27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

televiziya proqramlarından ədəbiyyatın tədrisində istifadə etdikdə bədiiliklə

elmilik, şəxsiyyətlə sənət arasındakı əlaqələr daha qabarıq şəkildə özünü göstərir.

V.V.Yeqorov qeyd edir ki, hər bir tədris proqramı sinifdə, ya da fakultətiv

məşğələdə istifadə edilməsindən asılı olmayaraq, həm öyrədir, həm də tərbiyə edir

[9; s. 18-21].

―Dramaturgiya və teatr‖ proqramları ədəbiyyat müəllimlərinə imkan

verir ki, məktəbdə ədəbiyyatın tədrisini şagirdlərin gündəlik tələbləri ilə

əlaqələndirilsin, onların maraq və dünyagörüşlərini inkişaf etdirsin. Bu ntipli

proqramlar şarirdlərin dramaturgiyamız haqqında və dramaturqlarımızın

şəxsiyyəti və yaradıcılıq laboratoriyaları haqqında təsəvvürlərini xeyli gücləndirir.

Buna da televiziya şərait yarada bilir.

Ədəbi-bədii verilişlər C.Cabbarlının, S.Vurğunun, S.Rəhimovun iş

üslubuna, yazıb-yaratmaq tərzinə məktəblilərin diqqətini cəlb etmək, proqrama

daxil olan həmin yazıçı və şairlərimizin həyat və yaradıcılığını tədris edərkən

ədəbiyyat müəllimlərinə böyük kömək olur.

Ədəbiyyat müəllimlərinin böyük qismi bu fikirdədilər ki, televiziya

proqramları məktəbliləri bədii əsəri və onun sənətkarlıq xüsusiyyətlərini başa

düşməyə kömək edir. Şagirdlərin müstəqil nəticə çıxartmağa hazır olmadıqları

halda televiziya proqramları onlara xeyli kömək edir və bu tipli proqramlar

problematikanı anlamağa şərait yaradır, həm düşündürür, həm də araşdırmağa

sövq edir.

Keçən əsrin ikinci yarısında dövlət televiziyasında əks-səda doğuran bir

proqram yayınlamışdı. Belə deyə bilərik ki, o zaman bu proqram özü-özünün

təbliğatçısına çevrilmişdi. Mərhum aktyorumuz Həsən Turabovun klassik

ədəbiyyatımızdan oxuduğu qəzəllər, qəsidələr, müxəmməs və müstəzadlar

şagirdləri elə təsir altına almışdır ki, hər bir kitabxanalara axın etməyə başlamışdı.

Hal-hazırkı vaxtda da bəzi televiziya kanalları Səməd Vurğun, Süleyman Rüstəm,

Bəxtiyar Vahabzadə kimi görkəmli şairlərin şeirlərindən videoroliklər hazırlayıb

yayımlayırlar. Bütün bunlar tədris proqramında olan şeirlərin yaddaşına həkk

olunmasına səbəb olan müsbət hadisədir.

Ədəbiyyatşünaslıq üzrə mütəxəsislərimiz mavi ekran vasitəsilə

ədəbiyyat dərslərinin iştirakçıları, bəzisi isə hətta aparıcıları olurlar. Belə uğur

əldə edən ədəbiyyatşünaslarımızdan B.Nəbiyevin, X.Əlimirzəyevin,

R.Hüseynovun, folklorşünas alim A.Nəbiyevin səlis və aydın çıxışlarını ədəbiyyat

müəllimləri hər zaman minnətdarlıq hissi ilə qarşılayırlar. Onu da xüsusi qeyd edə

bilərəm ki, yuxarıda adlarını qeyd etdiyim ədəbiyyatçılarımızda biz müəllimlərlə

çiyin-çiyinə çalışırlar. ədəbiyyatın tədrisini günün tələbləri səviyyəsinə gətirilib

çıxartmağa çalışmalıyıq.

110

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!