üzv dövlətdə əcnəbilər üçün yüksək

ixtisaslı işlə bağlı tətbiq edilən kvotaları nəzərə almaqla bu cür işə düzəlmək məqsədi ilə həmin üzv dövlətə

köçə bilər.

Mavi Kart Direktivinin (2009/50/EC) 15(6)-cı maddəsinə əsasən Avropa İttifaqının Mavi Kart sahiblərinin ailə

üzvləri vətəndaşlığından asılı olmayaraq əmək bazarına çıxış hüququnu avtomatik şəkildə əldə edirlər. Ailənin

yenidən birləşməsi Direktivindən (2003/86/EC) fərqli olaraq Mavi Kart Direktivi bu cür hüququn əldə olunması

ilə bağlı vaxt məhdudiyyətlərini nəzərdə tutmur.

Elmi işçilərlə bağlı münasibətlər Elmi tədqiqatlar Direktivi (2005/71/EC) ilə tənzimlənir (Direktivi tətbiq edən

üzv dövlətlərin siyahısı ilə tanış olmaq üçün Əlavə 1-ə baxın). Müvafiq ərizəçi etibarlı yol sənədi, üzv dövlətdəki

elmi-tədqiqat müəssisəsi ilə imzalanmışı və onu işə dəvət edən müqaviləni və maddi öhdəliklər arayışını

təqdim edərək bütün bunlarla yanaşı əlaqədar üzv dövlətin ictimai asayişinə, milli təhlükəsizliyinə və əhalisinin

sağlamlığına təhlükə törətməyən biri hesab edilməlidir. Bu cür elmi işçilərinin ailə üzvlərinin yaşayış icazəsi ilə

365

Qərardadların xülasəsindən ibarət siyahı ilə tanış olmaq üçün Avropa Komissiyasının MARKT/D4/JMV/1091649/5/2010-EN saylı, 22

dekabr 2010-cu il tarixli "Ədalət Məhkəməsinin peşə ixtisaslarının tanınmasına aid işlərlə əlaqədar qəbul etdiyi qərardadların siyahısına"

baxın.

366 Dirk Rüffertin Niedersachsen Torpağına qarşı (Dirk Rüffert v. Land Niedersachsen) Avropa Ədalət Məhkəməsindəki C-346/06 [2008]

I-01989 saylı, 3 aprel 2008-ci il tarixli işi

367 Laval un Partneri Ltd.-nin Svenska Byggnadsarbetareförbundet, Svenska Byggnadsarbetareförbundets advelning 1 Byggettan və

Svenska Elektrikerförbundet-ə qarşı (Laval un Partneri Ltd v. Svenska Byggnadsarbetareförbundet, Svenska

Byggnadsarbetareförbundets avdelning 1 Byggettan and Svenska Elektrikerförbundet) Avropa Ədalət Məhkəməsindəki C-

341/05 [2007] I-11767 saylı, 18 dekabr 2007-ci il tarixli işi.

368

Avropa Komissiyası "Xidmətlərin göstərilməsi kontekstində işçilərin ezam olunması ilə əlaqədar tətbiq edilən (COM(2012) 131 final)

normaların təmin edilməsinə dair Direktivlə bağlı təkliflər", 2012-ci il, COM(2012) 131 yekun.

133

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!