03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

fərqli və özünəməxsus tətbiq sahəsinə malikdir. Bu anlayış ərizəçinin vəziyyəti ilə və ya onun mənşə

ölkəsindəki ümumi vəziyyətlə əlaqədar zərərdən irəli gələn daha ümumi riski əhatə edir.

15-ci maddəyə əsasən əlavə himayə meyarına uyğunluq ərizəçinin konkret olaraq onun şəxsi vəziyyətinə aid

amillərin və/və ya kütləvi zorakılıq hallarının təsiri altında olduğunu nümayiş etdirməyi tələb edir. Ərizəçi

15(c) maddəsinə əsasən əlavə himayə meyarına uyğun olması ilə əlaqədar öz şəxsi vəziyyətinə aid spesifik

amillərin təsiri altında olduğunu nə qədər çox nümayiş etdirərsə, onun kütləvi zorakılıq hallarının təsiri

altında olması ilə bağlı o qədər az əsaslar tələb olunar. Müstəsna hallarda əgər hərbi münaqişədən irəli gələn

kütləvi zorakılığın dərəcəsi həddindən artıq yüksək olarsa, ərizəçinin mənşə ölkəsində və ya bölgəsində

sadəcə olaraq mövcud olması nəticəsində ona vurulacaq zərərlə əlaqədar təhlükəyə məruz qalması riski ilə

üzləşəcəyini ehtimal etmək məqsədi ilə nümayiş etdirilən əhəmiyyətli əsaslar onun əlavə himayə ilə təmin

olunmasına kifayət edə bilər. 103

3.1.2. Avropa İnsan Hüquqları Konvensiyasına əsasən riskin xarakteri

Əgər dövlət əlaqədar şəxsi Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququnu itirmək və

ya qeyri-insani və yaxud ləyaqəti alçaldan rəftarla, yaxud cəza ilə üzləşmək riskinə məruz qoyarsa, Avropa İnsan

Hüquqları Konvensiyasına əsasən çıxarılma qəti şəkildə qadağan edilir. Burada [1951-ci il tarixli] Cenevrə

Konvensiyasından irəli gələn səbəblərlə əlaqədar təqibi nümayiş etdirmək tələb olunmur və çıxarılmanın

qadağan edilməsi ilə bağlı istisnalar mövcud deyil (Bölmə 3.1.7-yə baxın).

Avropa İnsan Hüquqları Məhkəməsi şəxsin deportasiya və ya ekstradisiya ediləcəyi təqdirdə konkret hallardan

və rəftardan irəli gələn risklə üzləşib-üzləşməyəcəyindən asılı olaraq müvafiq işlərə Avropa İnsan Hüquqları

Konvensiyasının 2 və ya 3-cü maddələri əsasında baxmaqda meyllidir. Avropa İnsan Hüquqları Konvensiyasının

bu iki maddəsi arasındakı əsas fərq budur: Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinə aid olan

işlərdə şəxs geri qaytarıldıqda onun ölüm "perspektivləri" qaçılmaz bir faktdır; Avropa İnsan Hüquqları

Konvensiyasının 3-cü maddəsinə aid işlərdə çıxarılacaq şəxsin bu maddə ilə qadağan edilmiş işgəncəyə və ya

ləyaqəti alçaldan rəftarın digər formalarına məruz qalması riski ilə üzləşəcəyini ehtimal etmək üçün mühüm

əsaslar mövcud olmalıdır.

Misal: Bədirin və Kanborun İsveçə qarşı işində 104 Avropa İnsan Hüquqları Məhkəməsi kiminsə qiyabi şəkildə

ölüm cəzasına məhkum edilmiş Suriyaya geri qaytarılmasının Avropa İnsan Hüquqları Konvensiyasının 2-cü

və 3-cü maddələrinə zidd olduğunu müəyyən etmişdir.

Misal: Əl Səədunun və Müfdhinin Birləşmiş Krallığa qarşı işində 105 İraqda xidmət göstərən Birləşmiş Krallığa

məxsus orqanların İraqın iki mülki şəxsini ölüm hökmü nəzərdə tutan cinayətlə ittiham edən İraqın cinayət

idarəsinə təhvil verməsi Birləşmiş Krallıq tərəfindən 3-cü maddənin pozulması kimi müəyyən edilmişdir.

Eyni zamanda, Məhkəmə şikayətlərin Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinə və ya bu

Konvensiyaya dair 13 saylı Protokola əsasən baxılmasını zəruri hesab etməmişdir.

Avropa İnsan Hüquqları Məhkəməsi şəxsin geri qaytarılması üçün təklif olunan ölkəyə çıxarılmasının ehtimal

olunan nəticələrinə xüsusi diqqət ayırır. O şəxsin öz vəziyyətinə, həmçinin müvafiq ölkədə müşahidə olunan

ümumi vəziyyətə, o cümlədən, həmin ölkədə zorakılıq və ya insan hüquqlarının pozulması hallarının

ümumiyyətlə baş verib-verməməsi məsələlərinə diqqət yetirir. Əlaqədar şəxs sistematik olaraq ləyaqəti

alçaldan rəftara məruz qalan qrup üzvü olduqda 106 şəxsi risk faktorlarının məhkəmə yolu ilə sübuta yetirilməsi

zərurəti yaranmaya da bilər.

103 Belçika Dövlət Şurası (Conseil d’État) tərəfindən 2012-ci il iyunun 7-də istiqamətləndirilərək təqdim olunmuş Abubakar Diakitenin

Commisaire general aux refugies et aux apatries-ə qarşı (Aboubacar Diakité v.Commissaire général aux réfugiés et aux apatrides)

işində Avropa İttifaqı Ədalət Məhkəməsindən "daxili silahlı münaqişə" tərifini də müəyyən etmək xahiş olunmuşdur.

104 Bədirin və Kanborun İsveçə qarşı (Bader and Kanbor v. Sweden) Avropa İnsan Hüquqları Məhkəməsindəki 13284/04 saylı, 8 noyabr

2005-ci il tarixli işi.

105 Əl Səədunun və Müfdhinin Birləşmiş Krallığa qarşı (Al-Saadoon and Mufdhi v. the United Kingdom) Avropa İnsan Hüquqları

Məhkəməsindəki 61498/08 saylı, 2 mart 2010-cu il tarixli işi.

106 H. və B.-nin Birləşmiş Krallığa qarşı (H. and B. v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 70073/10 və

44539/11 saylı, 9 aprel 2013-cü il tarixli işlərinin 91-ci paraqrafı.

51

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!